2021-ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə 56 823 nəfər səfər edib ki, bu da 2020-ci ilin sentyabrı ilə müqayisədə 14 dəfə çoxdur.
Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,62 faiz təşkil edib.
Yanvar-sentyabr aylarında 317 630 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,12 faiz azdır.
2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,81 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə 21,507 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,78 faiz çoxdur.