Rusiya Prezidenti Vladimir Putin səhiyyə naziri Mixail Muraşkoya və onun müavinlərinə tibbi yardım göstərilməsi üçün koronavirusla bağlı ən kritik vəziyyətin yarandığı bölgələrə getməyi tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib.
Qeyd edək ki, oktyabrın 26-da Rusiya Baş naziri Mixail Mişustin Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoya regional hakimiyyət orqanları ilə işləri intensivləşdirməyi tapşırıb.