Bu ilin sonuna qədər Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə Axar.az-a müsahibədə Qırğızıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kayrat Osmanəliyev bildirib.
Onun sözlərinə görə, səfərin 2021-ci ilin dekabr ayının ortalarında baş tutacağı gözlənilir:
“Dünən Azərbaycan Prezidenti İlham Əliyev etimadnaməmi qəbul etdi. Hörmətli İlham Əliyevlə söhbətimiz zamanı ikitərəfli münasibətlərimizin inkişafı üçün böyük potensialın olduğu bir daha vurğulandı. Xüsusilə iqtisadiyyat sahəsində".