Böyük Britaniyanın Baş naziri Boris Consonun ulu nənəsi Çərkəz soyqırımı zamanı türk tacirinə kölə olaraq satılıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu haqda baş nazirinin bacısı, jurnalist Reyçel bildirib.
İngiltərə baş nazirinin 56 yaşlı bacısı ulu nənəsi Hanife Feridenin İstanbulda 43 yaşlı Əhməd Həmdiyə satıldığı zaman 13 yaşında olduğunu açıqlayıb. O, həmin hadisənin ailəsinin bugünkü uğura çatmasına kömək etdiyini və bunun ailəyə daha çox uğur gətirdiyinə inadığını bildirib.
Ulu nənəsinin atası tərəfindən İstanbulda varlı bir tacirə satıldığını bildirən Reyçel çərkəz ailənin qızını kasıb bir kənddə qalmaqdansa, İstanbulda zəngin bir tacirə ərə verilməsi fikrini dəstəkləyib.
Boris Conson açıqlamasında buna üzülmədiyini və Türkiyəni çox sevdiyini bildirib.
Qeyd edək ki, Boris Conson və bacısı Reyçel Conson qətlə yetirilən Osmanlı İmperiyasının sonuncu Daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.