Gürcüstanın Qərbdəki tərəfdaşları müxalifəti dəstəkləməlidir.
Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Avropalı dostlarımıza müraciət etmək istəyirəm. Burada səfirliklər var və hər kəs hər şeyi görür. Onlara müraciət edib, demək istəyirəm ki, dostlar, bizə sizin köməyiniz indi lazımdır. Ümumiyyətlə, inqilab istəmirik, amma əgər inqilab baş versə və hakimiyyətə gəlsək, yalnız onda bizlə danışacaqlar?! Onlar Talibanla belə hakimiyyətə gəldikləri üçün danışır və deyirlər ki, bunu etməyə məcburuq. Bizə isə indi kömək lazımdır”, – deyə o bildirib.
Burcanadze, həmçinin Qərb ölkələrini ikili standartlarda ittiham edib.