Amerikalı alimlər müxtəlif koronavirusların, o cümlədən COVID-19-un səbəb olduğu infeksiyaların şiddətini məhdudlaşdıran anticisim müəyyən edib və sınaqdan keçiriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vu anticism hazırkı epidemiyanı müalicə etmək potensialına malikdir, hətta gələcək epidemiyalarda- digər koronaviruslar heyvan sahiblərindən insanlara keçdikdə də faydalı ola bilər.
Alimlər 2000-ci illərin əvvəllərində atipik pnevmoniyanın yayılmasına səbəb olan orijinal SARS-CoV-1 virusuna yoluxmuş xəstənin və COVID-19 xəstəsinin qanını təhlil edərək anticismi ayırıblar.
İki nəfərdən əldə edilən 1 700 anticismdən tədqiqatçılar həm SARS-CoV-1 virusuna, həm də COVID-19-a səbəb olan SARS-CoV-2-yə bağlanma qabiliyyətinə malik 50 anticism tapıblar.
Əlavə təhlillər göstərib ki, onlardan çarpaz bağlanan anticism xüsusilə güclü olub - o, insanlara yoluxan iki patogendən əlavə, müxtəlif heyvan koronaviruslarına da bağlana bilər.
Bu anticism çox sayda koronavirusu zərərsizləşdirə bilər.