Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın hərbi bloka daxil olması məsələsində hələlik konsensusa gələ bilmir.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq vurğulayıb ki, NATO üzvü olmaq üçün hərbi blokun standartlarına cavab vermək lazımdır:
“Alyans hazırkı mərhələdə Kiyevə ölkədə korrupsiya ilə mübarizədə kömək edir, lakin onu öz sıralarına qəbul etmək üçün 30 müttəfiq razılaşmalıdır”.
Alyansın baş katibi həmçinin bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə son görüşündə NATO-nun ölkənin bütövlük və suverenliyinə dəstəyini ifadə edib, lakin prezident dəstəkdən daha çox tam üzvlük istəyib.