Livanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Livan Prezidenti Mişel Aun ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
"Görüşümüzdə qardaş Livan xalqına və Livanın sabitliyinə dəstəyimizi bir daha vurğuladıq", - Çavuşoğlu bildirib.