G7 ölkələrinin xarici işlər nazirləri dekabrda Liverpulda görüş keçirəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya və Aİ-dən olan ölkələrin XİN rəhbərləri arasında görüş dekabrın 11-dən 12-dək baş tutacaq.
Qeyd olunur ki, sammitdə ilk dəfə olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının üzvləri iştirak edəcək. Xüsusilə, Tailand, İndoneziya və Malayziyadan nümayəndə heyətlərinin gəlişi gözlənilir.