Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
40 dəqiqə davam edən telefon danışığı zamanı nazirlər İkinci Dünya müharibəsindən sonra sülh sazişi danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.
Yaponiyalı nazir Ukrayna və Belarusda gərginliyin artması ilə bağlı ölkəsinin narahatlığını da rusiyalı həmkarına çatdırıb.