Vətənin Xilası Hərəkatının mövcud olduğu dövrdə verdiyim bütün qiymətlər qüvvədə qalır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
“Bu hakimiyyət yaddır və bizim xalqa düşməndir. Ermənistan üçün faydalı heç nə edə bilməz və Azərbaycan və Türkiyənin də iştahı durmadan artır. Görürlər ki, qarşılarında iradə və gücdən məhrum olan dövlət başçısı var, ona görə də daim hücuma davam edəcəklər. Cənubi Qafqazda və sərhədlərimizə yaxın ərazidə hazırki vəziyyət qeyri-sabitdir. Bu, gec-tez müharibəyə səbəb olacaq. Hər zaman sülhdən danışan Nikol Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır”, - Manukyan bildirib.