ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasına qarşı mübarizə üçün yeni plan açıqlayıb.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri yeni planda yoluxmanın artacağı halda qapanma ilə bağlı hər hansı bəndin olmadığını bildirib.
“Burada əsas məsələ ABŞ əhalisinin koronavirusa qarşı mütəmadi test edilməsi və peyvənd olunanların say artımıdır", - Bayden bildirib.