Rusiyalı məşhur bloger İlya Varlamov Liberiyada polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat yayıb.
“Hazırda hansısa bəlli olmayan məntəqədə otururam. Bura narkotiklərlə mübarizə idarəsinə bənzəyir. Rəisin otağındayam. Divarlar arxasında qəzəbli kütlə var”, - deyə bloger yazıb.
Varlamov istəmədiyi insanla foto çəkdirdiyini və bu səbəbdən yerli sakinlər arasında davanın baş verdiyini bildirib.
Daha sonra hadisə yerinə gələn polis Varlamovu idarəyə aparıb. Onu gizli oyun aparatlarını və uduş kombinasiyalarını lentə almaqda ittiham edirlər.
Əlavə məlumat verilməyib.