"Falcon 9" ağır daşıyıcı raketi göyərtəsində Starlink sisteminin qlobal İnternet əhatə dairəsini genişləndirmək üçün növbəti peyk partiyası ilə uğurla orbitə buraxılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, istehsalıçı-şirkət SpaceX-in yaydığı məlumatda raketin göyərtəsində həmçinin BlackSky şirkətinin kəşfiyyat peyklərinin olduğu bildirilir.
Bu avadanlıq, o cümlədən Pentaqonun və ABŞ kəşfiyyat xidmətinin fəaliyyəti çərçivəsində vəzifələri yerinə yetirəcək. Raket kosmosa Florida ştatındakı Kanaveral burnunda yerləşən kompleksdən buraxılıb.