Məni devirəcəklərini, hökumət quracaqlarını düşünürdülər.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə müxalifəti barədə danışarkən deyib.
"Bu, seçkilərdən sonrakı dövr idi, ümidləri vardı, indi yoxdur", - Lukaşenko qeyd edib.
Hazırda məğlub olmuş prezidentliyə namizəd Svetlana Tixanovskaya, Pavel Latuşko və Viktor Tsepkalonun rəhbərliyi altında müxalifətin 3 mərkəzinin fəaliyyət göstərdiyinə diqqət çəkən Lukaşenko bildirib:
"Onlar yaşamaq və yemək istəyirlər. Ancaq Qərb heç kimə elə-belə pul verməz. Pulları bitən kimi aralarında dava başlayır. Qərb konstitusiyaya işarə edərək, "Bir az da səbirli olacağıq. Belarusu alt-üst etməsəniz, sizi maliyyələşdirməyəcəyik” deyir. İndi də onların arasında yaşamaq üçün maliyyə münaqişəsi gedir”.