Permdə pedofiliya şübhəsi ilə yüksək kateqoriyalı tanınmış məşqçi-müəllim, ağır atletika üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Sergey Naqibin (ad şərtidir) saxlanılıb.
Milli.Az xəbər verir ki, vəziyyətlə tanış olan mənbənin "KP"yə verdiyi məlumata görə, Sergey son vaxtlara qədər "Kirov vilayətinin Olimpiya Ehtiyatları İdman Məktəbi"ndə işləyib. Məşqçinin 12 yaşlı şagirdinin atası istintaq orqanlarına müraciət edib. O bildirib ki, bu yaxınlarda qızı həvəssiz məşqlərə getməyə başlayıb, sonra isə idman məktəbinə getməkdən ümumiyyətlə imtina edib. Atası onun niyə dərsləri bəyənmədiyini öyrənməyə çalışanda qız göz yaşlarına boğularaq "məşq"in dəhşətli əməllərinin təfərrüatlarını danışıb.
Psixoloqlar qızla danışıb və uşağın nəsə uydurmadığını bildiriblər. İstintaqda məşqçiyə qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübut var. Mənbənin sözlərinə görə, kişi məşqçi otağında qızla qapanıb və iyrənc əməllərə verib. Ola bilsin ki, bu, onun şübhəli olduğu yeganə hal deyil.