Dünən ölkədə keçirilən parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələrinin açıqlanması nəticəsində yeni simalar ortaya çıxıb.
“Qafqazinfo”xəbər verir ki, Yeni Azərbaycan Partiyası 123 namizədlə qatıldığı seçkidə hazırkı nəticələrə görə, 69 mandat əldə edib. Onların da 17 nəfəri ilk dəfə deputat seçilən şəxslərdir. YAP-ı təmsil edən və ilkin nəticələrə görə lider olan namizədləri təqdim edirik:
12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi
Səbinə Xasıyeva (YAP)- 48.5%
32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi
Afət Həsənova (YAP) – 64.9 %
41 saylı Sumqayıt Birinci Seçki Dairəsi
Hicran Hüseynova (YAP) – 31.5 %
43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi
Emin Hacıyev (YAP)- 63.4 %
54 saylı Şabran-Siyəzən Seçki Dairəsi
Sadiq Qurbanov (YAP) – 55.3 %
62 saylı Saatlı Seçki Dairəsi
Əziz Ələkbərov (YAP) – 49 %
63 saylı Sabirabad birinci Seçki Dairəsi
Kamal Cəfərov (YAP) – 52.8 %
64 saylı Sabirabad İkinci Seçki Dairəsi
Ramin Məmmədov (YAP) – 54.6 %
70 saylı Masallı Şəhər Seçki Dairəsi
Məşhur Məmmədov (YAP) – 64.8 %
71 saylı Masallı Kənd Seçki Dairəsi
Anar İsgəndərov (YAP) – 62.7 %
91 saylı Ucar seçki Dairəsi
Ramil Həsən (YAP) – 51.7 %
93 saylı Bərdə Şəhər Seçki Dairəsi
Fatma Yıldırım (YAP) – 65.7 %
96 saylı Goranboy-Naftalan Seçki Dairəsi
Anar Məmmədov (YAP) – 59 %
99 saylı Şəmkir Kənd Seçki Dairəsi
Nurlan Həsənov ( YAP) – 61.3 %
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi
Elşad Mirbəşiroğlu (YAP) – 54.9 %
102 saylı Samux-Şəmkir Seçki Dairəsi
Nizami Səfərov (YAP) – 64 %
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi
Ceyhun Məmmədov (YAP) – 62.7 %
Qeyd edilən namizədlər hazırda nəticələri açıqlanan 118 dairə üzrə seçilənlərdir. Nəticələri açıqlanmayan 7 dairədən isə YAP-ın 6 namizədi exit-poll nəticələrinə görə lider idi. Belə ki, 17 saylı dairədən Elnur Allahverdiyev, 42 saylı dairədən Tahir Mirkişili, 44 saylı dairədən Müşviq Məmmədov, 77 saylı dairədən Rəşad Mahmudov, 123 saylı dairədən Aqil Məmmədov, 125 saylı dairədən İmamverdi İsmayılov exit-poll nəticələrində lider kimi qeydə alınmışdılar.
MSK hələlik 125 seçki dairəsində 119-da ilkin nəticələri açıqlayıb. Açıqlanan nəticələrdə 119 deputatın 22-i xanım deputatlardır. Onların böyük əksəriyyəti əvvəlki çağırışlarda deputat olanlardır. Bunlar Məlahət İbrahimqızı, Sevinc Fətəliyeva,Qənirə Paşayeva, Jalə Əliyeva, Sevinc Hüseynova, Kamilə Əliyeva, Aqiyə Naxşıvanlı, Ülviyyə Ağayeva, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Sahibə Qafarova,Ülviyyə Həmzəyevadır.
Bununla belə Milli Məclisin yeni tərkibində ilk dəfə seçilən xanımlar da olacaq. Beləliklə12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsindən seçilən ən gənc xanım Xasıyeva Səbinə, 24 saylı Nizamı seçki dairəsindən Könül Nurullayeva, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai, 32 saylı Suraxanı seçki dairəsindən Həsənova Afət, 41 saylı Sumqayıt seçki dairəsindən Hicran Hüseynova, 56 saylı Xaçmaz kənd seçki dairəsindən Sevil Mikayılova, 57 saylı Kürdəmir seçki dairəsindən Ağazadə Əminə, 59 saylı Salyan seçki dairəsindən Əhmədova Jalə, 85 saylı Şamaxı seçki dairəsindən Cəfərova Tamam, 93 saylı Bərdə seçki dairəsindən Yıldırım Fatma yeni tərkibə seçilən yeni xanım deputatlardandır.
Trend məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Qırğızıstandan olan beynəlxalq müşahidəçi Almazbek Batırbekov deyib.
Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər:
“Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi”.
Azərbaycanda seçkiləri müşahidə etmək üçün yaratdıqları şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən A.Batırbekov Şamaxı və Qobustanda, eləcə də, Bakıda müşahidə apardıqlarını söyləyib.
Seçkilərdə iştirak edən namizədlərin təxminən 20 faizinin qadın və gənclərin olduğunu müsbət məqam kimi xüsusi vurğulayan beynəlxalq müşahidəçi əlavə edib ki, qaçqın və məcburi köçkünlərin seçki prosesində iştirakı da çox qənaətbəxş idi.
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bunu Çexiya parlamentinin müşahidə missiyasının üzvü Yaroslav Qulik keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müşahidələri zamanı qayda pozuntularının yol verilməməsinə çalışıblar. Y.Qulik Azərbaycanla Çexiyadakı seçkilər arasında fərqlərin olduğunu da diqqətə çatdırıb.
“Çexiyada seçicilər şəxsiyyət vəsiqəsini götürüb, məntəqədə təqdim edib, səs verirlər. Azərbaycanda isə seçici həm də öz adının qarşısına imza qoymalıdır. İkincisi isə Azərbaycanda gözdən əlil seçicilərin sərbəst səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunur. Bu, yaxşı haldır.
Üçüncüsü isə budur ki, Azərbaycanda seçicilərin barmağına gözəgörünməyən mürəkkəb vurulur ki, bu da onların ikinci dəfə səs verməsinin qarşısını alır”.
Maraqlı gözlənilən dairələrdən 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən sürpriz qalib açıqlanıb.
26 yaşlı YAP üzvü Səbinə Xasayeva deputat seçilib. O məşhur REAL-çı Natiq Cəfərlini qabaqlayıb.
"Ölkə.Az" “exit poll”un nəticələrinə əsasən, Milli Məclisə ilk dəfə deputat seçilən şəxslərin siyahısını hazırlayıb.
“Exit polla” görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Səbinə Xasiyeva, 14 saylı Xəzər seçki dairəsindən Sultan Məmmədov, 16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli, 17 saylı Yasamal üçüncü seçki dairəsi Elnur Allahverdiyev deputat seçiliblər.
24 saylı Nizami birinci seçki dairəsindən Könül Nurullayeva, 27 saylı Sabunçu ikinci seçki dairəsindən Əliabbas Salahzadə, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Etibar Əliyev, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənova, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlunun deputat mandatı qazandığı bildirilir.
Eyni zamanda, qeyri-rəsmi açıqlamaya görə, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Müşviq Cəfərov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Müşviq Məmmədov 46 saylı Şirvan seçki dairəsindən İltizam Yusifov, 50 saylı Abşeron – Qobustan seçki dairəsindən Şahin Seyidzadə, 53 saylı Quba-Qusar seçki dairəsindən Anatoli Rafaelov, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Sadiq Qurbanov, 56 saylı Xaçmaz kənd seçki dairəsindən Sevil Mikayılova, 57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə, 59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədovanın da adı deputat mandatı qazanan şəxslər siyahısındadır.
62 saylı Saatlı seçki dairəsindən Əziz Ələkbərli, 63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov, 64 saylı Sabirabad ikinci seçki dairəsindən Ramin Məmmədov, 66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov, 70 saylı Masallı şəhər seçki dairəsindən Məşhur Məmmədov, 71 saylı Masallı kənd seçki dairəsindən Anar İsgəndərov, 79 saylı İmişli seçki dairəsindən Razi Nurullayev, 84 saylı Füzuli seçki dairəsindən Vüqar Bayramov, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Məzahir Əfəndiyev, 91 saylı Ucar seçki dairəsindən Ramil Həsən, 93 saylı Bərdə şəhər seçki dairəsindən Fatma Yıldırım, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Anar Məmmədov, 99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Elşad Mirbəşiroğlu, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Nizami Səfərov da ilk dəfə Milli Məclisə mandatı qazananlardandır.
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, 113 saylı Şəki şəhər seçki dairəsindən Vüqar İsgəndərov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Ceyhun Məmmədov, 122 Xankəndi seçki dairəsindən Tural Gəncəliyev, 123 saylı Kəlbəcər seçki dairəsindən Aqil Məmmədov parlamentə düşüb.
Qeyd edək ki, bunlar rəsmi məlumat deyil. (oxu.az)
Oxu.az xəbər verir ki, Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Eldar İbrahimov, Siyavuş Novruzov, Ülviyyə Həmzəyeva bundan əvvəl də deputat olublar.
Azay Quliyev, Kəmaləddin Qafarov, Madər Musayev, Aydın Hüseynov, Rauf Əliyev də “köhnə qvardiya”dandırlar.
Ülvi Quliyev, Rasim Musabəyov, Hikmət Məmmədov, Adil Əliyev, Məlahət İbrahimqızı, Asim Mollazadə, Ziyad Səmədzadə, Sədaqət Vəliyeva, Fazil Mustafa, Eldar Quliyev, Sevinc Fətəliyeva, Hüseynbala Mirələmov, Mixail Zabelin, Qüdrət Həsənquliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Musa Quliyev, Oqtay Əsədov, Aydın Mirzəzadə, İlham Məmmədov, Əli Hüseynli, Azər Badamov da bundan əvvəl parlamentdə təmsil olunublar.
Vahid Əhmədov, Eldəniz Səlimov, Rafael Hüseynov, Fəzail Ağamalı, Əhliman Əmiraslanov, Malik Həsənov, Elman Nəsirov, Fəzail İbrahimli, Musa Qasımlı, Rüfət Quliyev, Hadi Rəcəbli, Cavanşir Paşazadə, Ziyafət Əsgərov, İqbal Məmmədov, Çingiz Qənizadə, Şahin İsmayılov, Tahir Rzayev, Aqil Abbas, Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Hacıyev, Cavid Osmanov, Jalə Əliyeva, Zahid Oruc, Sahib Alıyev, Ağalar Vəliyev, Sahibə Qafarova, Kamran Bayramov, Sevinc Hüseynova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Səməd Seyidov, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Elşən Musayev, Kamilə Əliyeva, Azər Kərimli, Əli Məsimli, Cavanşir Feyziyev, Fəttah Heydərov, Aqiyə Naxçıvanlı, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Mahir Abbaszadə, Elman Məmmədov da “qocaman” deputatlardandır.
61 saylı Neftçala seçki dairəsində qələbə qazanan Sabir Rüstəmxanlı Milli Məclisin bundan əvvəlki çağırışlarında da deputat olub.
O, 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat seçilib.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar yeddi seçki dairəsi üzrə nəticələr müəyyənləşməyib.
Həmin seçki dairələri aşağıdakılardır:
17 saylı Yasamal Üçüncü Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi.
"Ölkə.Az"ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu barədə məlumat verib.
O bildirib ki, 1 saylı Şərur-Sədərək seçki dairəsindən Vasif Talıbov Milli Məclisə deputat seçilib. Həmçinin 2 saylı Şərur seçki dairəsindən İsa Həbibbəyli, 3 saylı Babək-Kəngərli seçki dairəsindən Səttar Möhbalıyev, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Eldar İbrahimov, 5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov, 6 saylı Culfa-Babək seçki dairəsindən Ülviyyə Həmzəyeva, 7 saylı Ordubad-Culfa seçki dairəsindən Cəbi Quliyev hakimiyyətin qanunverici qanadında təmsil olunmaq hüququ qazanıb.
8 saylı Binəqədi birinci seçki dairəsindən Azay Quliyev, 9 saylı Binəqədi ikinci seçki dairəsindən Kəmaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Madər Musayev, 11 saylı Qaradağ seçki dairəsindən Aydın Hüseynov, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Səbinə Xasiyeva, 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən Rauf Əliyev deputat seçiliblər.
Digər qələbə çalan namizədlər isə aşağıdakılardır:
14 saylı Xəzər seçki dairəsi
Sultan Məmmədov
15 saylı Yasamal birinci seçki dairəsi
Ülvi Quliyev
16 saylı Yasamal ikinci seçki dairəsi
Erkin Qədirli
18 saylı Nərimanov-Nizami seçki dairəsi
Rasim Musabəyov
19 saylı Nərimanov birinci seçki dairəsi
Hikmət Məmmədov
20 saylı Nərimanov ikinci seçki dairəsi
Adil Əliyev
21 saylı Nəsimi birinci seçki dairəsi
Məlahət İbrahimqızı
22 saylı Nəsimi ikinci seçki dairəsi
Asim Mollazadə
23 saylı Nəsimi-Səbail seçki dairəsi
Ziyad Səmədzadə
24 saylı Nizami birinci seçki dairəsi
Könül Nurullayeva
25 saylı Nizami ikinci seçki dairəsi
Sədaqət Vəliyeva
26 saylı Sabunçu birinci seçki dairəsi
Fazil Mustafa
27 saylı Sabunçu ikinci seçki dairəsi
Əliabbas Salahzadə
28 saylı Sabunçu üçüncü seçki dairəsi
Eldar Quliyev
29 saylı Səbail seçki dairəsi
Nigar Arpadarai
30 saylı Suraxanı birinci seçki dairəsi
Sevinc Fətəliyeva
31 saylı Suraxanı ikinci seçki dairəsi
Etibar Əliyev
32 saylı Suraxanı üçüncü seçki dairəsi
Afət Həsənova
33 saylı Xətai birinci seçki dairəsi
Hüseynbala Mirələmov
34 saylı Xətai ikinci seçki dairəsi
Mixail Zabelin
36 saylı Xətai dördüncü seçki dairəsi
Qüdrət Həsənquliyev
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
Pərvin Kərimzadə
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
Naqif Həmzəyev
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Müşviq Cəfərov
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
Musa Quliyev
41 saylı Sumqayıt birinci seçki dairəsi
Hicran Hüseynova
43 saylı Sumqayıt üçüncü seçki dairəsi
Emin Hacıyev
45 saylı Abşeron seçki dairəsi
Oqtay Əsədov
46 saylı Şirvan seçki dairəsi
İltizam Yusifov
47 saylı Mingəçevir seçki dairəsi
Aydın Mirzəzadə
48 saylı Yevlax seçki dairəsi
İlham Məmmədov
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
Əli Hüseynli
50 saylı Abşeron – Qobustan seçki dairəsi
Şahin Seyidzadə
51 saylı Qusar seçki dairəsi
Azər Badamov
52 saylı Quba seçki dairəsi
Vahid Əhmədov
53 saylı Quba-Qusar seçki dairəsi
Anatoli Rafaelov
54 saylı Şabran-Siyəzən seçki dairəsi
Sadiq Qurbanov
55 saylı Xaçmaz şəhər seçki dairəsi
Eldəniz Səlimov
56 saylı Xaçmaz kənd seçki dairəsi
Sevil Mikayılova
57 saylı Kürdəmir seçki dairəsi
Əminə Ağazadə
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
Rafael Hüseynov
59 saylı Salyan seçki dairəsi
Jalə Əhmədova
60 saylı Salyan-Neftçala seçki dairəsi
Fəzail Ağamalı
61 saylı Neftçala seçki dairəsi
Sabir Rüstəmxanlı
62 saylı Saatlı seçki dairəsi
Əziz Ələkbərli
63 saylı Sabirabad birinci seçki dairəsi
Kamal Cəfərov
64 saylı Sabirabad ikinci seçki dairəsi
Ramin Məmmədov
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Əhliman Əmiraslanov
66 saylı Biləsuvar seçki dairəsi
Bəhruz Məhərrəmov
67 saylı Cəlilabad şəhər seçki dairəsi
Malik Həsənov
68 saylı Cəlilabad kənd seçki dairəsi
Elman Nəsirov
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
Fəzail İbrahimli
70 saylı Masallı şəhər seçki dairəsi
Məşhur Məmmədov
71 saylı Masallı kənd seçki dairəsi
Anar İsgəndərov
72 saylı Yardımlı-Masallı seçki dairəsi
Musa Qasımlı
73 saylı Lənkəran şəhər seçki dairəsi
Rüfət Quliyev
74 saylı Lənkəran kənd seçki dairəsi
Hadi Rəcəbli
75 saylı Lənkəran-Masallı seçki dairəsi
Cavanşir Paşazadə
76 saylı Lənkəran-Astara seçki dairəsi
Ziyafət Əsgərov
78 saylı Lerik seçki dairəsi
İqbal Məmmədov
79 saylı İmişli seçki dairəsi
Murad Fərzəliyev
80 saylı İmişli-Beyləqan seçki dairəsi
Çingiz Qənizadə
81 saylı Beyləqan seçki dairəsi
Şahin İsmayılov
82 saylı Ağcabədi seçki dairəsi
Tahir Rzayev
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
Aqil Abbasov
84 saylı Füzuli seçki dairəsi
Vüqar Bayramov
85 saylı Şamaxı seçki dairəsi
Tamam Cəfərova
86 saylı İsmayıllı seçki dairəsi
Novruzəli Aslanov
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
Tahir Kərimli
88 saylı Göyçay seçki dairəsi
Sabir Hacıyev
89 saylı Göyçay-Ağdaş seçki dairəsi
Məzahir Əfəndiyev
90 saylı Ağdaş seçki dairəsi
Cavid Osmanov
91 saylı Ucar seçki dairəsi
Ramil Həsən
92 saylı Zərdab-Ucar seçki dairəsi
Jalə Əliyeva
93 saylı Bərdə şəhər seçki dairəsi
Fatma Yıldırım
94 saylı Bərdə kənd seçki dairəsi
Zahid Oruc
95 saylı Tərtər seçki dairəsi
Sahib Alıyev
96 saylı Goranboy-Naftalan seçki dairəsi
Anar Məmmədov
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Ağalar Vəliyev
98 saylı Şəmkir şəhər seçki dairəsi
Sahibə Qafarova
99 saylı Şəmkir kənd seçki dairəsi
Nurlan Həsənov
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
Kamran Bayramov
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
Elşad Mirbəşiroğlu
102 saylı Samux-Şəmkir seçki dairəsi
Nizami Səfərov
103 saylı Gədəbəy seçki dairəsi
Sevinc Hüseynova
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Arzu Nağıyev
105 saylı Tovuz seçki dairəsi
Qənirə Paşayeva
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
Ülviyyə Ağayeva
107 saylı Qazax seçki dairəsi
Səməd Seyidov
108 saylı Ağstafa seçki dairəsi
Nizami Cəfərov
109 saylı Balakən seçki dairəsi
Nəsib Məhəməliyev
110 saylı Zaqatala seçki dairəsi
Elşən Musayev
111 saylı Zaqatala-Balakən seçki dairəsi
Kamilə Əliyeva
112 saylı Qax seçki dairəsi
Azər Kərimli
113 saylı Şəki şəhər seçki dairəsi
Vüqar İsgəndərov
114 saylı Şəki kənd birinci seçki dairəsi
Əli Məsimli
115 saylı Şəki kənd ikinci seçki dairəsi
Cavanşir Feyziyev
116 saylı Qəbələ seçki dairəsi
Fəttah Heydərov
117 saylı Oğuz-Qəbələ seçki dairəsi
Aqiyə Naxçıvanlı
118 saylı Ağdam şəhər seçki dairəsi
Bəxtiyar Əliyev
119 saylı Ağdam kənd seçki dairəsi
Bəxtiyar Sadıqov
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi
Ceyhun Məmmədov
121 saylı Laçın seçki dairəsi
Mahir Abbaszadə
122 Xankəndi seçki dairəsi
Tural Gəncəliyev
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
Elman Məmmədov
Qeyd edək ki, ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.
Səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib.
Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.