Trend məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Qırğızıstandan olan beynəlxalq müşahidəçi Almazbek Batırbekov deyib.
Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər:
“Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi”.
Azərbaycanda seçkiləri müşahidə etmək üçün yaratdıqları şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən A.Batırbekov Şamaxı və Qobustanda, eləcə də, Bakıda müşahidə apardıqlarını söyləyib.
Seçkilərdə iştirak edən namizədlərin təxminən 20 faizinin qadın və gənclərin olduğunu müsbət məqam kimi xüsusi vurğulayan beynəlxalq müşahidəçi əlavə edib ki, qaçqın və məcburi köçkünlərin seçki prosesində iştirakı da çox qənaətbəxş idi.