Modern.az xəbərinə görə, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.
Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.
Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.
Report xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib.
Onun sözlərinə görə, materiallara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq".
MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopaylaşım var: “Onlar ümumilikdə 50-60 seçki məntəqəsini əhatə edir”
Nazirlər Kabinetindən verilən məlumata görə, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.
Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.