Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında çəkilən və oktyabrın 25-də təqdim edilən “Mustafa” cizgi filminin Avropada təqdimatı əngəllənib. 

Globalinfo.az xəbər verir ki, filmin prodüserlərindən olan Kamuran Ayna cizgi filmin Avropada təqdimatına erməni lobbisinin əngəl yaratdığını bildirib.

Prodüserin sözlərinə görə, cizgi filmin bir çox Avropa ölkəsində kinoteatrlarda yayımlanması planlanıb, lakin erməni lobbisinin səyləri nəticəsində təqdimata saatlar qala yayım əngəllənib.

Ayna bildirib ki, Atatürkün uşaqlığından bəhs edən “Mustafa” filminin yayımlanması üçün ilk başda Avropa ölkələrində yaşayan milyonlarla türkdən istək göndərilib:

“Bu səbəbdən bəzi ölkələrdə kinoteatrlarla danışdıq və filmin təqdimatını planlaşdırdıq. Orada yaşayan vətəndaşlarımız da ölkənin qurucusu ilə bağlı filmi izləmək istəyirlər. Amma rəsmi razılaşmalar olduqdan sonra kinoteatrlardan tək-tək zənglər gəlməyə başladı. Bir çox izləyicinin narazılığını bildirməsi səbəbindən filmin təqdimatının təxirə salındığını dedilər. Əsasən də Avstriya və Almaniyada. Nəticə olaraq Avropada filmimizi yayımlaya bilmədik. Erməni lobbisinin hücumuna məruz qaldıq, istədiklərini bacardılar”.

Qeyd edək ki, ötən il Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan və “Disney” şirkəti tərəfindən ərsəyə gətirilən “Atatürk” filminin yayımı da təxirə salınmış və ölkədə ciddi narazılığa səbəb olmuşdu. Xəbərin ardından Amerika Erməni Milli Komitəsi (ANCA) bunun  erməni lobbisinin təşəbbüsü ilə əngəlləndiyini açıqlamışdı.

22 Dekabr 2024 Dövlət siyasətinin müasir modeli
20 Dekabr 2024 "Lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram" - ŞƏRH EDİLDİ
20 Dekabr 2024 Mühüm siyasi addım
20 Dekabr 2024 Rusiya Kirillovun qisasını aldı - Korotçenko
20 Dekabr 2024 Ermənistanın sülhməramlı müharibəsi - RAKURS
20 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”
19 Dekabr 2024 Sosial şəbəkələrdə kazino və loto oynayanlara uşaqlar da qoşulub – ARAŞDIRMA VİDEO
18 Dekabr 2024 Makron onların başqa hansı yerindən tutdu, bilmirəm...
18 Dekabr 2024 Medvedyev yenə hədələdi: Redaksiyadakı əclaflar...
18 Dekabr 2024 Zənnimcə, Tramp onu qadağan edə bilər - Prezident
18 Dekabr 2024 Mesajlar gəlirdi ki, unutmayın, biz böyük ölkəyik - Əliyev
18 Dekabr 2024 İrəvan bu icazəni alan kimi gedəcək - Əliyev
18 Dekabr 2024 Cari ildə 128 milyon dollarlıq polietilen ixrac olunub
18 Dekabr 2024 Pirotexniki vasitələrin qanunsuz satışına kim icazə verir? - EKSPERT VƏ QURUMDAN AÇIQLAMA
18 Dekabr 2024 Dünyada ikinci belə ölkə yoxdur - Əliyev
18 Dekabr 2024 Həmin oyun qaydaları bu gün artıq işləmir - Prezident
18 Dekabr 2024 Rusiya ilə NATO arasında müharibə... - İlham Əliyev
16 Dekabr 2024 Qərbin ZOMBİLƏŞDİRMƏ SİYASƏTİ - TƏHLİL
16 Dekabr 2024 Bazarda kürü tapılmır VİDEO
14 Dekabr 2024 Azərbaycan müşavirəyə sədrlik edəcək...
14 Dekabr 2024 Pozitiv Psixologiya Mərkəzinin Quba filialı açıldı - Fotolar
14 Dekabr 2024 Quzu ətinə tələbatın artması qoyun sayının azalmasına səbəb olub VİDEO
14 Dekabr 2024 BU QURUMLAR ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI
13 Dekabr 2024 "Bu prosesin daha da dərinləşəcəyini söyləyə bilərik" - MÜNASİBƏT BİLDİRİLDİ
13 Dekabr 2024 "Vikipediya"dan istifadə edərkən nələrə DİQQƏT ETMƏLİ? - EKSPERT AÇIQLADI
13 Dekabr 2024 "“Yanlış xəbər”, “saxta xəbər” xəbər dövriyyəsində böyük paya malikdir" - ŞƏRH EDİLDİ
13 Dekabr 2024 İlkin hərbi qeydiyyata alınma qaydası dəyişir
13 Dekabr 2024 Hərbi xidmətdən boyun qaçıranlara şok qadağa
13 Dekabr 2024 Pirotexniki vasitələri satmaq qanunidirmi? - AYDINLIQ GƏTİRİLDİ
12 Dekabr 2024 Hayların başları üstündəki DAMOKL QILINCI - TƏHLİL