Son xəbərlər

 

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.

Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.

Axar.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular:

“Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğ 6 min manat müəyyən edilib.

Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlara aiddir. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər”.

V.Bayramov aşağıdakı sənədlərin tələb olduğunu bildirib:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı, bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

24 Dekabr 2024 Ermənistanın yerlə-yeksan etdiyi ərazidə yeni həyat qururuq
23 Dekabr 2024 İçkili halda taksiyə oturmaq istədi, yıxıldı - Foto
23 Dekabr 2024 “Saloğlu”da mebellər fabrik qiymətinə! - Video
23 Dekabr 2024 Bu da 1 milyonluq sual - İştirakçı cavab verə bilmədi - FOTO
23 Dekabr 2024 Dini portal təqdim edildi - AMİN
23 Dekabr 2024 Ermənistanla bağlı 1919-cu il planı gerçəkləşir
23 Dekabr 2024 Bu həftə 7 gün iş olacaq
23 Dekabr 2024 Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı sədası
20 Dekabr 2024 İŞİD lideri öldürüldü
20 Dekabr 2024 Ermənistan-Rusiya ticarət dövriyyəsi iki dəfə artdı
20 Dekabr 2024 İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi
20 Dekabr 2024 İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!
20 Dekabr 2024 Generalın qətlində Baydenin oğlunun əli var - Arkov
20 Dekabr 2024 Prezidentdən Qulu Məhərrəmli ilə bağlı sərəncam
20 Dekabr 2024 Özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb - Novruzov
20 Dekabr 2024 Cənubi Koreya prezidenti dindirilməyə çağırıldı
20 Dekabr 2024 Yeni ildə yanğın təhlükəsizliyi... - FHN-dən müraciət
20 Dekabr 2024 Gözləyirdilər ki, ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər
20 Dekabr 2024 MM-də təklif: Prezidentə bu səlahiyyət verilsin!
20 Dekabr 2024 İki uşağı olanlar hərbi xidmətə çağırılmamalıdır - Deputat
20 Dekabr 2024 Avropada "söyüşçülər"ə qarşı araşdırma: Bakıya verilirlər?
19 Dekabr 2024 Suriya ilə bağlı bu məsələdə güzəştə getməyəcəyik - Ərdoğan
18 Dekabr 2024 Südə qatıb için - Möcüzəvi qarışımın inanılmaz faydaları
18 Dekabr 2024 ABŞ Rusiyada üç şirkətə sanksiya tətbiq etdi
18 Dekabr 2024 Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina
18 Dekabr 2024 Netanyahu Qahirəyə gedir: Mühüm razılaşma olacaq
18 Dekabr 2024 Hakan Fidan misirli həmkarı ilə Qahirədə görüşdü
18 Dekabr 2024 Gerasimov: Bu böhran böyük müharibəyə çevrilə bilər
18 Dekabr 2024 Prezident Fransa ilə bağlı maraqlı faktı açıqladı: Atam da, mən də...
18 Dekabr 2024 Bir miqrantın generalı rahatlıqıa öldürə bilməsi… - Ekspert