Son xəbərlər

Rusiyanın yeni hökumətinin üzvləri məlum olubRusiya prezidenti Vladimir Putin yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı fərman imzalayıb.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, baş nazir Mixail Mişustinin doqquz müavini olacaq.

Andrey Belousov - Baş nazirin birinci müavini

Dmitri Qriqorenko - baş nazirin müavini - hökumət aparatının rəhbəri

Viktoriya Abramçenko - Baş nazirin müavini

Tatyana Qolikova - Baş nazirin müavini

Yuri Borisov - Baş nazirin müavini

Dmitri Çernışenko- Baş nazirin müavini

Yuri Trutnev - Baş nazirin müavini - Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi

Aleksey Overçuk- Baş nazirin müavini

Marat Xusnullin - Baş nazirin müavini

Nazirlər

Sergey Lavrov - Rusiya Xarici İşlər naziri

Sergey Şoyqu - Müdafiə naziri

Yevgeni Ditrix - Nəqliyyat naziri

Denis Manturov - Sənaye və Ticarət naziri

Anton Siluanov - Maliyyə naziri

Olqa Lyubimova - Mədəniyyət naziri,

Mixail Muraşko - Səhiyyə naziri,

Sergey Kravtsov - Təhsil naziri 

Yevgeni Ziniçev - Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi naziri

Konstantin Çuyçenko - Ədliyyə naziri

Aleksandr Novak - Energetika naziri

Maksut Şadaev - Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri

Dmitri Kobılkin - Təbii ehtiyatlar və ekologiya naziri

Dmitri Patruşev - Kənd Təsərrüfatı naziri

Vladimir Yakuşev - Tikinti və Mənzil Kommunal Təsərrüfatı naziri

Serqey Kravtsov - Təhsil naziri

Valeriy Falkov - Elm və Ali təhsil naziri

Aleksandr Kozlov - Uzaq Şərq və Arktikanın inkişafı naziri

Oleq Matısın - İdman naziri

Anton Kotyakov - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Maksim Reşetnikov - İqtisadi İnkişaf naziri

İlham Əliyev Vahid Ələkbərovla görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Azərtac xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edilib.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Çavuşoğlu ilə görüşdüYanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Ölkə.Az" azərtac-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

Nazirdən yol polisinə tələb: “Kobudluğa və mübahisəyə yol verməyin” - FOTO
Vilayət Eyvazov: “Yol polisi qətiyyətli və nəzakətli olmalıdırlar”

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Avtosfer.az xəbər verir ki, Daxili İşlər naziri V.Eyvazov tədbirin gündəliyini elan edib, reqlament təsdiq edildikdən sonra görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmək üçün söz Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalova verilib.
Məruzəçi bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
Baş İdarə rəisi təəssüflə bildirib ki, görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.
Polis general-mayoru Ramiz Zeynalov qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 1500-ə yaxın vətəndaş qəbul edilib, daxil olmuş 93 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib. O, hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyyə edib.
Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə olacaqlarına əminliyini bildirib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Ceest Hartla görüşüb.

Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd edib. Dövlət başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.

Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Ceest Hart dövlət başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə edib, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb. Baş icraçı direktor “Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Ceest Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd edib. O, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söyləyib.

Söhbət zamanı bildirilib ki, bu ildən başlayaraq “Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb. (azertac)

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Mixail Solomonoviç,

70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyətin formulu” verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.

Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları arzulayıram, ən xoş arzularımı çatdırıram”.

Bu gün işinə başlayan Davos İqtisadi Forumuna qatılan Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” telekanalına müsahibə verib.

Bu barədə telekanalın aparıcısı Nailə Əsgərzadə öz İnstagran səhifəsində məlumat paylaşıb.

“Davos forumunda fəaliyyətimiz ənənəvi olaraq Azərbaycan prezidenti İlham Əliyevlə müeasahibə almaqdan başlayır. Efirimizi izləyin!”-deyə jurnalist paylaşım edib.

Xatırladaq ki, Davos Forumu yanvarın 21-dən 24-nə qədər davam edəcək. (modern.az)

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib.

O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”. (axar.az)

Paylaş:

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb.

Xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər.

Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə, İranla Azərbaycam arasında xoş münasibətlər var və bu, dünənki görüşlərdə də bir daha özünü büruzə verib.

“Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, – deyə E.Quliyev vurğulayıb.

Görüşə İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin DSX-nin rəisi Elçin Qurbanovun barmağına üzük taxması öz möhürünü vurub. Qonağın sözlərinə görə, həmkarına verdiyi bu hədiyə Həzrət Əlidən “təbərrük” edib, yadigar qalıb.

Bəs, niyə məhz üzük?

Məsələ burasındadır ki, üzük qədim dövrlərdən indiyədək müəyyən hərbi-siyasi anlam daşıyan simvollardan sayılıb və güc nümayişi kimi qəbul edilib. Xüsusilə islam mədəniyyətində üzüyə böyük əhəmiyyət verilib və bunun bir səbəbi də ərəbcə üzüyə “möhür” deyilməsi ilə bağlıdır. Yəni qədim ərəb mentalitetində bir adama üzük verilməsi həm də ona möhür vurulması ilə eyni anlama gəlir. İslam mədəniyyətinə üzük ərəb adət və ənənələrindən keçdiyindən daşıdığı anlamı da qoruyur. Bu gün Azərbaycan xalqı arasında yalnız toy-düyünlərdə izləri qalan həmin ənənənin məqsədi də elə möhür vurulmasını bəyan etməkdir. Başqa sözlə desək, bəy gəlinin barmağına üzük taxmaqla ona möhür vurur, mənsubiyyətini elan edir.

Qədim ərəb və İslam mədəniyyətində üzük yalnız evlilik mərasimlərinə vurulan möhür anlamı daşımırdı. O, həm də hərbi və siyasi gücün bəyanı idi. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər də nüvubətini elan etdiyi və regional kralları biətə səslədiyi zaman məktub yazıb üzüyə keçirərək onlara göndərirdi. Peyğəmbərin dəvətini qəbul edənlər üzüyü barmaqlarına taxırdılar. Qəbul etməyənlər isə Sasani hökmdarı kimi məktubu cırıb üzüyü geri qaytarırdılar. İranlı general “bu üzük Həzrət Əlidən təbərrük edib” deyərkən də bunu nəzərdə tutur. Görünür, Həzrət Əli də Məhəmməd peyğəmbər kimi biətə səslədiyi əşirət və tayfa rəhbərlərinə həlqəsinə məktub taxılan üzük göndərirmiş. İndi o üzüklər Həzrət Əlinin yadigarları sayılır və onlardan biri də İranlı generala nəsib olubmuş.

Üzük təkcə müsəlman dünyasında deyil, digər səmavi dinlərdə də güc, əzəmət, hegemoniya simvolu kimi tanınıb. 10 min il bundan əvvəl qurulmuş və yəhudilərin tarixi imperiyası sayılan  Süleyman səltənətinin hegemoniyası da üzüklə simvollaşmışdı. İslam ədəbiyyatında bu üzük “Möhri-Süleyman” adlanıb və dünya gücünün simvolu kimi alqılanırdı.

Görünən budur ki, eyni ənənə bu gün İranda da davam edir. İranın dini lideri Xamaneinin ən sadiq generallarına üzük hədiyyə etməsi barədə tez-tez məlumatlar yayılır. Bildirildiyinə görə, bir müddət əvvəl ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymaniyə məşhur üzüyünü Xamanei hədiyə etmişdi və bu, generala verilmiş ən yüksək təltif hesab olunurdu. Qasim Süleymaninin öldürülərkən qopmuş barmağındakı həmin üzüyün Qərb mediası tərəfindən xüsusi işıqlandırılması da bu mənada təsadüfi görünmür.

Bununla belə, ümidvarıq ki, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi azərbaycanlı həmkarına üzük hədiyə edərkən hər hansı siyasi və hərbi mesaj vermək istəməyib. Əks halda DSX sədrinin bu üzüyü qəbul etməsi Tehranda Azərbaycanın sərhədlərin mühafizəsində İranın hegemonluğu dairəsinə girməsi kimi başa düşülə bilər. Halbuki, bizdə üzük hər hansı hərbi-siyasi simvolik anlam daşımır və sözsüz ki, Elçin Qurbanov o üzüyü sadəcə dost yadigarı kimi qəbul edib.  /ovqat.com/

Prezident İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü olubYanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşü olub.

"Ölkə.Az" bildirir ki, görüşdə "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətlənirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.