Son xəbərlər

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb.

Xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər.

Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə, İranla Azərbaycam arasında xoş münasibətlər var və bu, dünənki görüşlərdə də bir daha özünü büruzə verib.

“Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, – deyə E.Quliyev vurğulayıb.

Görüşə İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin DSX-nin rəisi Elçin Qurbanovun barmağına üzük taxması öz möhürünü vurub. Qonağın sözlərinə görə, həmkarına verdiyi bu hədiyə Həzrət Əlidən “təbərrük” edib, yadigar qalıb.

Bəs, niyə məhz üzük?

Məsələ burasındadır ki, üzük qədim dövrlərdən indiyədək müəyyən hərbi-siyasi anlam daşıyan simvollardan sayılıb və güc nümayişi kimi qəbul edilib. Xüsusilə islam mədəniyyətində üzüyə böyük əhəmiyyət verilib və bunun bir səbəbi də ərəbcə üzüyə “möhür” deyilməsi ilə bağlıdır. Yəni qədim ərəb mentalitetində bir adama üzük verilməsi həm də ona möhür vurulması ilə eyni anlama gəlir. İslam mədəniyyətinə üzük ərəb adət və ənənələrindən keçdiyindən daşıdığı anlamı da qoruyur. Bu gün Azərbaycan xalqı arasında yalnız toy-düyünlərdə izləri qalan həmin ənənənin məqsədi də elə möhür vurulmasını bəyan etməkdir. Başqa sözlə desək, bəy gəlinin barmağına üzük taxmaqla ona möhür vurur, mənsubiyyətini elan edir.

Qədim ərəb və İslam mədəniyyətində üzük yalnız evlilik mərasimlərinə vurulan möhür anlamı daşımırdı. O, həm də hərbi və siyasi gücün bəyanı idi. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər də nüvubətini elan etdiyi və regional kralları biətə səslədiyi zaman məktub yazıb üzüyə keçirərək onlara göndərirdi. Peyğəmbərin dəvətini qəbul edənlər üzüyü barmaqlarına taxırdılar. Qəbul etməyənlər isə Sasani hökmdarı kimi məktubu cırıb üzüyü geri qaytarırdılar. İranlı general “bu üzük Həzrət Əlidən təbərrük edib” deyərkən də bunu nəzərdə tutur. Görünür, Həzrət Əli də Məhəmməd peyğəmbər kimi biətə səslədiyi əşirət və tayfa rəhbərlərinə həlqəsinə məktub taxılan üzük göndərirmiş. İndi o üzüklər Həzrət Əlinin yadigarları sayılır və onlardan biri də İranlı generala nəsib olubmuş.

Üzük təkcə müsəlman dünyasında deyil, digər səmavi dinlərdə də güc, əzəmət, hegemoniya simvolu kimi tanınıb. 10 min il bundan əvvəl qurulmuş və yəhudilərin tarixi imperiyası sayılan  Süleyman səltənətinin hegemoniyası da üzüklə simvollaşmışdı. İslam ədəbiyyatında bu üzük “Möhri-Süleyman” adlanıb və dünya gücünün simvolu kimi alqılanırdı.

Görünən budur ki, eyni ənənə bu gün İranda da davam edir. İranın dini lideri Xamaneinin ən sadiq generallarına üzük hədiyyə etməsi barədə tez-tez məlumatlar yayılır. Bildirildiyinə görə, bir müddət əvvəl ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymaniyə məşhur üzüyünü Xamanei hədiyə etmişdi və bu, generala verilmiş ən yüksək təltif hesab olunurdu. Qasim Süleymaninin öldürülərkən qopmuş barmağındakı həmin üzüyün Qərb mediası tərəfindən xüsusi işıqlandırılması da bu mənada təsadüfi görünmür.

Bununla belə, ümidvarıq ki, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi azərbaycanlı həmkarına üzük hədiyə edərkən hər hansı siyasi və hərbi mesaj vermək istəməyib. Əks halda DSX sədrinin bu üzüyü qəbul etməsi Tehranda Azərbaycanın sərhədlərin mühafizəsində İranın hegemonluğu dairəsinə girməsi kimi başa düşülə bilər. Halbuki, bizdə üzük hər hansı hərbi-siyasi simvolik anlam daşımır və sözsüz ki, Elçin Qurbanov o üzüyü sadəcə dost yadigarı kimi qəbul edib.  /ovqat.com/

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq