Son xəbərlər

Prezident yanında müşavirə keçirilib
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilibPrezident yanında müşavirə keçirilib
 

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını iclasa çağırıb.

Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi xəbərə görə, PA rəhbəri icra baçılarına 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı tövsiyyə və tapşırıq  verəcək.

Qeyd edək ki, iclas saat 14:00-da keçiriləcək.

Daha bir deputatın oğlu namizəd oldu

V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Kazımovun iki müxtəlif dairədən namizədliyini irəli sürməsiylə  bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. 

S. Kazımovun həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini verdiyi bildirilib. 

“Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, Seçkilər İnformasiya Mərkəzində qeyd olunmuş məlumatlarda S. Kazımov 67 saylı dairədən namizəd kimi imtina edib. O, imza vərəqələrini 69 saylı dairəyə təqdim etsə də, namizədliyi hələ ki, qeydə alınmayıb.

Sözügedən dairədən YAP-ın namizədi isə Sadığov Etibar Sadıq oğludur. O, Cəlilabad Peşə Mərkəzinin direktorudur.

Qeyd edək ki, deputat oğlu AMEA-da hüquq müfəttişi vəzifəsində çalışır.

Xatırladaq ki, S. Kazımovun atası deputat Mirkazım Kazımov YAP-ın V çağırış 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatıdır. YAP 9 fevral seçkilərində M. Kazımovun namizədliyini irəli sürməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub. 

“Qafqazinfo” xəbər verir ki, Elşən Allahverdiyev DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifəsini icra edib.

Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayırBu həftə Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.

Vilayət Eyvazov DYP-nin şəxsi heyətini sərəncama götürdüDaxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

"Ölkə.Az"ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Əldə etdiyimiz məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Vaqif Əsədov da işdən çıxarılıb?Bakı Dövlət Yol Polisi İdarəsində aparılan yoxlamalar nəticəsində vəzifəsini itirənlərdən biri də idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdur.

"Ölkə.Az" afn.az-a istinadən xəbər verir ki, V.Əsədov hətta yoxlamaların başladığı ilk günlərdən vəzifədən alınıb.

Bildirilib ki, adıçəkilən şəxsin xeyli müddətdir mediada görünməməsi də bununla əlaqədardır: "Bir neçə gün əvvəl "İctimai" TV-də yayımlanan "3 D" verilişinin aparıcısı Dadaş Dadaşzadə də bildirdi ki, Vaqif Əsədovu verilişə çağırır o gəlmir. Yəqin ki, yaxın günlərdə onun vəzifədən alınması ilə bağlı rəsmi məlumat yayılacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Bakı Dövlət Yol Polisi İdarəsin aparılan yoxlamaların nəticəsi olaraq, idarə rəhbərliyinin sərəncama göndərilməsi haqda məlumat yayılıb. Məlumatda bildirilirdi ki, buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir. Onu da qeyd edək ki, həmin xəbər yayılmazdan üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.

Bir qrup gənc Maştağadakı Ruhi-əsəb dispanserində daxil olub xəstələri ələ saldılar – VİDEOSəhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən görüntü üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkdiyini görürük.

İdiaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb.

Qeyd olunan video insanlar tərəfindən tənqidlə qarşılanıb. Onlar əsəb xəstələrinin ələ salınmasını hiddətlə qarşılayıb.
Həmçinin bu insanların xəstəxana daxilinə necə keçməsi də müəmmalı qalıb.(oxu24.com)
Sözügedən videonu təqdim edirik:

Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən görüntü üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkdiyini görürük.

İdiaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb.

Qeyd olunan video insanlar tərəfindən tənqidlə qarşılanıb. Onlar əsəb xəstələrinin ələ salınmasını hiddətlə qarşılayıb.
Həmçinin bu insanların xəstəxana daxilinə necə keçməsi də müəmmalı qalıb.(oxu24.com)
Sözügedən videonu təqdim edirik:

Ordu üçün yeni ərzaq anbarları tikilib — FOTO / VİDEOAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti işləri davam etdirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.

Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib.
Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Baş Nazir yanacaqla bağlı QƏRAR

“Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiqlənib.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.