Son xəbərlər

 
“Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çoxlu əsərlər yazılsa, tədqiqat işləri aparılsa da, hələ bundan sonra da öyrənilməyə davam edəcəkdir. Heydər Əliyev deyəndə ilk növbədə müasir Azərbaycan dövlətinin qurucusu göz önünə gəlir. Ulu Öndərin fəaliyyəti haqqında bir neçə mərhələdə danışmaq olar. 1969-1982-ci illər Azərbaycan Kommunist Partiyası Mərkəzi katibi olaraq respublikamızı böyük cərgələrə çıxartdı. Azərbaycanın gələcək müstəqilliyi üçün lazım olan təməlləri işləyib hazırladı. 1982-1987-ci illərdə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyazi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq dünyanın quru ərazisinin altıda bir hissəsini tutan SSRİ rəhbərlərindən biri oldu. Bu hadisə Azərbaycan xalqının tarixində qürurverici idi. İlk dəfə olaraq azərbaycanlı dövlət, siyasi xadim nəhəng bir dövlətin idarəçilərindən olmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Moskvada işləyərkən Heydər Əliyev hansı xarici ölkəyə səfər edərdisə, oraya Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitabları da aparardı: “Heydər Əliyevin fəaliyyətinin çox mühüm mərhələlərindən biri Naxçıvandakı illərdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçildikdən sonra ağsaqqal deputat, daha sonra parlamentin sədri olaraq qəbul etdiyi qərarlar Azərbaycan xalqının bütün gələcək taleyinə təsir etdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ilk sessiya iclasında Muxtar Respublikanın adından Sovet Sosialist ifadələri çıxarıldı. Bu, sadəcə iki ifadənin çıxarılması demək deyildi. O zaman hələ Kommunist Partiyası Sovet dövləti mövcud idi. Bu, Sovet və Sosialist sistemindən imtina etmək idi. Həmin iclasda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli və ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu da böyük tarixi əhəmiyyət daşıyırdı. Ona görə ki Kommunist Partiyası Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətini düşmən bilirdi və onu heç vaxt qəbul etməmişdi. Hələ o dövrdə Kommunist Partiyası da, Sovet dövləti də sosializm də var idi. Bu tarixi bir addım idi. Bakıya tövsiyə olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını qəbul etsin. Bundan bir müddət sonra Azərbaycan həmin atributları qəbul etdi”.

Deputat bildirib ki, Naxçıvan müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin atıldığı bir yer oldu: “İlk dəfə olaraq Naxçıvanda sərhədlərimizi Azərbaycan sərhədçiləri qorumağa başladı. Heydər Əliyevin fəaliyyətinin növbəti mərhələsi 1993-2003-cü illərdir. 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi göydəndüşmə olmadı. Bunun üçün zəmin qeyd etdiyimiz illərdə hazırlanmışdı. Lakin Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq, xalq-vətəndaş müharibəsi astanasında dayanmışdı. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin, separatçılıqla ölkənin parçalanmasının qarşısınl aldı, xalqı vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını da müəyyənləşdirdi. O zamanlar ölkə bərbad bir halda idi. İlk növbədə Ulu Öndər atəşkəsə getdi. Bunun başlıca məqsədi isə dövləti qurmaq, gücləndirmək, ordu yaratmaq və torpaqları işğaldan azad etməkdən ötrü zəmin yaratmaq idi. Həmin strategiyanı 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə və sonradan lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi”.

 

M.Qasımlı onu qeyd edib ki, Heydər Əliyev ölkənin inkişafının açarını tapıb: “Bu, təbii sərvət olan neft və qaz idi. Tariximizdə ilk dəfə təbii sərvət olan neft və qazı milli sərvətə çevirən Ulu Öndər Heydər Əliyev oldu. Bilavasitə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitutsiyası işlənib hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendum yolu ilə qəbul edildi. Heydər Əliyev müsəlman Şərqində ölüm hökmünü ləğv edən dövlət xadimidir. Bu, Heydər Əliyevin böyük humanizminin göstəricisi idi. Bundan sonra yüzilliklər keçəcək, Azərbaycan xalqının qüdrətli olmasını, dövlətimizin güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər. Beləliklə Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev də yaşayacaqdır”.

19 May 2024 Elektron ticarət dövriyyəsi sürətlə artır VİDEO
19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO