Son xəbərlər

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Seçki elan olunandan indiyə qədər müşahidələr göstərir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyini irəli sürənlər arasında biznesmenlər çox azdır. Sosial şəbəkələrdə də bu barədə müzakirələr, biznesmenlərin deputatlığa marağının azalmasının səbəbləri haqqında irəli sürülən versiyalar diqqəti cəlb edir. Bir kəsim düşünür, biznesmenlərin siyasətə ona görə marağı azalıb ki, öz gəlirlərini, biznes fəaliyyətlərini daha üstün tuturlar. Digər qrup isə harınlamış məmurların aqibətinin biznesmenlər üçün də nümunə olduğunu düşünənlərdir. Ümumilikdə ortaq mənzərə isə budur ki, təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadi imkanları, biznesi olan şəxslər siyasətdə təmsil olunmağa o dərəcədə əhəmiyyət vermirlər.

Bu barədə Modern.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə marağın azalmadığını hesab edir. O, bildirib ki, namizədlər öz əmlakları, fəaliyyətləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməyiblərsə, bizneslə məşğul olmadıqları anlamına gəlmir:

“Ola bilər, biznesmenin oğlu, qardaşı oğlu, digər yaxın qohumu seçkilərdə iştirak edir. Çünki gənclərin bir hissəsi bu seçkilərdə iştirak edəndə onların da müəyyən dəstək verənləri olur. Azərbaycanda nəinki biznesmenlər, məmurlar da deputatlığa maraq göstərir. Çünki deputat toxunulmazlıq statusuna malikdir”.

Çoxlu yeni namizədlərin olduğunu vurğulayan M. Zülfüqarlının sözlərinə görə, onlar mandat əldə edərlərsə, fəaliyyətləri də ictimaiyyətin marağına səbəb olacaq:

“Nə dərəcə özlərini doğruldacaqlar deyə bilmərəm. Amma hesab edirəm ki, Azərbaycanda nəinki biznesmenlər, fəhlədən tutmuş nazirə qədər hamı parlament seçkilərində maraq göstərir”.

Seçki texnoloqu Azərbaycanda məmurların biznesə maraq göstərdiyini qeyd edib:

“Müstəqillik dövründən bu yana kapitalizmin inkişafına nəzər salsaq, dövlət və ya məmur kapitalizminə oxşar cəhətlər ölkəmizdə daha çoxdur. Nazirlər, deputatlar bizneslə məşğul ola bilməzlər, amma dolayı yolla məşğul olurlar. Ona görə, düşünməyin ki, siyasətçilər ancaq öz işləri məşğuldurlar, biznesləri yoxdur. Azərbaycanda imkanı olan adamların hamısının biznesi var”.

Siyasətçi Yadigar Sadıqlı isə Azərbaycanda biznesmenlərin seçkiyə marağının son dəfə 2005-ci il parlament seçkilərində müşahidə olunduğunu deyib:

“O zaman bunun müəyyən əsasları var idi. Hələ neft pullarından asılı vəziyyətə düşməmişdik. Buna görə, müəyyən qədər müstəqil biznesmenlər var idi. Onlar öz namizədliklərini irəli sürmüşdülər. Amma heç biri parlamentə düşə bilmədi. Hətta seçkilərdən sonra onlar cəzalandırıldılar”.

Onun fikrincə, biznesmenlərdə siyasətə, seçkilərə həvəsin olmaması iki səbəblə əlaqədardır:

“Birincisi, ölkədə müstəqil biznesmenlər demək olar ki, yoxdur. Ciddi biznesmenlər, burjuaziya kimi baxa biləcəyimiz, insanlar içərisində nüfuzu olanlardan söhbət gedir.

İkincisi, 2005-ci ildən çox vaxt ötməyib. Müstəqillik, özbaşınalıq etmək istəyən biznesmenləri hansı cəzalar gözlədiyini gördülər və bu onların yadında qalıb”.

Y.Sadıqlı qətiyyətlə bildirib ki, siyasətlə siyasətçilər məşğul olmalıdır:

“Biznesmenlər, müğənnilər, idmançılar siyasətə qarışmasalar yaxşıdır. Siyasət həvəskarların yeri deyil. Peşəkar şəkildə siyasətlə məşğul olanlar bu sahədə olmalıdırlar. Digər sahələrdə peşəkar olan şəxslər peşəkar siyasətçiləri dəstəkləyə bilərlər. Amma heç vaxt siyasətlə məşğul olmamış şəxsin birdən-birə deputat olması ölkəyə yaxşı heç nə vəd etmir”.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin İstismar və Texniki Təminat şöbəsinin rəisini işdən çıxarıb.
 
V.Eyvazovun müvafiq əmri ilə, sözügedən şöbənin rəisi polkovnik-leytenant Zaur Cəfərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.   /unikal.org/

MSK tərəfindən müəyyənləşdirilən qaydada seçki bülletenlərinin çapına başlanılıb

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gündən seçki bülletenlərinin çapına başlanılıb. Milli Məclis Aparatının mətbəəsində keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri iştirak ediblər.

“Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. 125 dairə üzrə ümumilikdə, 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq, bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq”, – M.Pənahov deyib.

O bildirib ki, seçki bülletenləri əvvəlcə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq: “Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək”.

“Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”, – MSK sədri vurğulayıb.   /Ayna.az/      

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

"Ölkə.Az" "Report"a istinadən xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Vilayət Eyvazov daha bir rəisi işdən çıxardı
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib.

İlham Əliyev Yeni Azərbaycan qurur: islahat, dünya reytinqi, məmur həbsləri…


Azərbaycanın qüdrətli dövlətlər arasında qərarlaşmasının ABŞ tərəfindən elan olunması Prezident İlham Əliyevin tam müstəqil siyasətinə verilən növbəti yüksək dəyərdir.

Dayanıqlı inkişaf və tərəqqi yolu, yüksələn reytinq və qazanılan iqtisadi-siyasi dividendlər, sistemli islahatlar və onun uğurlu nəticələri...

Bütün bunlar həm geoiqtisadi, həm də geosiyasi mövqelərini daim möhkəmləndirən Azərbaycanın əldə etdiyi müsbət göstəricilər, reallıqlardır. Əlbəttə ki, bu uğurları yalnız biz yox, beynəlxalq iqtisadi forumların, reytinq təşkilatlarının hesabatları da təsdiqləyir.

Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”, "Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları hesabatlarda, reytinq siyahılarında Azərbaycan, demək olar ki, hər il yüksəlişdədir.

Bu günlərdə Amerikanın "U.S.News & World Report” jurnalında dərc edilən dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın 80 ölkə arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Əlbəttə ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşmasının təməlində də ölkənin inkişafı dayanır. Bu siyasətin müəllifi isə ən islahatçı Prezident adlandırılan cənab İlham Əliyevdir.

Prezident İlham Əliyevin liderliyində iqtidar-xalq birliyinin təmin olunması respublikamızın beynəlxalq aləmdə inamla addımlamasına qarant vermişdir.

Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında da dəfələrlə əksini tapmışdır.

Bu ilin əvvəlindən başlanan sosial islahatlar, kadr dəyişiklikləri, özbaşınalıq edən məmurların cəzalandırılması, iki icra başçısının həbsi göstərdi ki, artıq Yeni Azərbaycan qurulur.

İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri qazanılan sosial-iqtisadi uğurların daha da sürətləndirilməsi və miqyasının genişlənməsidir.

Bu sahədə prioritetlərdən biri də regionların davamlı yüksəlişidir. Təsadüfi deyil ki, indi hansı rayona, hətta ucqar kəndlərə belə baş çəksən, quruculuq işlərinin şahidi olarsan.

Bu günlərdə Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri göstərdi ki, regionları əhatə edən inkişaf prosesləri, abadlıq və quruculuq işləri davamlı və sistemlidır.

İlham Əliyev yeni Azərbaycan modeli və idarəetməsi yaradır. Prezident özü başladığı prosesin anonsunu vermişdi-gənc kadrlar, yenilənmələr, islahatlar...

Əslində nə baş verdiyi aydındır. İlham Əliyev ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir. Göründüyü kimi, proses miqyaslı, məsuliyyətli və həm də bir qədər riskli görünürdü.

Bu sadaladıqlarımızdan sonuncudan başlamaq lazım gəlir. Çünki prezidentin iradəsi, qətiyyəti olmadan bu qədər ciddi kadr və struktur islahatlarına başlamaq mümkün olmazdı.

İkincisi, İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Prezidentin arzuladığı Azərbaycan modelini isə artıq yaşı ötmüş məmurlar, eləcə də köhnə strukturlarla qurmaq problemli, hətta mümkünsüzdür.

Bu prosesin əsas qəhrəmanı İlham Əliyevdir. Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycanı üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb.

Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü.

Prezident seçiləndə onun 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik.

Şəkkaklar vardı: bacaracaqmı? Bacardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi.

İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan 16 illik prezidentlik dövrü...

Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb.

İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib.

Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır.

Müsahibələrindən birində deyir: "Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Prezident İlham Əliyev müsahibələrinin birində asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsində aldığını deyib. Bu da öz sözüdür: "Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”.

İlham Əliyev və Mehriban xanım uzun illərdir həyat yollarında birgə addımlayırlar. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini, rəğbətini qazanıb.

Onun 15 ildir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz mühüm proqramları, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir.
Azərbaycan XİN-dən Türkiyəyə — BAŞ SAĞLIĞI


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.
“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.
Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.
İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Dövlətimizin başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.
“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.
 
Cəmiyyətin, ölkəmizin rahat və təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər


Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir.
Ölkəmizin inkişafını, beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələr yerlərdəki xəyanətkar və satqın əlaltıları vasitəsilə qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər. Son vaxtlar isə polisi gözdən salmaq, guya polis əməkdaşlarının insanların hüquqlarını pozması, özlərinə aid olmayan məsələlərə müdaxilə etmələri barədə mənfi rəy formalaşdırmaq üçün cilddən-cildə girir, minbir fitnə-fəsada əl atırlar. Xarici havadarlarının çaldıqları bütün havaya oynayan radikal müxalifət nümayəndələri bu sahədə də xüsusi canfəşanlıq göstərir, müxtəlif adamların adından istifadə edərək polis haqqında həqiqətdən uzaq məlumatlar yayır və bununla da Azərbaycan polisinin fəaliyyətini gözdən salmağa çalışırlar. Belə xəyanətkarlar sanki unudurlar ki, müstəqillik illərində polis orqanları kifayət qədər böyük inkişaf yolu keçib.
Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Təbii ki, bu uğurlar ölkəmizdə sabitliyi pozmağı özlərinin əsas fəaliyyətinə çevirmiş radikal müxalifəti heç cür qane edə bilməz. Çünki belə satqınlar və onlara dəstək verən dairələr ölkədəki əmin-amanlığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını həzm edə bilmirlər. Ona görə də qərəz və böhtana əl ataraq, Azərbaycan polisi haqqında şər və böhtanla dolu informasiyalar yayırlar. Radikal müxalifətin bu “fəaliyyəti”, təbii ki, ölkəmizdəki sabitliyi pozmağa növbəti cəhd və təxribatdır. Sözsüz ki, nə radikal müxalifət, nə də Azərbaycanda əmin-amanlığı pozmağa cəhd edən digər qüvvələr insanları bu yalanlara, böhtanlara inandıra bilməzlər. Çünki xalq həmin qüvvələrin hakimiyyətdə olduğu dövrdə polisin, xüsusi təyinatlı polis dəstələrinin, xüsusilə də bu quruma rəhbərlik edənlərin özlərinin xalqın başına gətirdiyi oyunları, faciələri heç vaxt unutmayıb və unutmayacaq da.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illər hər birimizin gözləri önündədir. Həmin dövrdə baş verən hadisələr heç vaxt yaddaşlardan silinməz. 1993-cü ilə qədərki vəziyyəti yaxşı xatırlayırıq. O dövrdə ölkədə, xüsusilə polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya müstəqilliyimizə, respublikamızın beynəlxalq aləmə inteqrasiyasına çox böyük zərbə vurmuşdu. O vaxt–bütövlükdə 1991-1993-cü illərdə nəinki Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, əksinə, sabitlik pozulmuşdu, daxili çəkişmələr baş alıb gedirdi. Ölkədə yaranmış qarşıdurma, özbaşınalıq vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Təbii ki, həmin dövrdə hüquq-mühafizə orqanlarına bu sahənin mükəmməl peşəkarları rəhbərlik etsəydi, vəziyyət o həddə gəlib çatmazdı. Təsəvvür edin, polis, hüquq-mühafizə orqanı rəhbərləri ölkədə yaranmış son dərəcə ağır vəziyyətin, baş alıb gedən talançılığın, cinayətkarlığın qarşısını almaq əvəzinə, özləri hakimiyyəti ələ keçirmək üçün tabeliyində olan silahlı əməkdaşların köməyi ilə dövlət çevrilişinə cəhd etmişlər.
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasındakı çıxışlarının birində müstəqilliyimizin ilk illərində AXC -- Müsavat hakimiyyəti dövründə polis özbaşınalığına münasibət bildirərkən demişdir: “Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır – özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi”.
Azərbaycanda sabitliyin pozulması, iqtisadi tənəzzülün getdikcə dərinləşməsi ölkəmizi beynəlxalq aləmdə çox riskli bir ölkə kimi tanıtmış, bunun da acı nəticəsi özünü bütün sahələrdə büruzə vermişdi. Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf, ümumiyyətlə dayanmışdı.
AXC -- Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dövrdə daxili işlər naziri ətrafına topladığı silahlı dəstə ilə bir ailəni tamamilə məhv etmiş, günahsız insanlara ağır xəsarət yetirilmişdi. Şəxsən nazirin jurnalistə ağır fiziki zərbə yetirməsi, maşının yük yerinə qoyaraq naməlum istiqamətə aparması hər birimizin yaxşı yadındadır. Bax, bütün bunlar əhalidə polis haqqında xof, qorxu yaratmışdı və hüquq-mühafizə oqranı əməkdaşlarını gözdən salmışdı. Yəni, doğrudanmı 1992-ci ildə və 1993-cü ilin birinci yarısına qədər ölkəyə rəhbərlik edənlər, bu gün isə radikal müxalifət cildində peyda olub polisi cəmiyyətin gözündən salmaq istəyən həmin ünsürlər və onların ətrafı o dövrdə baş verən hadisələri unudublar?
1993-cü ilin ikinci yarısından başlayaraq, tədricən ölkədə həyat öz axarına düşdü. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, polis orqanlarının formalaşmasında da əsaslı dönüş yarandı. Məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda müasir polis orqanları fəaliyyətə başladı və bu sahənin inkişafı, müasir avadanlıqlarla təmin olunması, sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən hər il iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bütün bunlar ölkəmizin ümumi inkişafına müsbət təsir göstərdi.
Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edən radikal müxalifət nümayəndələrinin keçirdikləri aksiyalarda onların təhlükəsizliyinin təmin olunması vəzifəsini də məhz polis orqanları öz üzərinə götürür və bu işi layiqincə yerinə yetirirlər.
Biz dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta həyatlarını riskə belə atırlar. Məsələn, hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verən zaman, avtomobil qəzası və ya digər hadisələrdə Azərbaycan polisinin nə qədər böyük vətənpərvərlik nümayiş etdirdiyi, oradakı insanların həyatını xilas etmək üçün öz canlarından keçməyə hazır olduqları hər birimizin gözləri önündə baş verir.
Daxili İşlər Nazirliyinin rəhbərliyi də dəfələrlə bildirib ki, polisin fəaliyyəti ilə bağlı hansısa obyektiv tənqid polis adına xələl gətirən əməllərlə məşğul olanların aşkar olunmasında onların ümumi işinə kömək edir. Ancaq bütövlükdə, polisi gözdən salmaq üçün aparılan qara piar kampaniyası, görülən işlərin üstündən xətt çəkmək ölkədə qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib.
Son illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan Daxili İşlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də fəal iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər.
Təbii ki, bütün bunlar antiazərbaycan qüvvələri və onların əlində alətə çevrilmiş radikal müxalifəti narahat etməyə bilməz. Ona görə də polis əməkdaşları haqqında həqiqəti əks etdirməyən qərəzli, böhtan xarakterli məlumatlar yaymaqla iqtidar-xalq vəhdətinə xələl gətirmək istəyirlər. Həmişəki kimi, bu dəfə də onların xəbis niyyətləri ürəklərində qalacaq.
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Baku.ws xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Əmrə əsasən polis polkovnik-leytenantı Çingiz Aslanov Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Çingiz Aslanov daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.