Son xəbərlər

İsveçrədə səfərdə olan Prezident İlham Əliyev Davosda Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb.

Görüşdə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Qeyd olundu ki, "CISCO" şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

"CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirdi. Xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan "CISCO" şirkəti üçün regionda ən önəmli ölkədir.

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)
Fotolar əlavə olunub.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)
 
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
 

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu yanvarın 18-də seçicilərlə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında baş tutan tədbirə Arifoğlunun seçiciləri ilə yanaşı, təlimatlandırılmış bir neçə qadın da gəlib.

Maraqlıdır ki, gələn qadınlar kimi dəstəklədiklərini və yaxud kim tərəfindən göndərildiklərini də dolayısı ilə etiraf ediblər. Onlar R.Arifoğlunun sözünü kəsməyə və qalmaqal yaratmağa cəhd göstəriblər.

Məlum olub ki, qadınlar bu dairədən digər əsas namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadəni dəstəkləyirlər.

Ən maraqlı məqam isə qadınların tədbirdən gedərkən bəlli mikroavtobusa minmələri olub. Aydınlaşıb ki, onları R.Arifoğlunun tədbirinə göndərənlər xüsusi maşın da tutub.

Qeyd edək ki, bundan öncə R.Arifoğlu və İ.Ağazadə arasında təbliğat-təşviqat zamanı sərhədləri qorumaq və sivil metodlardan kənara çıxmamaq barədə razılaşma olmuşdu.

Hadisələrin əks olunduğu videonu təqdim edirik:

     
Vilayət Eyvazov mayoru rəis təyin etdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.
Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.
Vilayət Eyvazovdan gücləndirilmiş rejim ƏMRİ

20 Yanvar Ümumxalq hüzn günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.
Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

Saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

“20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır”.

Bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilirdi və bu proses Dağlıq Qarabağda da gedirdi: “Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Qeyd edək ki, sülh sahəsindəki Nobel mükafatı Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. (apa)