Son xəbərlər

 

Fransanın “Le Figaro” nəşri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən danışıqlar barədə yazı dərc edib.

 

Axar.az APA-ya istinadən xəbər verir ki, məqalədə beynəlxalq münasibətlər üzrə professor Sebastian Boussois normallaşma prosesinin mümkün nəticələrini təhlil edib.

Bildirilib ki, on illərlə davam edən müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün ikitərəfli yanaşmanın qayıdışı dünyanın alovlandığı bir vaxtda ümid verir.

Müəllif yazır ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilər ki, sülhün bərqərar olmasında nəinki BMT, həm də beynəlxalq vasitəçilik köhnəlib.

Məqalədə ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçilik cəhdlərinin boşa çıxdığı qeyd olunub.

Yazıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcəklərinə diqqət çəkilib, tərəflərin iki ölkə arasında 30 ildən çox davam edən münaqişənin həllinə dair yekun və qəti razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə etdikləri vurğulanıb: “Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin onun güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı onun sonunu təsdiqləyən Almatı Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”.

Professorun sözlərinə görə, ötən ay Azərbaycanın 4 kəndini qaytarması Ermənistanın normallaşma istiqamətində irəliləmək istədiyinin sübutudur: “Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.

Məqalədə qeyd olunub ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Ermənistan üçün də öz qonşuları ilə ticarət əlaqələri qurmaq baxımından faydalı olmalıdır.

“Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, - yazıda bildirilib.

19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”