Son xəbərlər

Andey Sipilinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçi təyin edilməsi barədə məlumat vermişdik.

Birinc Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl, 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. (publika.az)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və tanınmış şəxslər parlament seçkilərində iştirak edəcəklərini bildiriblər.

Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Turkustan.info xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib:

“Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim bir olsaydı, açıqlayardım”.

Mehriban Əliyevaya yeni köməkçi təyin edildiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.

Oxu.az məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

Sərəncamla Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı altıya çatdırılıb.

Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarı ləğv etdiNazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarı ləğv edib.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilib.

"Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir".

"Ölkə.Az" azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı gələcək fəaliyyətlərinə toxunarkən, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcəyini bəyan edib: "Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir"

Azərbaycan Prezidenti gələn il ölkəmidzə yenə də mötəbər idman yarışlarının keçirilməsinin nəzərdə tutulduğunu, onların arasında bir nömrəli yarış olan futbol üzrə Avropa çempionatının dörd oyununun olduğunu söyləyib: "Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir".

Prezident onları da təltif etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə.Az" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilib:

1-ci dərəcəli “Əmək” ordeni ilə

Abbasov Vaqif Qurban oğlu

Qədimov Fuad Tahir oğlu

Qurbanov Mürsəl Bakir oğlu

Mustafayev Mehman Xancan oğlu

Soltanov Şakir Soltan oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə

Abasov Qurban İsmayıl oğlu

Babaşov Qurbanəli Şahvələd oğlu

Cəfərov Arif Məmməd oğlu

Fərzəliyev Hatif Şahsuvar oğlu

Hüseynov İsrayıl İsa oğlu

İbrahimov İlyas Aslan oğlu

Qurbanov İlkin Fərman oğlu

Mahmudov Mahmud Bayram oğlu

Məmmədov Əmir Əli oğlu

Mürşüdov İsa Əli oğlu

Nağıyev Muxran Engilis oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Cavadov Ərşah Cavad oğlu

Dadayeva Ayparə Şaban qızı

Əhmədov Etibar Lətif oğlu

Əliyev Afiq Rəcəb oğlu

İsayev Qalib Baləhməd oğlu

Məmmədov Nizami Qulu oğlu

Mustafayev Şahin Mirzərəhim oğlu

Poladov Mövlan Qadaş oğlu

Salmanov İsa Ələkbər oğlu

Tağıyev Elqam Qənbər oğlu

Yusifov Asif Adıgözəl oğlu.

Prezident bu şəxslərə fəxri adlar verdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Ağayev Böyükağa Məmməd oğlu
Ələkbərov İqdam Əli oğlu
Əliyev Paşa İbrahim oğlu
Heydərov Tofiq Mirhəsən oğlu
Həsənov Azər Camal oğluHəsənov Tərlan Əliheydər oğlu
Mustafayev Şahlar Gülməhəmməd oğlu
Sultanova Sara Oqtay qızı
“Əməkdar həkim”
Əliyev Natiq Avil oğlu
Hüseynova Emiliya Əşrəf qızı
“Əməkdar jurnalist”
Cavadov Rəşad Qəmərşah oğlu.
İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Culfayev Alavərdi AbasoviçEminbəyli Yavuz İbrahimoviçHacıyev Ramiz Məmməd Kərim oğlu.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Zakir Qaralov bu rayona yeni prokuror təyin etdiBaş Prokurorluqda kadr dəyişikliyi olub.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Əliyev Ramil Firudin oğlu Siyəzən rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru vəzifəsində çalışıb.

Prezident 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəDekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim etdi.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olundu.

Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi.