Son xəbərlər

 

Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına – COP29 tədbirinə qədər imzalana bilər.

Bu fikri ilk dəfə Böyük Britaniyanın Baş naziri Rişi Sunak dilə gətirib. Daha sonra Bakıda bunun mümkünlüyü haqda açıqlamalar oldu. Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda bildirdi ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır.

Və nəhayət, Nikol Paşinyan ötən gün bəyan etdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər.

Noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündürmü?

Tərəflər arasında fikir ayrılıqlarını nəzərə alanda bu, çətin görünür.

- Kommunikasiyanın hansı prinsiplə açılması “həlledilməz” məsələ olaraq qalır: rəsmi Bakı Naxçıvana maneəsiz çıxış üçün ən azı “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsini istəyir, İrəvan bundan da imtina edir;

- Qazax-Tavuş sərhədində demarkasiya ilə bağlı razılaşma olsa da, sərhədin digər hissəsinin müəyyənləşməsində yanaşma fərqlidir: Bakı haqlı olaraq, İrəvanın Almatı Bəyannaməsinin əsas götürülməsi istəyini qəbul etmir;

- Ermənistanın ərazi iddialarının əks olunduğu mövcud konstitusiyası da sülh sazişinin önündə əngəllərdən biridir. Əliyev konstitusiya dəyişikliyinin sülh sazişi üçün cari tələb olduğunu bəyan edib.

Bu kontekstdə noyabra qədər tərəflərin fikir ayrılığını həll etməsi çətin görünür. Həmçinin, Ermənistanın daxili siyasi vəziyyəti hakimiyyətin konstitusiyanı dəyişdirmək istəklərinin önünü kəsə bilər.

Hərçənd, hər iki tərəfdə siyasi iradənin nümayiş etdirilməsi diqqəti fərqli ssenariyə yönəldir: COP29-a qədər Bakı və İrəvan arasında yekun sülh sazişi yox, sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi imzalana bilər. İstisna deyil ki, bu sənədə həm də yekun sazişdə əks olunacaq məsələlər daxil edilsin.

Ermənistan konstitusiyası həmin vaxta qədər dəyişdirilməsə, “normativ hüquqi aktlarda ərazi iddialarının ləğv edilməsi” tələbi maddələrdən biri ola bilər. Bu, Bakının istəyidir. İrəvan isə sənədə sərhədin Almatı Bəyannaməsinə uyğun müəyyənləşməsi prinsipinin daxil edilməsinə çalışacaq, lakin Azərbaycanın bunu qəbul etməyəcəyi, delimitasiyanın sonraya saxlanılması üzərində israr edəcəyi gözləniləndir. Tərəflərin sərhədlə bağlı ortaq mövqe tapması çətin görünür, lakin bu məsələni sənədə “19 aprel razılaşmasına sadiqlik” qeydini daxil etməklə kənara qoymaq da mümkündür. 19 aprel razılaşması Ermənistana Almatı Bəyannaməsinə istinad imkanı verirsə, Azərbaycana da yeni prinsiplərin irəli sürülməsi imkanı verir. Beləliklə, ziddiyyətli məqamları sonraya saxlamaqla noyabr ayına qədər sülh sazişinə dair çərçivə sənədinin imzalanması mümkün variantlardandır.

19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”