Son xəbərlər

 

Türkiyə bu gün yeni bir “İstanbul razılaşması” variantını irəli sürür.

Bu, Ukraynanın ərazi bütövlüyü çərçivəsində Rusiyanın mövqeyini gücləndirə bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, türklər ədalətli sülh istədiklərini söyləyirlər, lakin bu sülh Rusiya Federasiyasının mövqelərinə əsaslanır:

“Türkiyə Rusiyanın öz qoşunlarını Ukraynanın 1991-ci il sərhədlərinə çəkməsinə zəmanət verəcək. Lakin mən Rusiyanın buna razılaşacağına şübhə edirəm”.

Ekspertin fikrincə, bu plan əsasında Ukrayna kompromis olaraq Rusiya şərtlərini qəbul etməlidir. Bu şərtlərə NATO-ya üzvlükdən imtina və rus dilinin ikinci dövlət dili kimi tanınması daxildir:

“Bu, məhz bu gün təklif olunan kapitulyasiya ilə eyni məna daşıyacaq. Yeganə fərq ondadır ki, burada Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərin itirilməsi nəzərdə tutulmur. Əksinə, söhbət bütövlükdə dövlətimizin siyasi mövcudluğunu itirməkdən gedir. Ola bilsin, bu, imzalanmadan dərhal sonra olmayacaq, amma tədricən baş verəcək”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hürriyyət” qəzetinə müsahibəsində Ukrayna və Rusiyanı dinləməyə və münaqişənin bitməsi üçün vasitəçi olmağa hazır olduqlarını deyib. O qeyd edib ki, Türkiyə hər iki tərəflə xüsusi əlaqələrə malikdir və obyektiv mövqe tutaraq “acı həqiqətləri” bildirməyə hazırdır. Nazirin sözlərinə görə, münaqişənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

05 Noyabr 2024 Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
05 Noyabr 2024 Berbok Kiyevdə elan etdi: Qışdan əvvəl 200 milyon...
05 Noyabr 2024 Berbok: Siz azadlığımız uğrunda vuruşursunuz
05 Noyabr 2024 Bu da “Simpsonlar”ın ABŞ seçkisi ilə bağlı öngörüsü – Foto
05 Noyabr 2024 İran bu ərazilərə pul və silah göndərib - Qallant
05 Noyabr 2024 NATO baş katibindən Harris-Tramp açıqlaması
05 Noyabr 2024 İrəvanla sülh müqaviləsi bağlanmasa da... - Usubov
28 Oktyabr 2024 Müharibə uzanır, Rusiya məhv edir... - BVF
28 Oktyabr 2024 İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
28 Oktyabr 2024 Blinkendən seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış
26 Oktyabr 2024 Hizbullah İsraili atəşə tutur: 80 raket atdı
26 Oktyabr 2024 Fransada polisə qılıncla hücum edildi - Video
26 Oktyabr 2024 Lapid: İrana niyə güclü zərbə endirilmədi?
26 Oktyabr 2024 İran səhvə yol versə, yenidən vuracağıq! - Haqari
26 Oktyabr 2024 İsrailin İrana hücumu: SEPAH onlara xəbərdarlıq etdi
26 Oktyabr 2024 Kobaxidze də səs verdi və çağırış etdi
26 Oktyabr 2024 İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?
26 Oktyabr 2024 İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası
26 Oktyabr 2024 İsrail İrana hücumlarına, görün, hansı adı verdi...
26 Oktyabr 2024 Gürcüstanda seçici fəallığı açıqlandı
26 Oktyabr 2024 Gürcüstanda seçki məntəqəsində dava düşdü - Video
26 Oktyabr 2024 İsrailə cavab olacaq? - İrandan inanılmaz reaksiya
26 Oktyabr 2024 Bu azərbaycanlı deportasiya edilir
26 Oktyabr 2024 Ağ Ev İsrailin İrana zərbələrini dəstəklədi
26 Oktyabr 2024 Bu, Rusiyaya heç bir zərər vurmaz - Kobaxidze
26 Oktyabr 2024 Türkiyədən Qərbə: Rusiya ilə əlaqələri kəsə bilmərik!
26 Oktyabr 2024 Hizbullah bir gündə İsrailə 65 raket atdı
26 Oktyabr 2024 Pxenyan hərbçiləri müharibəni gərginləşdirir - Şolts
26 Oktyabr 2024 Hizbullah bir gündə İsrailə qarşı 48 əməliyyat keçirdi
26 Oktyabr 2024 İran bütün aviareysləri ləğv etdi