Son xəbərlər

 

ABŞ-da gərgin keçən seçki marafonunda nəticəni “yelləncək ştat”larda – seçimini son gün edəcək Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina və Viskonsdakı səsvermənin həll edəcəyi gözləntisi var.

Bu, ABŞ daxili siyasi seqmentinin “daşlaşmış” mənzərəsidir.

Lakin Ağ Evdə respublikaçıların, yoxsa demokratların əyləşməsi həm də ABŞ-ın xarici siyasət prioritetlərindən asılı ola bilər. 2020-ci ildə tarixi “seçki ənənəsi”nin – respublikaçılarla demokratların bir-birini iki müddətə (4+4) əvəzləməsi – pozulması və Trampın cəmi bir dönəm (4 il) prezident olması bunu daha bariz formada göstərdi.

Trampın “Öncə Amerika” yanaşması və “yeni milli təhlükəsizlik strategiyası” Avropa Birliyi ilə münasibətləri, xüsusilə NATO çətiri altındakı birliyi zəiflədir, ABŞ-ın strateji rəqibi Çinlə mübarizədə Avropadakı “köhnə müttəfiqlərini” Pekinlə yaxınlaşdırırdı. Fransa və Almaniyanın Avropanın təhlükəsizlik sistemini NATO-dan uzaqlaşdırmaq və 2020-ci ilə qədər “Avropa ordusu” yaratmaq hədəfi aktuallaşmışdı. Bu, Vaşinqtonun təkcə Avropadakı təsir imkanlarını zəiflətmir, həm də Çinin geosiyasi bazara sürətli girişinə imkanlar yaradırdı. Respublikaçıların “ikinci dönəm” hakimiyyətdə qala bilməməsində bu “yanlış strategiya”nın da rolu istisna edilməməlidir.

Baydenin gəlişi ilə ABŞ-ın ilk işi Avropada müttəfiqlərin yenidən bir çatı altında birləşdirilməsi oldu. Demokratların yayımladığı ilk “müvəqqəti milli təhlükəsizlik strategiyası”nda da avropalı müttəfiqlər Trampın dövründəki fikir ayrılıqlarını geridə qoymağa, Rusiya və Çinə qarşı birləşməyə dəvət olundu, NATO-nun “təhlükəsizlik çətiri”nin sürətlə bərpası istiqamətində addımlar atıldı. Hərçənd, yetərli görünmürdü. Bu kontekstdə Ukraynada müharibənin başlanması ABŞ üçün Avropanı Rusiya təhlükəsinə qarşı NATO çətiri altında birləşdirmək, Şimal Alyansının fəlsəfəsini yenidən canlandırmaq baxımından sərfəli idi. Və müharibə Avropaya sıçramaması, Ukrayna sərhədləri daxilində davam etməsi şərti ilə hələ də sərfəlidir.

- Harris qalib gələrsə, Rusiyaya qarşı müharibə ilə NATO təhlükəsizlik sisteminin gücləndirilməsi və Vaşinqtonun Avropada gücünün qorunması siyasəti davam etdiriləcək;

- Tramp seçilərsə, bu, sual altına düşür, xüsusilə onun Ukrayna müharibəsinə və Rusiya ilə münasibətlərə yanaşması fonunda.

Seçki mübarizəsi Vaşinqtonun geosiyasi hədəfləri üzərindən də aparılır. Və bu hədəflər, xüsusilə Çinlə mübarizədə Avropa cəbhəsinin “əldən verilməməsi” strategiyası demokratları – Harrisi daha “arzuolunan namizədə” çevirir. Bu baxımdan, Harrisin az fərqlə də olsa, seçiləcəyi ehtimalı daha çox görünür.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu gün keçiriləcək.

05 Noyabr 2024 Türkiyədə ən çox satılan avtomobil markaları - SİYAHI
05 Noyabr 2024 35 minlik ordu, 200-dən çox gəmi və təyyarə ilə... - Şolts
05 Noyabr 2024 Pxenyan göndərdiyi ordu əvəzində Rusiyadan nə alacaq?
28 Oktyabr 2024 Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
26 Oktyabr 2024 At sevgisinə görə boşandı: "Ərimdən daha çox sevirdim"
26 Oktyabr 2024 Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili
26 Oktyabr 2024 Aromatik ədviyyatlarla qeyri-adi balqabaq tortu RESEPTİ
26 Oktyabr 2024 Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi - Video
26 Oktyabr 2024 Ostin Qallantla danışdı: Qəti imkan verilməyəcək!
26 Oktyabr 2024 Gürcüstanda seçici fəallığı açıqlandı
26 Oktyabr 2024 İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi
26 Oktyabr 2024 İran İsrail ordusunun hücumuna cavab verməyəcək
26 Oktyabr 2024 COP29-a boykot çağırışları: Bu, Bakının deyil axı!
26 Oktyabr 2024 "Balaca Şəhzadə" kitabının nadir nəşri hərraca çıxarıldı - FOTO
26 Oktyabr 2024 Yeddi arvadı olan "ömürlük prezident" nə əti ilə qidalanırdı?
26 Oktyabr 2024 Ən qorxulu 10 film - SİYAHI
26 Oktyabr 2024 Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov
25 Oktyabr 2024 ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı
25 Oktyabr 2024 Rusiya XİN-dən Fransaya: Bizsiz həll edilə bilməz!
25 Oktyabr 2024 Hansı pomidor növləri ən şirindir? - DİQQƏT
25 Oktyabr 2024 Dünyanın ən yaxşı 10 çərəzi - SİYAHI
25 Oktyabr 2024 “WhatsApp”da çoxdan gözlənilən yenilik
25 Oktyabr 2024 Putindən Əsədlə bağlı bunu istədim - Ərdoğan
25 Oktyabr 2024 Məşhur brend Qarabağ xalçaları əsasında kolleksiya hazırlayır
25 Oktyabr 2024 Türkiyənin möcüzə yurdu: mağaralar, məbədlər - Video
25 Oktyabr 2024 Marketlərdən "Coca-Cola" YIĞIŞDIRILDI - ŞOK SƏBƏB
25 Oktyabr 2024 Qubadlının işğaldan azad olunmasından 4 il ötür
25 Oktyabr 2024 Qurbanovdan istefa ilə bağlı paylaşımlara reaksiya
25 Oktyabr 2024 Prezident Qubadlı ilə bağlı paylaşım etdi - Video
25 Oktyabr 2024 Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd