Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu günə qədər 82 seçki dairəsindən daxil olan müraciətlərə baxıb.
Daxil olan şikayətlərin bir qismi qanunla müəyyən olunmuş vaxtda təqdim edilmədiyindən geri qaytarılıb.
Bir qismi təmin olunmayıb, yerdə qalan hissəsi isə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Şikayət daxil olan seçki dairələrinin siyahısını təqdim edirik. 9 saylı Binəqədi İkinci, 108 saylı Ağstafa, 78 saylı Lerik, 11 saylı Qaradağ, 32 saylı Suraxanı Üçüncü, 114 saylı Şəki Kənd Birinci, 79 saylı İmişli, 123 saylı Kəlbəcər, 27 saylı Sabunçu İkinci, 21 saylı Nəsimi Birinci, 88 saylı Göyçay, 56 saylı Xaçmaz Kənd, 110 saylı Zaqatala, 44 saylı Sumqayıt-Xızı, 14 saylı Xəzər seçki dairələridir.
Bundan başqa, 47 saylı Mingəçevir, 53 saylı Quba-Qusar, 125 saylı Zəngilan-Qubadlı, 10 saylı Binəqədi Üçüncü, 46 saylı Şirvan, 8 saylı Binəqədi Birinci, 66 saylı Biləsuvar, 38 saylı Nizami İkinci (Gəncə), 86 saylı İsmayıllı, 101 saylı Göygöl-Daşkəsən, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 34 saylı Xətai İkinci, Nərimanov İkinci Seçki, 57 saylı Kürdəmir, 54 saylı Şabran-Siyəzən, 52 saylı Quba, 42 saylı Sumqayıt İkinci, 24 saylı Nizami Birinci, 68 saylı Cəlilabad Kənd, 16 saylı Yasamal İkinci, 51 saylı Qusar, 98 saylı Şəmkir Şəhər, 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 41 saylı Sumqayıt Birinci, 22 saylı Nəsimi İkinci, 23 saylı Nəsimi-Səbail, 29 saylı Səbail, 19 saylı Nərimanov Birinci, 70 saylı Masallı Şəhər, 85 saylı Şamaxı, 18 saylı Nərimanov-Nizami, 91 saylı Ucar, 31 saylı Suraxanı İkinci, 84 saylı Füzuli, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 120 saylı Cəbrayıl-Qubadlı, 25 saylı Nizami İkinci, 82 saylı Ağcabədi, 77 saylı Astara, 118 saylı Ağdam Şəhər, 107 saylı Qazax, 60 saylı Salyan-Neftçala, 63 saylı Sabirabad Birinci, 40 saylı Kəpəz İkinci (Gəncə), 112 saylı Qax, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 61 saylı Neftçala, 71 saylı Masallı Kənd, 48 saylı Yevlax, 106 saylı Tovuz-Qazax-Ağstafa, 94 saylı Bərdə Kənd, 28 saylı Sabunçu Üçüncü, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 109 saylı Balakən, 67 saylı Cəlilabad, 45 saylı Abşeron, 92 saylı Zərdab-Ucar, 50 saylı Abşeron-Qobustan və 81 saylı Beyləqan Seçki dairələrindən də müraciətlər daxil olub.
Naxçıvan Muxtar Respublikası üzrə isə cəmi bir şikayət daxil olub. 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə namizədliyi qeydə alınmış Mətləb Aslanovun müraciəti şikayətvermə müddəti ötürülməklə verildiyinə görə geri qaytarılıb.
33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin isə nəticələri ləğv olunub.
Həmçinin, 125 seçki dairəsi üzrə 27 məntəqənin nəticələri etibarsız sayılıb. /Oxu.Az/
Hazırda Qarabağ konfliktinin tərəfləri fasilə götürüblər: bu, İrəvana öz daxili problemlərinin həlli, Bakıya isə qondarma Dağlıq Qarabağdakı “seçki”nin nəticələri üçün lazımdır.
Bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına deyib. Onun sözlərinə görə, Azərbaycan anlayır ki, hər şey onların planlarına uyğun getməsə, qondarma Qarabağın indiki rəhbərliyi torpaqların qaytarılması barədə sənədlərin imzalanmasına mane olacaq:
“Proses Bako Saakyan getdikdən sonra başlaya bilər. Mən düşünürəm ki, Paşinyanın İlham Əliyevlə Qarabağa dair razılaşması var. Hər şey xarici işlər nazirlərinin bağlı qapılar arxasında 11 saat davam edən görüşündə həll edilib. Bu vəziyyət bizə tərəflərin planı olmasıyla bağlı güman irəli sürmək imkanı verir”. (axar.az)
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılıb.
Bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.
O, bildirib ki, bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlayıblar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilib.
2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, “Azərsu” ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, “Azərişıq” ASC – 490, Mədəniyyət Nazirliyi – 485, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – 475, “Azəriqaz” İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul edib. /Yeni Sabah/
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.
Belə ki, 45 dəqiqə davam edən müzakirələrdə diqqətdən kənarda qalan məqamlardan biri debatı izləyənlər arasında Ukraynanın keçmiş prezideti Pyotr Poroşenkonun olmasıdır. Zalın Azərbaycandan olan qonaqlar üçün ayrılan hissəsində əyləşən Ukrayna lideri 45 dəqiqə boyunca İlham Əliyev-Nikol Paşinyan müzakirəsini dinləyib.
Azərbaycana rəğbətini gizlətməyən eks-prezident müzakirə paneli bitən kimi İlham Əliyevə yaxınlaşaraq onu qucaqlayıb. Poroşenko yaxınlıqda duran Nikol Paşinyana tərəf baxmayaraq, onunla nümayişkəranə şəkildə görüşməyib. Bu jesti ilə Ukraynanın keçmiş lideri Ermənistanda ciddi qınaq obyektinə çevrilib. Ermənilər Azərbaycanın yaxında olduğunu göstərən Poroşenkonun addımına qısqanclıqla yanaşıblar. Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-nə qədər Ukrayna prezidenti asəalhiyyətlərini icra edib. Hazırda o, “Avropa Həmrəyliyi” partiyasının sədridir. /Modern.az/
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi keçirildi.
Öncə qeyd edim ki, müzakirə Paşinyanın ağ yalanlarla dolu ittihamlarına baxmayaraq, olduqca səmimi ortamda keçdi. Bu, tərəflər arasında ilk belə görüş idi.
Təbii ki, əvvəlki illərdə olduğu kimi, bu müzakirələrdə də erməni liderin yalan informasiyalara söykənəcəyi, əlində heç bir tutarlı fakt olmadan qarşı tərəfə ittihamlar yağdıracağı gözlənilən idi. Onsuz da bir azərbaycanlı olaraq bu hallara illərdir rast gəlirik. Bizim üçün yeni deyil.
Gözlənildiyi kimi də oldu. İlk çıxışa Azərbaycan Prezidenti başladı və tutarlı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Paşinyan da daxil olmaqla, hər kəsə çatdırdı. Prezident 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya ilə imzaladığı Kürəkçay, 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri, 1918-ci il 29 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə İrəvanın ermənilərə verilməsi də daxil olmaqla, bütün tarixi faktları erməni baş nazirin (və dünya ictimaiyyətinin) diqqətinə çatdırdı.
Amma Paşinyan öz sələfləri kimi ənənəvi olaraq çıxışını yalan üzərində qurmağa başladı.
Erməni baş nazir çıxışında 1994-cü ildə Bişkek Protokolunu imzalayan tərəflərdən birinin Dağlıq Qarabağın nümayəndəsi olduğunu dedi. Bununla Paşinyan hər kəsə sübut etməyə çalışırdı ki, guya Azərbaycan vaxtilə Dağlıq Qarabağı bir qurum kimi tanıyıb. Amma sənəddə qondarma qurumu təmsil edən bir nəfərin də adı qeyd olunmayıb. İndiyə qədər Paşinyandan əvvəlki erməni liderlər də Azərbaycan tərəfi ilə danışıqlar zamanı bu barədə söz açmayıb. Çünki hər kəs belə bir halın olmadığını gözəl bilir.
Nikolun digər yalanı Dağlıq Qarabağın statusu ilə bağlı idi. Guya Dağlıq Qarabağ Sovet İttifaqı tərəfindən ermənilərdən zorla alınaraq Azərbaycana verilib.
Sitat: Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın … yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir növ Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi idi. Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib.
Belə bir yalanı demək üçün peşəkar olmağa ehtiyac yoxdur, erməni olmaq bəs edər.
Nikolun bu yalanını sübut etmək üçün dərin tarixi faktlara, arxiv materiallarına ehtiyac yoxdur. 1918-ci ildə Dağlıq Qarabağın hansı dövlətin tərkibində olmasına nəzər yetirmək bəs edər.
Məgər Paşinyan bu faktları bilmir? Məgər o bilmir ki, 1920-ci il 11 yanvarda başda ABŞ, Böyük Britaniya, Fransa olmaqla, Azərbaycanın müstəqilliyini tanıyan 20 ölkə Azərbaycan ərazisi kimi həm də Zəngəzuru, Meğrini, Göyçəni, Dərələyəzi, Qafanı tanımışdı? Məgər, Paşinyan bilmir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz sayılan ərazisi 98 min kv km, mübahisəli adlandırılan (İrəvanın ətrafı və Göyçə gölünün qərbi) 114 min kv km idi?
1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində ona görə saxlanılmasına qərar verdi ki, Azərbaycandan Meğri, Qafan, Dərələyəz, Göyçə mahalı (Göyçə gölünün şərqi) alınıb zorla Ermənistana verildi. Hələ həmin vaxt Qərbi Azərbaycan Respublikası adında dövlət yaradıb, buna qarşı savaş da başladılmışdı və o savaşa girənləri Qırmızı Ordu öz qanında boğmuşdu.
Bu azmış kimi, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul etdi. Yəni Sovet işğalından sonra cəmi 3 il ərzində Azərbaycanın 28 min kv km-ə yaxın ərazisi – onun 12 min kv km-ni hətta müstəqil Ermənistan da mübahisələndirməmək barədə 1918-ci il 29 mayda öhdəlik götürmüşdü – işğal edilərək, Ermənistana verildi, ardınca isə Dağlıq Qarabağda da ermənilərə muxtariyyət yaradıldı?
Bütün dünya da yaxşı bilir, Çar Rusiyasının arxivlərində də saxlanılır: Birinci Dünya müharibəsindən öncə İrəvan əhalisinin 87 faizi azərbaycanlılardan ibarət idi.
Əlbəttə, sələfləri kimi Paşinyan da, dünya da bu faktları çox gözəl bilir və anlayır. Amma ənənəvi erməni xəstəliyi tarixi faktları qəbullanmağa mane olur. Bundan sonra da qəbul etməyəcək. Çünki xislət imkan vermir.
Azərbaycan Prezidenti İlham Əliyevin aramla, səlis səsləndirdiyi faktlar qarşısında hansı dövlət başçısı olsaydı, susardı, bu barədə bir kəlimə də danışmazdı. Amma Paşinyan susmadı, sona qədər həyasızlığını davam etdirdi və rüsvay oldu.
Onun rüsvayçılığının isə heç bir fərqi yoxdur: bu xalq Kardaşyanı ilə fəxr edən xalqdır, mədəniyyət oğrusu, torpaq oğrusudur və belə rəzilliklərdən utanmaz.
Dünyaya da deyəsən, belə rəzillər lazımdır…
P.S. Azərbaycan xalqının başına tarix boyu çox müsibətlər gəlib. Ancaq başımıza gələn ən böyük faciə ermənilərlə bizim qonşu edilməyimizdir.
Bəşəriyyət tarixində heç kim belə həyasız xalqla qonşu olmayıb. Allah heç kimi belə xalqla qonşu etməsin! /axar.az/
Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.
Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.
Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:
“Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 150 manatdan 7000 manatadək ola bilər”.
Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir:
“Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.
MSK katibi Mikayıl Rəhimov isə saytımıza bildirdi ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:
“Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.
Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir. (modern.az)
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində bölmə rəisi vəzifəsinə polis mayoru Vəli Qocayev təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Debatla bağlı Azərbaycan, Rusiya və Ermənistan mətbuatında, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.
Müzakirələrdə Prezident İlham Əliyevin debatda aşkar üstünlük əldə etməsi vurğulanır.
Ümumiyyətlə, bu, İlham Əliyevin Nikol Paşinyanla müzakirələrdə ilk belə qələbəsi deyil.
Oxu.Az xatırladır ki, dövlət başçısı İlham Əliyev hələ 2019-cu ilin oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında Paşinyana tutarlı cavabı ilə diqqət çəkmişdi.
Belə ki, Paşinyan 2019-cu ilin avqustunda Azərbaycanın işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” deməsi ilə gündəmə gəlmişdi.
Ancaq Ermənistanın Baş nazirinin bu bəyanatı daha çox daxili auditoriyaya hesablanmışdı, onun heç bir beynəlxalq çəkisi yox idi.
İlham Əliyev isə Soçidə dünyaca tanınmış qonaqların qarşısında qətiyyətli mövqe ortaya qoydu.
İlham Əliyev çıxışında “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə Paşinyanın onsuz da itirilmiş nüfuzuna daha bir zərbə vurdu.
Həmin ilin oktyabrın 8-də İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı Azərbaycanla bağlı həqiqətləri mötəbər tribunalarda səsləndirdiyini deyib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.
Ardınca isə Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb. Prezident arqumentləri və dəmir məntiqi ilə Nikol Paşinyanı daha bir diplomatik nokauta salıb.
Azərbaycan dövlət başçısı Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.
Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.
“Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə Prezident İ.Əliyev bildirib.
Aciz durumda qalan Nikol Paşinyan isə mövzunu başqa məcraya yönəltməyə cəhd göstərib. Amma bu da uğursuz alınıb.
“Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub, öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik.
Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm”, - deyə Paşinyan bildirib.
Halbuki İlham Əliyev çıxışında erməni xalqına qarşı bir ifadə işlətməmişdi.
Prezident deyib ki, çıxışında Ermənistanın Baş nazirindən, xüsusən də erməni xalqından söhbət getməyib.
Ölkə başçısı Paşinyanın tarixlə bağlı qüsurlu müqayisəsinə də cavab verib.
“Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər Baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin, hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir.
Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub.
Həmçinin, nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib.
Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.
Ümumiləşdirsək, deyə bilərik ki, Ermənistan hökumətinin başçısının İlham Əliyevlə görüşlərdə çox hazırlıqsız və təcrübəsiz olduğunu sezmək elə də çətin deyil.