Son xəbərlər

Prezident iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi — SƏRƏNCAM

İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident deputatı təltif etdi — FOTO
Prezident İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, deputat Tahir Rzayevin 70 yaşı tamam olur.

Prezident deputatı təltif etdi — FOTO
 
Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI

Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.

“Report” xəbər verir ki, bu günədək 30 seçki dairəsinin 105 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

Onlardan 102-si ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 3-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.

Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 1 (16 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 2 (25 və 30 saylı), 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 11 (6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı), 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 1 (10 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 48 saylı Yevlax seçki dairəsinin 1 (6 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 (4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı), 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 2 (10 və 29 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 82 saylı Ağcabədi seçki dairəsinin 1 (3 saylı), 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 1 (9 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 118 saylı Ağdam şəhər seçki dairəsinin 2 (25 və 33 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib.

Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 30 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub.
Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunub.

O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol İdarəsinin bölməsinə inspektor vəzifəsinə təyinat alıb.
Prezident Əli Əsədova yeni vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Komissiyanın sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

Komissiyanın üzvləri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Natiq Əliyev – Xalq rəssamı

Mövlud Süleymanlı – Xalq yazıçısı.
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

"Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir.

Azərbaycan idman ölkəsi kimi artıq beynəlxalq aləmdə geniş tanınır, respublikamızın idman sahəsindəki uğurlarını, Olimpiya və Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələri idman ictimaiyyəti yüksək qiymətləndirir. Son illərdə Azərbaycanda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 kimi irimiqyaslı yarışlar buna əyani sübutdur.

Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür.
2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına hazırlıq işlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Paralimpiya Komitəsi və müvafiq idman federasiyaları həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

 

 
“Heç kim himayəçisinə arxayın olub, at oynatmasın” – Deputatdan icra başçılarına mesaj

Ağstafada icra başçısının qandallanmasından da nəticə çıxarmırlarsa, o zaman “balaca padşahlar”la Sizcə necə davranılmalıdır? DTX – nın bu əməliyyatları sizcə yetərlidirmi? İcra başçılarının az da olsa haqq yoluna dönərək kəmfürsətlilik etməmələri üçün alternativ nələr təklif edirsiniz?

Yeni seçilmiş millət vəkili, BQP başqanı Fazil Mustafa Moderator.az-ın bu sualına cavabında deyir ki, heç kim himayəçisinə arxayın olub, “at oynatmasın”:

“Bu, artıq ilk president deyil. Öncəki icra başçılarının bu motivlə həbsi göstərdi ki, bu proses davam edəcək. Ancaq nədənsə çevrəsində baş verənlərdən nəticə çıxarmayan vəzifəli şəxslər var. Dövlət başçısının bu cür neqativ hallara qarşı iradəsi təqdir olunandır. Bundan digər vəzifəli şəxslər dərs götürməlidir. Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, əlbəttə ki, yanılır. Xalqın ən alt təbəqələrinin maaşına göz tikənlərin tamahı öz başlarına bəla olur. Cəmiyyətimiz bu cür vəzifəsindən sui-istifadə edənlərə qarşı həyata keçirilən tədbirləri dəstəkləyir”.
Prezidentdən tarix xatırlatması: Ağqoyunlu ilə Venesiya…

Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır.

Bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”, – İlham Əliyev bildirib.

Prezident səfər çərçivəsində 20-dən çox sənədin imzalanmasının nəzərdə tutulduğunu bildirib:

“Onların sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. (axar.az)

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində Ermənistan Baş naziri Nikol Paşinyan və Xocalı soyqırımı haqda mühüm fikirlər səsləndirib.

 A.Mütəllibov Nikol Paşinyanı sərt tənqid edərək, onu saxtakarlıqda ittiham edib.

Eks-prezident veriliş zamanı Prezident İlham Əliyevlə Nikol Paşinyanın debatının detalları haqqında danışaraq, İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, veriliş bu gün Speys TV-nin efirində yayımlanacaq.

/Axar.az/

Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma imperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma imperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlə yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”.

“Ölkə.Az” xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Cənab prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafında mühüm töhfə olmuşdur. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk”.

Dövlət başçısı italiyalı həmkarı ilə olduqca səmərəli görüş keçirdiyini vurğulayıb:

“Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son 3 il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır”.

Qeyd edək ki, Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.