Küveytin 14-cü əmirinin qızı Şeyx Hess Səd əl-Abdulla əl-Sabah Ermənistana səfər edib.

O, Ermənistana səfəri çərçivəsində bu ölkənin birinci xanımı, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla görüşüb.

Söhbət əsnasında əmirin qızı bundan əvvəl Ermənistana etdiyi səfərlərdən danışıb, Ermənistanın sevimli ölkələrindən biri olduğunu bildirib.

Qondarma erməni soyqırımı haqda danışan Əl-Sabah nənəsinin erməni olduğunu deyib.

Onun səfər çərçivəsində İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edəcəyi bildirilib.

Əlavə edək ki, son dövrlərdə bir sıra ərəb dövlətlərinin rəhbər şəxslərinin, o cümlədən ailə üzvlərinin Ermənistana səfəri istər Azərbaycanda, istərsə də Türkiyədə birmənalı qarşılanmır. Səfərləri çərçivəsində qondarma erməni soyqırımı abidəsini ziyarət edən ərəb rəsmiləri bununla Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri fonunda kimin yanında dayandıqlarını açıq şəkildə nümayiş etdirirlər.  /Teleqraf.com/

İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident Goranboyda yol açılışında — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
Prezident Goranboyda yol açılışında — FOTO
 
İlham Əliyev Goranboyda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

1991-92-ci illərdə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri olan Kamran Rüstəmov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca maraqlı faktları açıb. O bildirib ki, 1992-ci ilin aprel ayında Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin tapşırığı ilə Moskvadan Bakıya nümayəndələr gəlib.

Mövzu barədə Axar.az-a danışan professor Kamran Rüstəmov qeyd edib ki, hərbi təyyarə ilə təcili şəkildə Bakıya gələn rusiyalı rəsmilərin məqsədi Qarabağ münaqişəsini həll etmək olub:

“Axşamtərəfi Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin siyasi məsələlər üzrə köməkçisi Konstantin Borovoy və Rusiyanın Xarici İşlər nazirinin köməkçisi Ednan Ağayev gəldi. Onlar vacib bir məsələ ilə bağlı gəldiklərini dedilər. Əvvəlcə Borovoy danışmağa başladı. Dedi ki, biz şəxsən Boris Nikolayeviç Yeltsinin istəyi ilə buradayıq:

– O (Boris Yeltsin – red.), Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağ məsələsinin birdəfəlik həll olunmasını istəyir. 14 mayda MDB-nin qurultayında bu məsələ müzakirəyə çıxarılıb, öz həllini tapmalıdır.

Bu arada Ednan Ağayev dilləndi:

– Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət veriləcək. Sizdən sadəcə müvafiq sənədin tərtib olunması tələb olunur.

Borovoy:

– Siz ən qəti istəklərinizi belə qeyd edə bilərsiniz. Biz zəmanət veririk ki, sənəd Ermənistan tərəfindən söz-söhbətsiz təsdiq olunacaq. Artıq hər şey müzakirə olunub”.

Sabiq dövlət müşavirinin sözlərinə görə, bundan sonra təcili sürətdə Qarabağla bağlı sənədin hazırlanmasına başlanılıb:

“Nəhayət, 6 saatlıq çalışmadan sonra 5 maddədən ibarət sənəd hazır oldu. Sənəd aşağıdakı kimi idi:

“1. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət verilir.

2. Hərbi kontingent Rusiya və Azərbaycan daxili qoşunlarının köməkliyi ilə Qarabağdan çıxarılır.

3. Qarabağ milisində ancaq yüngül odlu silahlar (tapançalar) saxlanılır.

4. Azərbaycan qaçqınlarının Qarabağa qaytarılması və təhlükəsizliyi təmin olunur.

5. Dağlıq Qarabağda azad iqtisadi zona yaradılır. Xarici biznesmenlər dəvət olunur və yeni iş yerləri açılır”.

Professor vurğulayıb ki, hazırlanmış sənəd müvafiq orqana təqdim olunub, lakin yekun nəticə əldə edilməyib.

“Gecə saat 12-də sənəd hazır idi və biz onu müvafiq struktura təhvil verdik. Çox heyf ki, bu sənədin sonrakı aqibəti sirr olaraq qaldı. Bu cür imkan əldən verildi”, – K.Rüstəmov qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

ARDNF-nun rəsmi məlumatına görə, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-in İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb. (modern.az)

Daxili İşlər Nazirliyində aparılan struktur dəyişikliklər nəticəsində Bakı Şəhər Baş Polis İdarəsində 1 idarə və 1 şöbə ləğv edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Ləğv olunan qurumlar Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsidir.
(Yenisabah.az)
Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi — SӘRӘNCAM

Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqənib.
AZӘRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Komissiya həmsədrinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.

Komissiyanın əvvəlki tərkibi isə aşağıdakı kimi idi:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiya həmsədrinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Əli Əsədovdan yüksək vəzifəyə — TƏYİNAT

Nazirlər Kabineti Aparatına yeni şöbə müdiri təyin edilib.
Oxu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq əmr imzalayıb.
Əmrlə Zakir Paşayev Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.