İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə, yenidən cavab verəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
“Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib.
Qeyd edək ki, bu gecə İsrail İrana hava hücumu həyata keçirib.