Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ikinci əri Nik və üç yaşlı oğlu Edvardla Linkolnşirdə yaşayan 39 yaşlı Emi Holand at sevgisi ilə insanları təəccübləndirir.
İlk ərinin 2016-cı ildə ona "Ya mən, ya da at " təklifini verdiyini bildirən Emi tərəddüd etmədən boşanmaq qərarına gəldiyini bildirib.Atının ona kişi qədər emosional dəstək verdiyini vurğulayan Emi atlara olan sevgisini bu cümlələrlə ifadə edib:
"Mən beş yaşımdan at sürmüşəm, ilk ponimi on yaşımda almışam və birinci ərimlə tanış olanda atım var idi, lakin o, 2006-cı ildə vəfat edib və səkkiz ildən sonra Jasmine aldım. O mənim çətin anlarımda xilaskarım olub".