2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük  canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. 
Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
 
O, qeyd edib ki,  ölkədə konseptual və struktur xarakterli islahatlar sürətlə həyata keçirilməkdədir. Sevindirici haldır ki, bu islahatlar müxtəlif sahələrdə paralel aparılmaqla yanaşı, vahid baxışı ifadə edir. Heç şübhəsiz bu islahat baxışı  ölkə prezidentinin  Azərbaycanın inkişafı və gələcəyi ilə bağlı olan strateji konsepsiyasıdır.
 
Prezidentin  islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur.  Təşkilat rəhbəri bu istiqamətdə atılan addımlar sırasında cari ilin fevral ayından başlayaraq, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri  keçirilən görüşləri də xüsusi olaraq vurğulayıb.
 
“Azərbaycan hakimiyyəti ölkənin bütün siyasi qüvvələri ilə dialoqun tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu görüşlər yaxşı ənənədir. Xüsusən hakimiyyət tərəfindən bu addımın atılması çox vacib idi. Demək olar ki, əsas müxalifət partiyaları bu görüşlərdə iştirak edir.  Təkcə Əli Kərimli  bu görüşdə iştirakdan boyun qaçırmaqla, növbəti dəfə ümummilli  maraqlardan deyil, şəxsi və qrup maraqlarından çıxış etdiyin sübut etdi. Bu tükənmiş “siyasi” partiyanın Azərbaycanın inkişafına hər hansı tövhə verəcəyini də güman etmək olmaz. Hər halda, hökumət tərəfindən siyasi iradə və etika nümayiş olunmuşdur. Bildiyimiz kimi, Bu görüşlər davam etməkdədir. Ən əsası isə müxalifət partiyalarının bu görüşləri müsbət qiymətləndirməsi və davamlı olması ilə bağlı fikirlər səsləndirlməsidir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bütün partiyalara bərabər imkanlar yaratmasını da xüsusi qeyd etmək lazımdır.”
 
Təşkilat sədri bildirib ki, VI çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması islahatlara prosesinə öz tövhəsini verəcəkdir.
“Məlum olduğu kimi,  Yeni Azərbaycan Partiyası Milli Məclisdə böyük üstünlük qazanıb. Hakim partiya 70, birtərəflər 41, digər partiyalar isə 10  millət vəkili ilə Milli Məclisdə təmsil olunur. Sözsüz ki, çoxluq olaraq, Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə  öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi.
 
Lakin prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək üçün mühüm bir addım atıldı. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq,  parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı.
 
Həm Milli Məclisin sədrinin, həm də müavinlərinin ictimaiyyət arasında nüfuzlu şəxslərdən seçilməsi və bu şəxslərin  keçmişləri ilə bağlı yalnız müsbət tarixçələrin olması çox mühüm amildir. Bu amil həm siyasi elitaya həm də cəmiyyətə mühüm ismarıcdır.
Başqa bir məqam isə hakim partiya tərəfindən spiker postuna xanım deputatın namizədliyinin irəli sürülməsi idi. Siyasi islahatlar kontekstində bu addım, məclisdə daha da tələbkar və işgüzar mühitin yaradılmasına imkan yaradacaq.”
 
Cəsarət Hüseynzadə Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildiyin qeyd edib.
“Komitənin sədr müavinləri postuna müxalifət partiyalarından 6, bitərəflərdən 4 və  YAP-dan 5 millət vəkili seçilmişdir. Komitə sədrləri vəzifəsində YAP-dan 10, bitərəflərdən 4 və müxalifət partiyalarından 1 millət vəkili təmsil olunur. Ümumilikdə isə 30 rəhbər vəzifəyə 15 müxalifət partiyaları və bitərəflərin nümayəndələri irəli çəkilmişdir (7 müxalifət və 8 bitərəf).”
 
Prezident ilham Əliyev Parlamentin açılış iclasındakı çıxışında xüsusi olaraq, islahat kursunun davam etdiyini bildirmişdir. Prezident hazırki mərhələdə bu kursun iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar kimi qiymətləndirərək, onları ölkənin ictimai və siyasi həyatında daha aktiv olmaya səsləmişdir – deyə təşkilat sədri bildirib.
Elmira Axundova səfir təyin edildi

Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentdən Ukrayna ilə bağlı — VACİB FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd AZƏRTAC-da dərc olunub.

Fərmana əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Memorandum təsdiq edilib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna hökumətinə bildiriş göndərməlidir.
Prezident SOCAR-a 11,97 milyon manat ayırdı
Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

 Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.

Oxu.Az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Prezidentdən bu generallarla bağlı
Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir neçə hərbi qulluqçusu təltif edilib.

Təltif edilənlər arasında iki general da var.

General-mayor Tofiq Hüseynov və general-mayor İnqilab Heydərov “Vətən uğrunda” medalı ilə təltif olunublar.

Tofiq Hüseynov Azərbaycan Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli sərəncamı ilə DİN-in Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Prezidentin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə gətirilib.

O, Prezidentin 2018-ci il 9 mart tarixli sərəncamı ilə general-mayоr hərbi rütbəsi alıb.

İnqilab Muradov isə 2018-ci ildən Daxili Qoşunların Qərargah rəisinin birinci müavinidir.

Ona Prezidentin sərəncamı ilə 2019-cu ilin martında general-mayor rütbəsi verilib.

"Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq:

"Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək.

Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik".

Bu şəxslər sərt cəzalandırılacaq
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır.

Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

O bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır.

Bu tədbirlər kampaniya xarakteri daşımır.

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

Bununla bağlı "Ölkə.Az" xəbər yayıb.