Nekroloqun mətni AZƏRTAC-da dərc olunub.
“Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.
Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.
Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.
Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.
Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Əbülfəs Qarayev
Fərəh Əliyeva
Azər Paşa Nemətov
Şəfiqə Məmmədova
Mərahim Fərzəlibəyov
Rafiq Əzimov
Nurəddin Quliyev
Bəsti Cəfərova
Firəngiz Mütəllimova”.
O, Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə və casusluqda ittiham edilir.
Mübariz Mənsimovun saxlanılma xəbərindən sonra bəziləri sosial şəbəkə hesablarından bu həbsin Azərbaycan dövlətinin sifarişi olduğunu yazdılar. Ötən gecə isə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs-qətimkan tədbiri seçildi.
Əvvəlcə qeyd edək ki, Mübariz Mənsimov 13 ildir Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşı olduqdan sonra Qurbanoğlu soyadını götürüb. Bütün əsas biznes işlərini Türkiyədə görüb, Türkiyədə vergi ödəyib.
Mənsimov özü də çox aktiv sosial şəbəkə istifadəçisidir. O, bir neçə ildir biznesdəki uğursuzluqlarının siqnalını verir, bunun üçün də sanki bu günü görürmüş kimi paylaşımlar edirdi. Həbsini siyasiləşdirmək üçün “Facebook” və “Instagram”ın imkanlarından istifadə edərək, bir müddətdir geniş auditoriyaya bunun mesajını ötürürdü. Bu həbsə siyasi don geyindirmək üçün var gücü ilə çalışırdı.
Mübariz Mənsimov hətta bunun üçün muzdlu jurnalistlər də tutmuşdu. O, birdən-birə jurnalistlərin dostu oldu və son iki-üç ildə onun həndəvərində bəzi jurnalistlər dolaşmağa başladı. Həmin jurnalistlər üçün, bəlkə də, nəhəng iş adamı statusu olan Mənsimovla görüş rəngli gəlmiş ola bilər. Yaxud biznes-sinif uçuşlar, beşulduzlu hotel nömrələri, bahalı restoranlarda yemək, üstəlik, yaxşı cib xərcliyi...
Bilmirik. Ancaq tək görünən budur ki, Mənsimov bu günün labüdlüyünü bilir və bunun üçün hazırlaşırdı.
Eldar Mahmudovun atasının adına gəmi üzdürən Mənsimov anidən Rəsulzadəçi, Elçibəyçi də oldu. Hətta köhnə bir gəmisini qaynaq etdirib, rənglədib, üstünə böyük hərflərlə “Məmmədəmin Rəsulzadə” də yazdırdı.
Mənsimov o qədər coşur ki, yanında işləyənlərin 70-80 faizinin Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Lakin unudur ki, Türkiyə qanunlarına görə, dörd Türkiyə vətəndaşı işlətməlisən ki, bir xarici vətəndaşı işə götürmə hüququn yaransın.
Mənsimov xeyirxah insan obrazındadır. Bəlkə də, elədir. Hətta o qədər xeyirxahdır ki, FETÖ kimi əliqanlı terror təşkilatına da yardım etməkdən çəkinməyib.
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisin 5 komitəsinin iştirakı ilə bağlı dinləmə keçirilib. “Vəziyyətlə bağlı TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlı koronovirusla bağlı görülən işlər və ümumi vəziyyət barədə geniş məlumat verib. Bəlli oldu ki, koronavirusla bağlı Azərbaycanda genişmiqyaslı, kompleks addımlar atılıb. Bununla bağlı ən müasir tibbi avadanlıqlar, tibbi ləvazimatlar alınıb”- komitə sədri deyib.
O əlavə edib ki, bu sahədə kadr çatışmazlığı olsa da, bu istiqamətdə ciddi işlər görülməkdədir: “Hazırda bu sahədə xaricdə çalışan həkimlərin ölkəmizə gətirilməsi istiqamətində işlər gedir və bu öz bəhrəsini verməkdədir.
Bundan əlavə olaraq koronavirusa yoluxmanı qısa zamanda aşkar etmək üçün müasir laboratoriyalar alınaraq gətirilib. Hazırda gün ərzində həmin laboratoriyalarda bir neçə min insanı ən qısa zamanda laborator müayindən keçirmək imkanı var”.
Komitə sədri onu da əlavə edib ki, hazırda Azərbaycan bu virusa 27 nəfər yoluxub və onlardan biri dünyasını dəyişib, 7 nəfəri isə sağalıb. “Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenatr iclasında deyib.
Onun sözlərinə görə, o baxımdan parlamentin komitə və komissiya iclasları təlimata uyğun olaraq dayandırılısın.
Sərəncama əsasən Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək.
Sərəncama əsasən Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.
Sərəncamda Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Prezidentə ildə iki dəfə məlumat vermək tapşırılıb.
Sərəncamda deyilir ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.
Bu baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem hazırlanıb və qəbul edilib.
Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmalıdır.
Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac var.
Bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, elə insanlar var ki, bir gün işləməsə, sabaha çörək alıb evinə gətirə bilməyəcək:
“Bir günlük, beş günlük müqavilələrlə işləyən insanlar var. Əgər biz bu iş yerlərinin hamısını bağlasaq, bu insanlar necə dolanacaqlar?! Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib. Amma bu yolverilməızdir. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur. Bunları fikirləşmək lazımdır. Online sistemlə bu məsələni həll etmək mümkün deyil. Təbii ki insanları qorumaq lazımdır”.
Deputat eyni zamanda 2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil Kreditləri haqqında” qanunu da daxil edilməsini təklif edib: “Azərbaycanda hansısa məmurlar illərdir bu Məcəllənin qəbuluna mane olur. Bundan əlavə, “Təhsil kreditləri haqqında” qanunun qəbuluna ciddi ehtiyac var”.
Sərəncama əsasən, Bərdə rayonunun əhalisi 34320 nəfər olan 21 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 23 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,61 milyon (bir milyon altı yüz on min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında iclasların, müşavirə və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük veriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.
Qeyd edək ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.
Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis kapitanı Emil Vəliyev Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Elşən Əzizov vəzifəsindən azad edilərək, Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.