Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qafqazinfo xəbər verir ki, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək həmin vəzifəyə gətirilib.
Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.
Dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da öz bəhrəsini verir.
Əldə etdiyimiz məlumata görə Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir. Müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.
Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb. (publika.az)
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.
A. Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Eyni zamanda, eks dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.
Qeyd edək ki, A. Müəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib. (modern.az)
Yeniavaz.com xəbər verir ki, Azərbaycan və Türkiyə rəsmiləri prezidentlərlə görüşərkən Baş nazir Əli Əsədovun Ərdoğanın əlini nisbətən bərk sıxaraq silkələməsi gözlərdən qaçmayıb.
Türkiyə prezidenti isə bu vaxt təəccübünü gizlədə bilməyib və təbəssüm edərək prezident İlham Əliyevin qulağına bəzi sözlər pıçıldayıb.
İlham Əliyev isə Ərdoğana gülərək qarşılıq verib.
“Ədalət zəfər çalacaq!” adlı videopaylaşım ölkə başçısının “Facebook” profili vasitəsilə yayımlanıb.
“Azərbaycandakı sərmayələrimiz 11 milyard dollara çatıb. Bu rəqəmin 2020-ci ilin sonuna qədər 20 milyarda çatmasını düşünürük. Azərbaycanla ticarət həcmimiz isə 4,4 milyard dollara çatıb. 2023-cü ilə qədər ticarəti 15 milyarda çatdırmağı hədəfləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən öncə Ankaranın Əsənboğa hava limanında jurnalistlərə açıqlamasında deyib.
Prezident media nümayəndələrinin müxtəlif mövzularda verdiyi suallarını cavablandırıb.
İdlib üçün yol xəritəsi
“Hazırda Türkiyə-Rusiya arasında İdlib və Liviya ilə bağlı davam edən proses var. Rusiya rejim qüvvələrinə ən ali səviyyədə dəstəyini verir. Bunun dəlilləri əlimizdə var. Biz bu mübarizənin içində olmağa məcbur deyilik, məhkumuq. Hazırda 3 milyon insan sərhədimizə doğru irəliləyib. Əli-qolu bağlımı dayanacağıq? 3,5-4 milyon suriyalı ölkəmizdədir. Mən bunları Putinə də dedim”.
Dördlü zirvə
“Rusiyadan heyət sabah gələcək. Makron, Merkel və Putin arasında tam ittifaq müzakirə mövzusu belə deyil. Putin ilə müəyyən etdiyimiz tarix 5 martdır. Üz-üzə görüşlər keçirəcəyik”. (publika.az)