Bunu Çexiya parlamentinin müşahidə missiyasının üzvü Yaroslav Qulik keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müşahidələri zamanı qayda pozuntularının yol verilməməsinə çalışıblar. Y.Qulik Azərbaycanla Çexiyadakı seçkilər arasında fərqlərin olduğunu da diqqətə çatdırıb.
“Çexiyada seçicilər şəxsiyyət vəsiqəsini götürüb, məntəqədə təqdim edib, səs verirlər. Azərbaycanda isə seçici həm də öz adının qarşısına imza qoymalıdır. İkincisi isə Azərbaycanda gözdən əlil seçicilərin sərbəst səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunur. Bu, yaxşı haldır.
Üçüncüsü isə budur ki, Azərbaycanda seçicilərin barmağına gözəgörünməyən mürəkkəb vurulur ki, bu da onların ikinci dəfə səs verməsinin qarşısını alır”.