Son xəbərlər

Kəmalə Piriyeva Lalə Mustafayevaya uduzdu“Maşın” şounu daha bir iştirakçı tərk edib.

“Ölkə.Az” xəbər verir ki, xalq səsverməsinə çıxarılan teleaparıcı Kəmalə Piriyeva şouda qalmaq üçün lazım olan qədər səs toplaya bilməyib.

Qeyd edək ki, o, yarışmada qalacağı təqdirdə teleaparıcı və keçmiş model Lalə Mustafayevanı çıxaracağını açıqlamışdı.

Türkiyəli aktyor oteldə həyat yoldaşınıTürkiyəli aktyor Kıvanç Tatlıtuğun reklamda birlikdə rol aldığı model Sara Sampaio ilə qısa müddətli gizli sevgi yaşaması iddiası ilə gündəmə gəlib.

''Ölkə.Az'' xəbər verir ki, iddialara görə, Kıvanç Tatlıtuğ ilə “Viktoria Secret”in 28 yaşındakı modeli xarici ölkələrin birində oteldə görüşüblər.

Məşhurlar otelə ayrı-ayrı vaxtlarda daxil olsalar da eyni otaqda olublar. 

Xəbərin ardından xüsusilə də Tatlıtuğun heyranları onu müdafiə edərək, ''Bu sadəcə Kıvançı qaralamaq üçün hazırlanan kompaniyadır''

sözlərini deyərək xəyanətə inanmadıqlarını deyiblər. 

Qeyd edək ki, dünyaca məşhur model 2015 ci ildən bu günə kimi milyarder Oliver Ripley ilə eşq yaşayır. 

Kıvanç Tatlıtuğ'un eşi Başak Dizer'i ünlü model Sara Sampaio ile aldattığı iddia edildi

Azər Axşamın öldürülməsi
Tanınmış şoumen və aparıcı Azər Axşamın (Şabanov) ölüm xəbəri yayılıb.

"Ölkə.Az" xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlarda teleaparıcının 7 bıçaq zərbəsiylə qətlə yetirildiyi bildirilir.  

Əməkdaşımız yayılan xəbərlə bağlı A.Axşamla əlaqə saxlayıb. O, bildirib ki, 

Bu, biabırçılıqdır. Belə çıxır ki, kim nə vaxt istəsə, sosial şəbəkədə yalançı profil açıb, istədiyi hərəkəti edə bilər, istədiyi söyüşü söyə bilər. İnsanlar da işin mahiyyətinə varmadan, dəqiqləşdirmədən, ağızlarına gələni yaza bilərlər.

Məni bu məsələdən sonra təhdid edən olmayıb, zəng yoxdur. Bu gün səhər bir jurnalist zəng vurmuşdu ki, Azərbaycanın qaziləri bu işlə bağlı şikayət ərizəsi yazmaq istəyirlər. Bildirdim ki, buyursunlar, mən də onların yanındayam. Görək bunu edən kimdir. Heç kimdən şübhəm yoxdur. Əgər kiminsə mənimlə ədavəti varsa, məni təhqir etsin də, Mübariz İbrahimovun nə günahı var? Deməli, bunu edən adamın damarında azərbaycanlı qanı axmır. Şəxsi prinsiplərinə görə Azərbaycanın Milli Qəhrəmanını ortaya atırsan və onu təhqir etməklə, Azəri ləkələməyə çalışırsan. İki-üç ay öncə 83 yaşlı anamın adından "Instagram" səhifəsi açmışdılar. Axırda dözmədim, polisə zəng vurdum ki, belə bir biabırçılıq var. Məni aidiyyatı üzrə yönləndirdilər, ərizə yazdım, faktları ortaya qoydum. Bu adam hər kimdirsə, dayanmır. Vallah, kimdənsə şübhələnsəm, adını çəkərdim. Amma o məsələdən də bir xəbər çıxmadı. Sonradan təkrar maraqlandım, dedilər ki, biz tapa bilmirik. Çox istərdim ki, həmin şəxslə üz-üzə gəlim, kişidirsə, üzünə tüpürüm, deyim ki, ay biqeyrət, sən Azərbaycanın Milli Qəhrəmanını vasiyətə çevirəcək qədər qudurmusan? Xanım da olsa, üz-üzə gəlmək istərdim. Deyəcək sözlərim var". 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın Azərbaycanın Milli Qəhrəmanı Mübarizİbrahimov haqqında nalayiq ifadələr yazdığı bildirilir.

Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcəkAkademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

BDU-dan "Ölkə.Az"a verilən məlumata görə, mərasim saat 13:00-dan 15:00-dək davam edəcək.

Xatırladaq ki, BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri olmuş akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.

Mətanət Əsədova ərə gedir
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı ifaçı Mətanət Əsədova olub.

Müğənni yaxın zamanda ailə həyatı quracağını açıqlayıb:

“6-7 aydır həyatımda biri var. Onun haqqında danışmağımı istəmir. Toya hazırlaşıram. Toyumda da Əlikram Bayramov oxusun.

Yaşımız bir-birimizə uyğundur. Azərbaycandan kənardadır. Mənə dəyər verir. Bu zamana qədər tək qalmağımın səbəbi istədiyim insanın qarşıma çıxmaması idi”.

Dilarə alt paltarında FOTO PAYLAŞDI“Avroviziya” təmsilçimiz müğənni Dilarə Kazımovanın yeni fotosu maraq doğurub.

“Ölkə.Az” xəbər verir ki, ifaçı yeni görüntüsünü “İnstagram” səhifəsində paylaşıb.

Onun buzqalterli görüntüsü izləyicilər tərəfindən çox bəyənilib.

Onlar müğənnini tərif yağışına tutublar.

Sözügedən fotonu təqdim edirik:

Şeymanın sevgilisi ilə fotoları — TƏNQÄ°D EDÄ°LDÄ°Telemaqnat Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının sevgilisi ilə paylaşdığı fotoları tənqid olunub.
“Ölkə.Az”xəbər verir ki, fransalı dicey Cuido Senia ilə sevgili olan Şeyma yayboyu İbiza tətilinin dadını çıxarıb. Artıq ikili münasibətlərini gizlətmir.

O, tətildən olan fotolarını “İnstagram” səhifəsində pərəstişkarları ilə bölüşüb. 3 milyon izləyicisi olan Subaşı fotolarına görə tənqid atəşinə tutulub.Şeymanın sevgilisi ilə fotoları — TƏNQİD EDİLDİŞeymanın sevgilisi ilə fotoları — TƏNQİD EDİLDİŞeymanın sevgilisi ilə fotoları — TƏNQİD EDİLDİŞeymanın sevgilisi ilə fotoları — TƏNQİD EDİLDİ
 
Şəbnəm Tovuzlu izləyicisini tənqid etdiMüğənni Şəbnəm Tovuzlunun paylaşdığı video qalmaqala səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, ifaçı balaca qaraçı qız ilə bağlı “İnstagram” səhifəsində video yayımlayıb.

Görüntüdə uşaq müğənninin mahnısını ifa edir. Şəbnəm videosunu belə şərh edib:

“Bu videonu mənə canım həmkarım Gülay yollayıb ki, Şəbiş bax bu qaraçı qız necə oxuyur”.

İzləyicilərdən biri isə ifaçının uşağa qaraçı deməsinə hiddətlənib:

“ Mən sadəcə gün ərzində dinlənən bir müğənninin qaraçı deyə yazdığı sözünü anlamıram”,- deyə qeyd edib.

İfaçı isə buna əsəbləşərək:

“Niyə? Qaraçı pis sözdür? Qaraçı milləti var. Düşüncəsiz olmayın”-, deyə izləyicisinə cavab verib.

 

 

Qarabağ qazisi Ramil SəfərovlaQazi Kamil Musəvi polkovnik-leytenant Ramil Səfərov ilə foosunu paylaşıb.

“Ölkə.Az” xəbər verir ki, Qarabağ qazisi fotonu “İnstagram” səhifəsində yayımayıb.

O, paylaşımını belə şərh edib:

“Biz, xalqımız üçün əsgər, əsgərlər üçün komandirik!”

Foto qısa müddət ərzində izləyicilər tərəfində çox bəyənilib.

Heydər Əliyev Fondu Mübariz Ä°brahimovun atasının müalicə xərclərini öz üzərinə götürübHeydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicə xərclərini öz üzərinə götürüb.

"Ölkә.Az" bildirir ki, bu barədə "Report"a Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb. 

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.