Son xəbərlər

Tanınmış aktyor Taleh Yüzbəyov hər kəs tərəfindən maraqla izlənilən və bir o qədər də tənqid olunan “Zəhər tuluğu” ilə bağlı məlumat paylaşıb.

"Ölkə.Az" bildirir ki, Taleh sosial media hesabında video paylaşaraq “Zəhər tuluğu”nu bu dəfə daha geniş formatda təqdim edəcəyini bildirib:

“Son vaxtlar “Zəhər tuluğu”nun davamının olması ilə bağlı mənə suallar ünvanlanır. Demek istəyirəm ki, internetdə davamı olmayacaq, film kimi olacaq (gülür). Artıq bununla bağlı hazırlıq işlərinə start vermişik. Gələn ildən etibarən ölkəmizin kinoteatrlarında izləmək şansı əldə edəcəksiniz. Ona qədər isə boş oturmayacağam. Daha bir yenilik internetdə yayımlanacaq serial ilə bağlıdır. Serialın adı “Orta statistik Rasim”dir. Ssenari artıq bitib. Serialın ilk bölümünün çəkilişlərinə bu yaxın günlərdə başlayacağıq”.

Aktyor direktordan üzr istəyəcək və 500 manat ödəyəcəkBu ilin əvvəlində “Drakon” ləqəbli aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında davalı qalmaqalla bağlı məhkəmə işlərindən biri yekunlaşıb.

"Ölkə.Az" “qafqazinfo”ya istinadən xəbər verir ki, R.Rzayevin feysbuk sosial şəbəkəsində direktor haqda yazdığı statuslarda ona böhtan atması və təhqir etməsi iddiası üzrə qərar verilib. Aktyor həmin statuslarda direktora “Fetöçü” deyərək sonra təhqir edib. Məhkəmə qərar verib ki, bunlara görə, “Drakon” məktəb direktorundan üzr istəməli, onun haqqında yazdıqları barədə təkzib verməli və 500 manat cərimə olunmalıdır. Bu işə üçüncü tərəf kimi cəlb olunan xəbər saytları isə təkzibi dərc etməlidirlər.

Aktyor bu qərardan apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi bunu qüvvədə saxlayıb.

R.Rzayevin direktoru döyməsinə görə açılan cinayət işi üzrə məhkəmə prosesi isə hələ də davam edir.

Xəbər verdiyimiz kimi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.
Əməliyyatdan sonra Ağəkərim İbrahimovu "Bu şəhərdə" komandasının üzvləri ziyarət edib.

Bu barədə məlumatı Müşfiq Abbasov verib. O, xəstəxanada çəkilən fotonu “İnstagram” səhifəsində yayımlayıb.
Sözügedən fotonu təqdim edirik:"Bu şəhərdə" komandası Mübariz İbrahimovun atasını xəstəxanada ziyarət etdi — FOTO
Vəfa ZeynalovadanƏməkdar artist Vəfa Zeynallı Gəncə şəhərinə səfər edib.

“Ölkə.Az” xəbər verir ki, o, oteldə çəkdirdiyi  fotolarını “İnstagram” səhifəsindən izləyiciləri ilə bölüşüb.

Əməkdar artist şəkillərini belə şərh edib:

“Həyatımın ən maraqlı əyləncəsi gülməkdir”.

Sözügedən fotoları təqdim edirik:

Afaqdan “Malena” pozu

Aparıcı Afaq Gəncəli paylaşdığı foto ilə sosial mediada müzakirə olunub.
O, Monika Belluçinin məşhur filmi “Malena”dakı səhnəni təkrarlayıb.
Görüntüdə müğənnilər Ceyhun Zeynalov, Samir Piriyev, Zamiq Hüseynov, Əhməd Mustafayev və Ayaz Qasımov da yer alıb.

Bildirilir ki, çəkiliş “ATV maqazin onlarla” verilişinin anonsu üçün baş tutub.

İnanın ki, o vaxt xəstə olanda onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

“O vaxt Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olmaq bir az çətin idi. Bakı qeydiyyatında olmayanları qəbul etmirdilər. Mən də ona görə məcbur olub Ələt qəsəbəsindəki Ağac Emalı Kombinantında işləmək qərarına gəldim. Çünki iki ildən sonra oranın yataqxanasının qedyiyyatına düşəcəkdim.

Kombinatda qapı və pəncərə istehsal edirdik. İşim çətin deyildi. Sonradan orada işləyən zaman belimin zədələndiyini öyrəndim. Hətta bir ildən sonra yeriyə bilmədim. Ayağımın biri tutulmuşdu. Bunu valideynlərimdən gizlədib, müalicə üçün bir çox yerlərə getdim. Amma bir müddətdən sonra bir ayağım şişdi. Məlum oldu ki, belim səpdiyi üçün bütün çirk ayağıma yığılıb.

Bu hadisələr baş verən zaman 1988-ci ildə Cabbar Qaryağdıoğlu adına müsabiqəyə hazırlaşırdım. Ona görə xəstəxanada yata bilmədim. Müsabiqəni udub tanınmaq istəyirdim. Çünki harada oxusam, mənə “Bala Alim” deyirdilər.

Müsabiqədə yer tuta bilmədiyim üçün xəstəxanaya getməli oldum. Dörd ay ərzində iki dəfə əməliyyat olundum. Ancaq həm çirk kəsilmədi, həm də çirk olan ayağım şişdi. Ona görə də məni onkoloji xəstəxanaya göndərdilər. İnanın ki, o vaxtı onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Son olaraq Nisə xanım adında həkim məni 10 günə sağaltdı. Məlum oldu ki, belimdə yırtıq olub. Çirk həmin yırtıqdan yaranıbmış. Nisə həkimin dediyi kimi, taxtanın üstündə yatdıqdan sonra düzəldim. İndi bir az ağır bir şey qaldıran kimi ağrıyıram. Yenidən yırtıq əmələ gəlmə ehtimalı var. Ona görə ehtiyatlı olmalıyam.

Onu da qeyd edim ki, həmin vaxt dörd ay xəstəxanada yatdığım üçün pensiyaya belə çıxmışdım”, – deyə Xalq artisti qeyd edib.

Zabit Nəbizadə Hepatit C xəstəliyindən də əziyyət çəkdiyini qeyd edib:

“2005-ci ildə İrana konsertə getdiyim zaman Hepatit C xəstəsi olduğunu öyrəndim. Analizlər diaqnozu təsdiqlədi. Amma Bakıda ailəmlə bağlı vacib işim olduğu üçün geri qayıtdım. İki aydan sonra yenidən İrana gedib dostlarımın köməyi ilə həkimə getdim və 300 dollara olan iynələri aldım. Altı ay həmin iynələri vurdurdum. 2-3 il müalicə aldıqdan sonra tam sağaldım.

Müalicə aldığım zaman xeyli arıqlamışdım, rəngim belə saralmışdı. Çünki vurulan iynələr kimyəvi idi. Hətta sənət yoldaşlarımdan ikisi sarı rəngdə olan halımı görüb mənimlə qorxa-qorxa salamlaşırdılar. Çəkinirdilər ki, xəstəlik onlara keçəcək. İnanın ki, o an gözümün önündən getmir.

Hər şeyə rəğmən, həmin vaxt səsim yerində idi. Hətta toyda oxuduğum zaman qısqanclıqdan aparata müdaxilələr edirdilər. O günümdə belə ayağımı qazanlar oldu”.

Aysun “Maşın”da yalan danışdıÖtən gecə "Maşın” realiti-şousunun "Maskarad” adlı sürətində yetərincə səs toplamayıb oyundan çıxan müğənni Aysun İsmayılova layihədə yalan danışdığını etiraf edib.

"Ölkə.Az" xəbər verir ki, Aysun oyun bitdikdən sonra bu haqda açıqlama verib. O bildirib ki, şouda aktyor Məcid Hüseynovu çıxaracağını desə də, oyunda qaldığı təqdirdə sağ göstərib, sol vuracaqdım.

"Əsas odur ki, oyunda uduzdum, həyatda uduzmayım. Burada satqınlar, yalançılar, maskası çox olan insanlar var. Saf olduğum üçün hər dəfə onlara inanırdım. Hər kəsə təşəkkür edirəm.  Bu gün "Maşın” şouda iştirak edirdimsə, böyükdür. İnanıram ki, xalq məni sevir, bu nəticə deyil. Kimə qismətdirsə, o da maşını qazansın. Deməli, mənim üçün xeyirlisi bu imiş.  Qalib olsaydım, aparıcı Kəmalə Piriyevanı çıxaracaqdım”.

Qeyd edək ki, şouda Aysun 44,86 faiz səs topladığı üçün şounun aparıcısı Murad Dadaşov "Maşın əldən getdi” kəlməsi ilə İsmayılovanı evə yola salıb.

Məşhur idmançımız Eyyub Yaqubovla bir aradaAzərbaycanın məşhur güləşçisi Rövşən Bayramov xalq artisti Eyyub Yaqubovla fotosunu sosial şəbəkədə paylaşıb.

"Ölkə.Az" xəbər verir ki, idmançının məclislərin birində çəkdirdiyi foto maraqla qarşılanıb.

Qeyd edək ki, R.Bayramov Yay Olimpiya Oyunlarının iki dəfə gümüş mükafatçısı olub, dünya və ikiqat Avropa çempionudur.  

“Oqtay əgər məni sevirdisə, vaxtında deyərdi”Meyxanaçı Samirə ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı olub.

"Ölkə.Az" xəbər verir ki, teleaparıcı Rövşanə Ağasəfqızı ötən buraxılışda meyxanaçı Oqtayın Samirə haqqında dediyi sözlərdən danışıb.

Meyxanaçının: “Samirə hara getsə axırda qayıdıb gələcək”,- fikrinə münasibət bildirən Samirə deyib:

 “Oqtay mənim hara getsəm baş çıxara bilməyəcəyimi bilir deyə, belə açıqlama verib. Mənim Oqtayın ağılına, dərrakəsinə zərrə qədər də şübhəm yoxdur. Oqtay əgər məni sevirdisə, gərək ki, vaxtında deyərdi, mən də camaata söz verməzdim. O bilir, arxayındır ki, hara getsəm qayıdıb gələcəm. Pis arvadlar kimi gedib arvad ola bilməyəcəm, qayıdıb gələcəm üstünə”.

Ulvira FOTO PAYLAŞDIMəşhur teleaparıcı Ulvira Qarayevanın son paylaşımı maraq doğurub.

“Ölkə.Az” xəbər verir ki, aparıcı yeni fotosunu “İnstagram” səhifəsində yayımlayıb.

Fotoda qısa ətək geyinən jurnalist bir izləyicisi tərəfindən məktəb şagirdinə bənzədilib.

O, “Lap 11-ci sinif şagirdinə oxşadin”,- deyə qeyd edib. Bəzi xanım izləyiciləri isə Qarayevadan gözəllik sirrlərinin açıqlamasını istəyib.

Sözügedən fotonu təqdim edirik: