Son xəbərlər

Əməkdar artist Azərpaşa Nemətovu BİABIR ETDİ
Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib.

O bu barədə sosial şəbəkə hesabında post paylaşıb. Paylaşımına “Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri” başlığı qoyan aktyor, sədr Azərpaşa Nemətov haqqında sərt fikirlər səsləndirib.

“Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram:

22 Oktyabr, saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi. Gənc Tamaşaçılar Teatrının nümayəndəsi olaraq Teatr Xadimləri İttifaqına və teatrımızın truppa müdiri Ələsgər Muradxanlıya burada iştirak etmək istədiyimi bildirdim. Cavab müsbət oldu və Teatr Xadimləri İttifaqına bildirilməsini istədim. Tədbir günü təyin olunmuş saatda məkana yaxınlaşanda, “Siz burada iştirak edə bilməzsiniz” cavabını eşitdim. “Niyə?” deyə, soruşanda isə adımın siyahıda olmadığı bildirildi.

Axı mən neçə illərdir Teatr Xadimləri İttifaqının üzvüyəm, Əməkdar artistəm. Dəqiqləşdirmələrini istədim, yuxarıya qalxıb, qayıtdılar ki, icazə verilmədi.

2014-cü ildə Teatr Xadimləri İttifaqının fəaliyyətsizliyi ilə bağlı müraciət etmişdim. Azərbaycan Teatrını uçuruma aparan ən əsas səbəbin Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov olduğunu dəfələrlə bildirmişəm. Katib Rafiq Əliyevlə görüşümüz də baş tutub, amma fəaliyətsizlik davam edir.

Əgər mənim konfransda iştirak etmək hüququm yoxdursa, niyə hər dəfə Teatr Xadimləri İttifaqında yaradıcılıq gecələri keçiriləndə dəvətnamə göndərirsiniz? Bizim nümayəndə belə mənim iştirakımla bağlı sizə müraciət edib.

Ən əsası Teatr Xadimləri İttifaqının konfransında qapıcı kimi fəaliyyət göstərən üzvləri və Akademik Milli Dram Teatrının bəzi nümayəndələrinə sözüm budur ki, sizin hörmətsizliyiniz mənə daha çox təsir etdi. Mənə şəxsən hörmətsizlik etmək sizin başınız üçün olmasa da, aktyor və Əməkdar artistə münasibətiniz bəlli oldu.

Sizdən ağıllı və şərəfli biriyəm. Azərbaycan Teatrının düşdüyü vəziyyət məni narahat edir. Çünki 20 ildir Gənc Tamaşaçılar Teatrının aktyoruyam və bunu yaxşı bilirsiniz. Teatrımızı uçuruma apardığınız yol da bəllidir. Bizim teatrın fəaliyyətinə kölgə salan səbəblər şəxsi maraqlar olub. Bunun günahkarı aktyor yox, başqa insanlardır. Özünüz öz aranızda həll edə bilərsiniz. Məsələn, Azərpaşa Nemətov baş rejissor işləyib və sonra qovulub. Rafiq Əliyev yaşı ilə əlaqədar işdən çıxarılıb. Bunun günahkarı Elnur Kərimov və digər aktyorlar deyil.

İllərdir Teatr Xadimləri İttifaqı ilə tək mübarizə aparırdım. Bu yaxınlarda “Elnur Kərimovu yığışdırın, sizə mükafat verək” sözünü deməyiniz də yerinə düşüb. Bu gündən Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina edirəm. Azərpaşa Nemətov və ətrafındakı ünsürlər oradan uzaqlaşmayınca, aktyora münasibət belə olacaqsa, həmin ittifaqı tanımıram.

Mübarizəm Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovladır, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovla yox. Günah mənim deyil ki, adıçəkilən hər iki yerə bir adam rəhbərlik edir.

Konfrans və səsvermədəki nəticə mənə qaranlıq qalacaq. Azərbaycan teatrı tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz dəstək bir müddət sonra özünü göstərəcək”.


Müğənni Nadir Qafarzadə ötən gün Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına reaksiya verib.

O, əvvəlcə sosial media hesabında video paylaşıb, 20 dəqiqə sonra isə silib.

İfaçı videoda ad çəkmədən “Hər şey yaxşıdır. Neyləmək olar ki? Həyatdır, əslində, belə də olmalıdır. Görünür tale, qismət belə imiş. Bəs, bilmirdiniz? Həmişə belə olur. Canınız sağ olsun, əsas odur. Heç narahat olmayın” deyə, ünvansız sözlər işlədib.

Daha sonra N.Qafarzadənin bu sözləri fəxri ad almadığı üçün yazdığı bəlli olub. Belə ki, izləyicilərindən biri “Fəxri ad almağınızı səbirsizliklə gözləyirik” deyə, ona rəy yazıb. Müğənni isə “Gözləmə, bu, heç vaxt olmayacaq. Haqsızlıqlar…” sözləri ilə cavab verib. O, daha sonra Röya Ayxanın fotosunu paylaşaraq, sənətçini təbrik edib.

Qeyd edək ki, müğənni bundan öncə də fəxri ad almadığına görə şikayətlənmişdi.


Azər Axşamın həyat yoldaşı ilk dəfə canlı yayıma çıxıb.

AZXEBER.COM xəbər verir ki, Azərin həyat yoldaşı Milli Qəhrəman Mübariz İbrahimov haqda yazılanlara sərt reaksiya verib.

O bildirib ki, heç bir zaman milli qəhrəmanı təhqir etməyib: “Mən ümumiyyətlə sosial şəbəkə istifadəçisi deyiləm. Milli qəhrəmanımız haqda elə fikilər deyən insan mənə də maraqlıdır. Çox istəyirəm ki, həmin insan tapılıb, cəzasını çəksin. Həmin insanın kimliyini hamıdan çox biz öyrənmək istəyirik. Həmin insana mən çox ağır ifadələr işlədə bilərəm amma bu mənim mədəniyyətimə yaraşmır”.

Qeyd edək ki, sosial şəbəkədə bir şəxs özünü aparıcı Azər Axşamın həyat yoldaşı kimi təqdim edərək Mübariz İbrahimov haqda təhqiriedici ifadələr işlədib. Aparıcı isə məsələ ilə hüquq mühafizə orqanlarına müraciət edib.

Azər Axşamın həyat yoldaşının çıxışını təqdim edirik:


Müğənni Röya “Xalq artisti” fəxri adı almasından bəhs edib. Minval.info-a açıqlama verən sənətçi ölkə başçısına və Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən, mahnılarım ilə ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxan fəxri ada layiq görülüb.
Könül

“Homoseksuallar mütləq güllələnməlidir”
Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya münasibət bildirərkən sərt fikir səsləndirib.

O, Modern.az-a açıqlamasında sözügedən şəxslər haqqında ağır cəzalar verilməli olduğunu bildirib:

“Güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir. Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə insanlığa  zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır. 

Mən prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib. Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan yan qaçmalıyıq”.

Elnarə Abdullayevanın gəlinlərlə bağlı bu sözləri səs-küyə səbəb oldu
"Gəlib qayınananın, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən bu evdə rahat otura bilməyəcəksənsə, çıx get. Əgər qayınananın sözünü yeyə bilmirsənsə, qayınatanın sözünü həzm edə bilmirsənsə, götür şələ-şüləvi çıx get".

“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib.

Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib:

"Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".

Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb.

Pərvin Abıyeva ad gününü cazibədar rəqsi ilə
Aktrisa Pərvin Abıyeva ad gününü qeyd edib.

“Ölkə.Az” xəbər verir ki, onun rəqsi izləyicilər tərəfindən çox bəyənilib. 29 yaşını qeyd edən aktrisa qısa əlbisəli görünüşü ilə yenə diqqət mərkəzində olub.

Qeyd edək ki, Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə doğulub.

Sözügedən videonu təqdim edirik:

Xatun hicab bağladı
Müğənni Xatunun yeni fotosu maraqla qarşılanıb.

“Ölkə.Az” xəbər verir ki, ifaçı hicablı fotosunu “İnstagram” səhifəsində paylaşıb.

Türkiyədə səfərdə olan müğənni Sultan Ahmed məscidini ziyarət edib.

Xatunun fotosu izləyicilər tərəfindən fikir ayrılığı yaradıb.

Belə ki, onların bəziləri hicabın ifaçı yaraşdığını desə də, digərləri onu təbii halı ilə bəyəndiyini söyləyib.

Sözügedən fotonu təqdim edirik:

Rəqsanənin cazibədar görünüşü BƏYƏNİLDİ
Müğənni Rəqsanənin yeni paylaşımı marağa səbəb olub.

Ölkə.Az xəbər verir ki, ifaçı yeni görüntüsünü  “İnstagram” səifəsində yayımlayıb. 

Onun sdərin sinə dekolteli görünüşü izləyicilər tərəfindən bəyənilib.

Onlar Rəqsanənin ünvanına təriflər yağdırıblar.

Sözügedən fotonu təqdim edirik: