ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Hidayət Rəsulov adlı şəxs oğlunun müğənni olduğunu və ona sahib çıxmadığını iddia edib.

Adı açıqlanmayan ifaçı canlı yayımda telefon bağlantısı ilə öz fikrini bildirib:

“Bu haqda danışmaq mənim üçün çox çətindir. Ailəm, özüm əsəb keçirirəm. 20 il öncə atılan bir övlad nə deyə bilər? Mən, bacı və qardaşlarım necə böyüyüb bilmirsiniz! Çətin günlərimiz olub. Hal-hazırda öz problemlərim özümə bəs edir. O insanla aramızdakı bağlar qırılıb”.

Fədayə Laçının azadlıqda

Report-un çəkiliş qrupu hazırda Fədayə Laçının evindədir. Müğənninin fotolarını təqdim edirik.

***

Bu gün azadlığa çıxan müğənni Fədayə Laçının ilk fotosu yayılıb.

Müğənni artıq cəzaçəkmə müəssisəsindən buraxıldığını, hazırda anasının evində olduğunu deyib. 

Həmin fotonu təqdim edirik:

Fədayə Laçın azadlığa buraxıldı
Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb.

Cəza müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.

Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. 

****

Müğənni Fədayə Laçın bu gün azadlığa buraxılacaq.

Bu barədə "Ölkə.Az"-a sənətçinin bacısı İlahə Fəda məlumat verib:

"Bacım üçün çox darıxmışam. İnşallah, bu bir gün də tez keçər və mən bacıma qovuşaram. Bütün ailə üzvlərimiz darıxıb. Bu gün bizim üçün çox dəyərli və böyük gündür".

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan mərhum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 2 ilə endirilib.

Ötən gün Türkiyə ilə Azərbaycanın məşhurları bir araya gəlib.

Onlar Azərbaycan-Türkiyənin ortaq istehsalı olan 4 film haqqında mətbuat konfransı keçiriblər.

Ölkəmizə təşrif buyuran Türkiyənin dövlət sənətçisi Onur Akay Azərbaycanı çox sevdiyini deyib:

“Azərbaycanı çox sevirəm. Ötən gün sizin populyar mahnılarınızı dinlədim. Alim Qasımovu çox sevdim. Onunla görüşüb, duet oxuya bilsəm, çox xoşbəxt olaram. Dediklərim qalmaqala səbəb olacaq. Amma etiraf etməliyəm ki, Türkiyədə oğurlanmış Azərbaycan mahnıları çoxdur”.

Aparıcı-aktrisa Aysel Nazim isə bu filmlə yanaşı başqa üç filmin də çəkiləcəyini nəzərdə tutulduğunu deyib: “Komediya janrı ilə yanaşı dram və aksion janrında da film çəkiləcək. Filmin çəkilişləri Qarabağda da aparılacaq. Prezidentimiz İlham Əliyevin dediyi kimi “Qarabağ Azərbaycandır və nida”. Biz də bu sloqanla yola çıxıb, Qarabağda çəkilişlər edəcəyik.  Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı türklər də rol alacaq. Filmin üç ssenari müəllifi var, biri türk, ikisi isə azərbaycanlıdır”.

 

Rejissor Alik Abbasov isə  film çəkilişlərinin noyabrda başlayacağını deyib. O, çəkilişlərin Azərbaycanda və Türkiyədə baş tutacağını vurğulayıb: “Filmdə səkkiz azərbaycanlı, səkkiz türk aktyoru yer alacaq. Film iki ailənin münasibətindən bəhs edir. Əslində öncədən film haqqında çox məlumat vermək istəmirəm. Gizli qalsın. Filmin büdcəsinə gəlincə aktyorlara Türkiyədə olduğu qədər qonorar veriləcək”.

Aktyor Rüfət Nəzər film haqqında bu sözləri deyib: “Film və ssenari haqqında öncədən məlumat verə bilmərəm. Layihə səviyyəli olduğu üçün təklifi qəbul etdim”.

Aparıcı-aktrisa Zümrüd Qasımova isə “Ən əsası ekran işində peşəkar aktyorların iştirakıdır. Əminəm ki, çox gözəl film olacaq. Bildiyiniz kimi filmlərə çox çəkilmirəm. Aysel xanım dəvət edəndə qəbul etdim. İnanıram ki, ortaya keyfiyyətli iş çıxacaq” deyə, qeyd edib.

Fatimədən qeyri-adi FOTOSESSİYA
Rəqqasə Fatimə yeni fotosessiya etdirib.

“Ölkə.Az” xəbər verir ki, o, yeni fotolarını “İnstagram” səhifəsində yayımlayıb.

Rəqqasə paylaşımını belə şərh edib:

“Həyat bir hədiyyədir...Verilən hədiyyəni bəyənməsən də, verənin xətrinə şükür edib gülümsəmək lazımdır.”

Rəqqasənin yeni, qeyri –adi tərzi izləyicilər tərəfindən çox bəyənilib. Onlar Fatiməyə xoş sözlər yazıblar.

Aşıq Samirəni belə görməmisiz
Aşıq Samirənin yeni paylaşımı marağa səbəb olub.

Sənətçi yeni fotosunu “İnstagram” səhifəsində paylaşıb. Samirənin yeni tərzi izləyicilər tərəfindən çox bəyənilib.

Sözügedən fotonu təqdim edirik:

“Bu da bizim gənclərimiz”
Aşıq Ulduz Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

Tolikin aparıcılıq etdiyi verilişin sual rubrikasında şəhər sakinləri qonaqlara sual veriblər.

Bu zaman gənc izləyici xanım Aşıq Ulduza: “Sizin qızınız Sədaqət xanımın qız toyu oldu. Ancaq deyilənə görə, oğlan toyu olacaqdı, amma olmadı. Buna səbəb nədir?”,- deyə müraciət edib.

Sənətçi bu suala əsəbləşib:

“Mən heç kəsə ixtiyar vermirəm ki, kimsə mənim ailəmə qarışsın. Mənim şəxsi işimə qarışmağa heç kəsə icazə vermirəm. O, hardan bilir ki, oğlan toyu olmayıb. Adam gərək bildiyi mövzudan danışsın. O qız izləyici kimi gərək mənə aşıq sənəti ilə bağlı sual verərdi”.

Daha sonra o, müasir gənclərin sənətçilərin sənəti ilə deyil, şəxsi həyatı ilə daha çox maraqlandığını qınayıb.

“Bu da bizim gənclərin səviyyəsidir. Hamısına aid deyil, ancaq əksəriyyəti belədir. Qoy bizim sənətimizlə maraqlansınlar. Niyə axı onlara aid olmayan məsələlərlə maraqlanırlar ki?”

Qeyd edək ki, Aşıq Ulduzun qızı Sədaqət iş adamı ilə ailə həyatı qurub.

Aygün Almaniyada hotel açır?

Xalq artisti Aygün Kazımovanın Almaniyada hotel açması barədə informasiya yayılıb.  Bildirilib ki, sənətçi 2 il bundan əvvəl ona hədiyyə olunan villanı butik hotel edir və həmin məkan “Aygün” adı ilə fəaliyyət göstərəcək.

“Qafqazinfo” mövzu barədə A. Kazımova ilə əlaqə saxlayıb. Sənətçinin Mətbuat xidməti məlumatı təkzib edib, belə bir məkanın olmadığını söyləyib.

Qeyd edək ki, xəbəri News24.az saytı yayıb.

Afaq Bəşirqızı barəsində səsləndirilən iddialara
Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının sədri olmaq istəməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Sənətkar “Ölkə.Az”ın  əməkdaşı ilə söhbətində bildirib ki, heç vaxt belə fikri olmayıb.

“Bu, ağ yalandır. Mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəməmişəm. Ümumiyyətlə, vəzifədə olmaq, kresloda oturmaq mənim düşüncəmdən belə keçməyib. Çünki mən o cür xarakterli insan deyiləm. Bu, ancaq cılız adamların fikridir. Onlar artıq bilmirlər ki, nə danışsınlar. Əgər mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəsəydim, qurultayın geniş auditoriyasının olmasını, alternativ namizədlərin olmasını tələb etməzdim. Bilirsiniz necədi, uşaq əmziyə öyrənən kimi, bu cılız adamların fikri də yalnız kreslodur, ancaq vəzifədir. Belə insanlarda heç vaxt önə çıxmaq istəməyiblər, yarasa kimi qaranlıqda olmaq istəyirlər. Ancaq bunlar başa düşmürlər ki, şəxsiyyət heç bir kreslo ilə ölçülə bilməz. İnsanın özünün şəxsiyyəti olmalıdır. Mən heç nədən qorxmuram, dediklərimin də arxasındayam. Amma qarşı tərəfin ətrafında olan yaradıcı insanların heç birindən də incimirəm. Çünki mən onlar üçün vuruşuram. Ona görə də onların vəziyyətlərini də, olduqları şəraiti də bilirəm. Mənim yaradıcı adamların heç biri ilə işim yoxdur.

"Bunu da bildirim ki, o kreslo Azərpaşa Nemətovun adına yazılmış, özəlləşdirilmiş şəxsi kreslo deyil. Mədəniyyət, incəsənət aləmində o kresloda oturacaq layiqli insanlar var. Əlbətdə ki, o ittifaqda mən öz titulumdan, öz inamımdan istifadə edə bilərəm. Ancaq o kresloda oturmaq, ora gedib-gəlmək mənim heç ağlımdan da keçməyib.Ümumiyyətlə əgər mən elə bir fikirdə olsaydım, teatrda başladığım böyük layihəmə start verməzdim. Yenə də təkrar bildirirəm ki, mən həyatım boyu vəzifə, kreslo ölüsü olmamışam.

Hətta o zaman Hacıbaba Bağırov rəhmətə gedəndə mən akademik məzuniyyət götürüb, yoldaşımla Moskvaya getdim. Bunu niyə etdim? Bəziləri elə düşünməsinlər ki, Afaqın Musiqili Komediya Teatrının direktorluğunda gözü var. Xeyr, vəzifə mənim işim deyil. Mən dürüstlüyün, dostluğun və doğruluğun tərəfdarıyam”, - deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının ötən gün XIV konfransı keçirilib. Afaq Bəşirqızı konfransın gedişatına etiraz əlaməti olaraq oranı yarımçıq tərk edib.

“X maqazin” verilişi şou-biznes nümayəndələri arasında qadına şiddətlə bağlı sorğu aparıb.

Onlar arasında Əməkdar artistlər Baloğlan Əşrəfovla Yusif Mustafayevin cavabı diqqət çəkib.

B.Əşrəfov “Qadına əl qaldırmısan” sualına “Əsəbləşəndə elə olur ki, ya gərək yumruğu stola çırpasan, ya da yüngül nəsə… Yüngül şeylər olur, kişiyə yaraşmaz desin ki, “yox” etmirəm” cavabını verib.

Etiraf etməkdən çəkinən Y.Mustafayev isə “Biz sovet dövrünün insanlarıyıq. Olub desəm, məni qınayarlar. Bəlkə hələ iş də verərlər. Qorxuram söz deməyə. Amma yaxşı at özünə qamçı vurdurmaz” sözlərini deyib. Səhv cümlə qurmamağa çalışan müğənni qadınları atla müqayisə edərək onları təqhir edib.