Zaurdan qəribə açıqlama:Məşhur teleaparıcı Zaur Baxışəliyeva atası ilə bağlı bəzi məqamları açıb.

"Ölkə.Az" azxeber.com-a istinadən xəbər verir ki, Zaur aparıcılıq etdiyi "Bizimləsən" verilişində indiyə kimi atasının məzarın ziyarət etmədiyini bildirib.
 
O səbəbini belə izah edib:
 
"Mən qəbiristanlığa getmirəm. Atam dəfn olunduğu qəbiristanlığa getmirəm. Çünki mənə o daş lazım deyil. O şəkildən, buz kimi daşdan baxan şəkil mənə lazım deyil. Mənə o canlı lazım idi və o bu həyatda yoxdur. İstəyirsiniz məni qınayın, nə istəyirsiniz deyin. Bir insan həyatda nə qədər varsa, onun başına pərvanə kimi dolanmaq lazımdır. Bir insan ölüb gedəndən sonra ha get o daşı qucaqla, gözünün yaşını tök o daşın dibinə. Nə mənası var?".

"Röyanın etdiyi biabırçılığı Azərbaycan sənət dünyasında və səhnəsində İlhamə başlayıb".

Bunu aznews.az açıqlamasında xalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsindən danışarkən deyib:

"Bizim dövrümüzdə heç bir müğənni bu hərəkəti etməzdi. Röya özünü açıq-saçıq göstərəndə biləydi ki, nəticəsi bu olacaq, kimsə onu söyəcək də, təhqir də edəcək. Gərək bu məsələlərə dözümlü yanaşaydı, daha durub, "vor zakon"luq etməzdi. Röya çox pis hərəkət etdi. O, oğlanın üstünə "bazburt"lu kişilərlə getdi. "Bazburt"lu kişi bilmir ki, polis var və o, Röyanın xuliqanlığına reaksiya verə bilər. Polis isə gəlib oturub Röyanın yanında. Əgər o, polisdirsə, özü ondan soruşmalıdır ki, bu nədir? Sən polis, yaxud da o adamlar hansı başla gəlib onun yanında oturubsunuz? Bilmirdilər ki, Röya bunu axırda çəkəcək və onları pis vəziyyətdə qoyacaq? Gərək Röyanı çağırıb soruşsunlar ki, yanındakılar kimdir? Əgər onları pulla tutub gətiriblərsə, yaxud polissənsə, sənin nə ixtiyarın var, "zopa" rolunda olursan? Aidiyyəti qurumlar mütləq maraqlanmalıdır ki, Röya haradan alıb bu cəsarəti?"

F.Kərimova əlavə edib ki, Röyanın etdiyi bu hərəkət təkcə onu söyən cavan oğlana qarşı deyil, bütün kişilərə qarşı edilmiş təhqiramiz hərəkətdir: "Röya az qala demək istədi ki, mən istənilən kişini belə əzərəm. Görünür ki, həmin oğlan onlardan qorxub. Axı sən onu niyə sındırırsan, ay müğənni? Ən pisi odur ki, Röya bu "vor zakon"luğu polisin əli ilə edib. Bu Azərbaycan polisinə olan inamı göydən yerə vurdu. Bu, bizim təhlükəsizliyimizi təmin edən bir qurumun necə bərbad vəziyyətini göstərir, az qala. Pozmayın bu ölkənin qanunlarını! İnsanlarda inam hissi itib. Getmisən, özü də ölkədə vəziyyətin bu qarışıq anında, bina yanıb, millətin həssas məqamında sən bir kişi sındırırsan. Axı sən bunu niyə edirsən? Desinlər ki, ölkədə dərəbəylikdir, naziri də qulaq asmır, müğənnisi də qudurub? Bu işləri idarə edənlərdən, bu məsələlərə cavabdeh şəxslərdən soruşuram: siz hara baxırsız? Niyə bu ölkəni bu günə salıb, milləti beləcə alçaldırsınız? Sizə nə lazımdır? Nəyiniz çatmır?"

Xalq artisti deyir ki, Röya çox böyük səhvlər etsə də, onun həbsini arzulamır: "Röya qadındır, anadır, balası var. Ancaq bir az başını işlətsin. Qoymayın bu milləti alçaltsınlar. Ümid mətbuata qalıb. "Zopa"lıq edənlər hər birimizi ayrı-ayrılıqda alçaldır. İxtiyarım var, deyəm ki, sən mənim millətimin ləyaqətini niyə tapdaladırsan? Gəlin kömək edək, bu ölkəni "vor zakon"ların əlindən xilas edək. Hamımızı tapdalayırlar. Kişilərimiz olur oğraş, biqeyrət, övladlarımız olur fahişə... Dubay qızı azdır? Məndən başqa danışan yoxdur. Ona görə bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq".

Xatırladaq ki, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin "İnstagram" səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu "məhkəməni" gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Bundan sonra vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov baş verən hadisədə qanun pozuntularının olduğunu və buna görə də günahkarların cəzalandırlacağını bildirib.

Hüquq müdafiəçisi Müzəffər Baxışov Röyanın əməlində cinayət tərkibinin olduğunu və əgər məsələ araşdırılarsa, onun hətta həbs edilmə ehtimalının olduğunu söyləyib.

Azərbaycanın məşhur messenantı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

Milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq kimi istifadə edilib. Artıq ərazidə işlərə start verilib. Malikanə əvvəlki görkəminə qaytarılacaq.

Sərvətini Azərbaycan xalqı üçün xərcləməkdən çəkinməyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsi əbədiləşdirilir. Bunun üçün onun yaşadığı evdə təmir işləri aparılır.

Təmir işləri çərçivəsində bağda sonralar tikililən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqlaırnın gətirilməsi nəzərdə tutulur.

2 mərtəbli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.

Xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb.

Mədəniyyət nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Milyonçu Tağıyev öləndən sonra da xeyriyyəçilik edir – Bərbad hala düşmüş evində qaçqınlar yaşayırlar – FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Dedi ki, babanı boş yerə axtarmağa dəyməz, onu dənizdə batırıblar” – Sensasion müsahibə – FOTOLAR


Ötən gün müğənni Azad Şabanovun toyuna qatılanlar sırasında Xalq artisti Murad Adıgözəlzadə və həyat yoldaşı, eks-ifaçı Aysel Teymurzadə də (Adıgözəlzadə) olub.

Axşam.az xəbər verir ki, onlar gecəboyu əylənib və səmimi görüntüləri ilə diqqət çəkib. Onların Xalq artisti Tünzalə Ağayeva mahnı ifa edərkən şən halları qonaqların kamerasına yansıyıb.


Yasin Qarayev: "Rza Təhmasibi təəccübləndirə bilmişdimsə, deməli, böyük iş görmüşdüm"

 Kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, incəsənət xüsusi istedad tələb edir və bu da hər adama qismət olmur. İncəsənət sahəsində nəticə əldə etmək üçün isə, istedadını zəhmətinlə birləşdirməlisən. Əks halda, bu istedad bir işə yaramaz.

Müsahibim xalq artisti Yasin Qarayevdir. Bu dəfə xalq artistinin uşaqlıq və gənclik illərinə nəzər saldıq.
 
Y.Qarayev deyir ki, hər dəfə uşaqlıq illərindən söhbət düşəndə nədənsə, Nüsrət Kəsəmənlinin "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox" misraları yadına düşür: "Rəhmətlik anam Zinhar xanım həmişə deyirdi ki, atam Mikayıl Qarayev əslən şəmkirli olub. Anamın babaları isə Şəmkirə Ağcabədidən köçüb, orada yurd salıblar. Anam gənc yaşlarında ailə həyatı qurub. Atam direktor işləyirdi. İkinci Dünya Müharibəsi başlayanda, onu əsgərliyə aparıblar. Müharibədə yaralanan atam geri qayıtsa da, aldığı yaradan qısa müddətdə - 1946-cı ilin may ayında, hələ 28 yaşı olarkən dünyasını dəyişib. Atamın ölümündən iki ay sonra mən dünyaya gəlmişəm. Amma anam sənədlərimi düzəldərkən atamın ölüm gününü mənim doğum günüm kimi qeyd etdirib. Deyirlər ki, qadınlar ana olduqdan sonra kamilləşirlər. Mənim anam da kamil və müdrik qadın idi. 50 il o mənə həm ana, həm də ata əvəzi olub".
 
Həmsöhbətim deyir ki, uşaqlıq illəri keçən əsrin 50-ci illərinə təsadüf edib: "Mənim 4 yaşım olanda, anam ikinci dəfə ailə qurdu. Kasıb ailə idik. Ögey atam Yunis həkim çox gözəl insan idi və Qapanlı kəndində həkim işləyirdi. Müharibə dövründə o həkim işləyib. Almanlara əsir düşdükdən sonra İtaliya partizanlarına qoşularaq əsirlikdən qurtulmağı bacarıb. Elə bir dövr idi ki, əsir düşən adamlara iş vermir, onları incidirdilər. Bir çoxları həbs olunurdu. Mən uşaqlığımın o dövrlərini çox çətinliklə xatırlayıram. 14 yaşıma qədər Qapanlı kəndində böyüdüm".

Məndə sənətə qarşı sevgi yarandı
 
Yasin Qarayev 1953-cü ildə birinci sinfə gedir. Ancaq məktəb 7 illik olduğu üçün, 14 yaşına qədər orada oxuyub: "Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Ədəbiyyata xüsusi marağım var idi. Xüsusilə humanitar fənlərə həmişə hazırlıqlı olurdum. Məktəbdə yaxşı dostlar qazanmışdım. Həmin vaxt bir partada oturduğum dostlarımla indi də əlaqə saxlayıram, mehriban münasibətimiz hələ də davam edir. Hamı kimi mənim də məktəbdə dəcəllik etdiyim vaxtlar olub. Mən də dərsdən qaçmışam. Elə günlər olub ki, uşaqlarla dava-dalaş etmişik. İndi o illəri xoş bir xatirə kimi yadımda saxlayıram. Hərdən o illərə geri qayıtmaq da istəyirəm. O dövrün qanunlarına görə pambıqçılıqla, üzümçülüklə məşğul olan kəndin məktəblərində oxuyan uşaqlar sahəyə gedib işçilərə kömək etməli idi. 60-cı illərdə Daşkəsən Texniki Peşə Məktəbinin müəllim heyəti gəlmişdi. Mən onlarla ünsiyyətdə oldum. Birdən məndə onlarla getmək və texniki peşə məktəbində oxumaq arzusu yarandı. 7 illik məktəbi bitirib sənədlərimi peşə məktəbinə verdim. Daşkəsən şəhərinin fəhlə gənclər məktəbinə getdim və iki il həmin məktəbdə oxudum. Dülgərlik sənətinin sirlərini öyrənirdim. Həmçinin, özfəaliyyət dərnəklərinə üzv olmuşdum. Daşkəsənin kəndlərinə gedərək konsertlər verir, səhnəciklər hazırlayırdıq. Mən "Şofer oğlan", "Qonşu qız", "Nazlana-nazlana" mahnılarını oxumuşdum. Hətta yaxşı oxuduğuma görə səsimi lentə yazıb kinoklubda səsləndirmişdilər. Yadıma gəlir ki, 1962-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında mahnı ifa etdim. Bu ifama görə mənə diplom verdilər. Bu mənim sənət yoluma böyük bir təkan verdi və sonrakı yaradıcılığım üçün mayak rolunu oynadı. Beləliklə, məndə sənətə qarşı sevgi yarandı. Amma aktyorluq ağlımdan da keçmirdi. Peşə məktəbini bitirdikdən sonra bizi Sumqayıtda işləməyə göndərdilər. Qısa bir müddət orada tikintidə işlədim. Amma işləmək istəmirdim. Sənədlərimi götürüb atamın direktor işlədiyi  kəndimizə qayıtdım. 11-ci sinfi atamın direktor işlədiyi məktəbdən məzun olmaq istəyirdim. O vaxt 11 illik sistemə təzə keçilmişdi. İmtahan verərək 9-cu sinifdən birbaşa 11-ci sinfə keçdim. Attestatımı alıb 1963-cü ildə Bakıya gəldim".

Axşama kimi küçələri gəzirdim
 
Müsahibim deyir ki, ilk gəldiyində Bakıda qalmağa nə yeri var idi, nə də tanıdığı bir kimsəsi: "Yunis həkimin məktubunu bir ünvana çatdırdım. Bakıda onun uzaq qohumları yaşayırdı. Bir qədər onlarda qaldım. Bütün günü küçələrdə gəzir, elanları oxuyurdum. Ev yiyəsi polis olduğuna görə, səhərlər mənimlə birgə çıxdıqdan sonra qapısını açarla bağlayır, işə gedirdi. Axşam o, işdən qayıdana kimi mən küçələrdə qalırdım. Bir gün Bakı Keşlə Ət Kombinatı nəzdində texniki peşə məktəbinin elanını oxudum. Elanda peşə məktəbi tələbələrinə yemək, qalmağa yer və paltar verdiyi yazılırdı. Mənə də elə bu lazım idi. Sənədlərimi götürərək Keşləyə getdim. Raisa Rəsulbəyova adlı bir qadın məktəbin direktoru idi. Özümü təqdim etdikdən sonra məni bəyəndi. Məktəbin binası ət kombinatını həyətində yerləşirdi. Yataqxanada qalmağa yer verdilər. Yeməkxana da yaxınlıqda idi. Bu yeməkxana fəhlələr üçün olsa da, gündə 3 dəfə bizə də yemək verirdilər. Məktəbə avqust ayında qəbul olduğuma görə, dərs başlayana qədər gözləməli idim. Rus dilini öyrənmək üçün rus bölməsinə ərizə vermişdim. Bir il sonra 1964-cü ildə məktəbi bitirdim. Anamın ən böyük arzusu mənim müəllim olmağım idi. İstəyirdi ki, atamın peşəsini davam etdirim. Həmin il Xarici Dillər İnstitutunun axşam şöbəsinin ingilis dili fakültəsinə qəbul oldum. Anamın əmisi oğlu Oruc Musayev qəbul komissiyasının sədri idi. Düzü, məni fakültəyə tanışlıqla qəbul etdilər. Amma həqiqətən də yaxşı oxuyurdum. 3-cü kursa qədər orada təhsil aldım".

"Arşın mal alan"da Vəli rolunu ifa etdim
 
Tale elə gətirir ki, üçüncü kursda Yasin Qarayevin incəsənətlə yolları bir daha kəsişir: "Üçüncü kursda oxuyanda, qrammatika müəllimimiz gördü ki, mənim incəsənətə meylim var. Dedi ki, sabah İncəsənət Universitetinə gəlib, bizim məşqimizə baxarsan. Özü ingilis dilini yaxşı bildiyinə görə onu oraya qəbul ediblər. Universitetdə gördüm ki, müəllimimiz Otellonun monoloqunu ingilis dilində deyir. Səməndər Rzayev, Rza Təhmasib, Rafiq Hüseynov həmin kursda idi. Bu, mənim sənətə gəlməyim üçün ikinci təkan oldu. Qəti qərara gəldim ki, ingilis dilini atıb, İncəsənət Universitetinə daxil olacam. 1967-ci ildən İncəsənət İnstitutunun komediya aktyorluğu fakültəsinə daxil oldum. O vaxt bu fakültədə tələbə az olurdu. Fakültənin yalnız axşam şöbəsi var idi. Dövlət imtahanına "Arşın mal alan"ı hazırladıq. Kursumuzun rəhbəri Rza Təhmasib idi. Diplom tamaşasında "Arşın mal alan"da Vəli rolunu ifa edirdim. Nəsibə Zeynalova isə Cahan xala rolunda idi. Rza müəllim mənə "5" yazdı. Bu, mənim üçün çox böyük göstərici idi. Onu təəccübləndirə bilmişdimsə, deməli, böyük iş görmüşdüm".
 
Xalq artistinin hərbi xidmət illəri Baltikyanı ölkələrdə keçib: "1973-cü ildə institutu bitirib hərbi xidmətə yollandım. Hərbi xidmət illərim Baltikyanı ölkələrdə keçib. Mən Kalininqrad vilayətinin Baltisk şəhərinə düşmüşdüm. İnşaat batalyonunda xidmət edirdim. Həmin vaxt biz vətənə qulluq etdiyimizi düşünürdük. Sonradan başa düşdüm ki, bu, heç bizim vətən deyilmiş. Bir illik hərbi xidmətdə çox şey öyrəndim".

Hərbi xidmətdən qayıtdıqdan sonra müsahibim bir müddət qədər Tədris Teatrında işləyir: "Bu, institutun nəzdində fəaliyyət göstərən teatr idi. Amma tamaşalar peşəkar şəkildə hazırlanırdı. Bütün klassiklərin əsərləri səhnəyə qoyulurdu. Yaşar Nuri, Həsən Əbluc, Şahmar Ələkbərov, Əliqismət Lalayev orada işləyirdi. Həmin ərəfədə Gənc Tamaşaçılar Teatrının işçiləri öz ərizələri ilə işdən çıxmışdı. Teatrda böyük bir boşluq yaranmışdı. Mənə dedilər ki, teatra aktyor lazımdır. Rektor soruşdu ki, orada işləmək istəyirsənmi? Cavabım "bəli" oldu və teatra gəldim. Məni yoxladılar və səsimi bəyəndilər. Mən ifa edəndə qocaman aktyorlar gəlib səhnənin arxasından qulaq asırdılar. Teatrda ilk rolum "Hacı Qəmbər" tamaşasında Vəli rolu olmuşdu. 45 ildir ki, orada çalışıram. 1991-ci ildə əməkdar artist, 2006-cı ildə xalq artisti fəxri adına layiq görüldüm".
 
Həmsöhbətim sonda gənclərə öz tövsiyələrini də verdi: "Bu, elə bir sənətdir ki, insandan istedad tələb edir, istedad isə hələ ana bətnində yaranır. Öz zəhmətinlə istedadı birləşdirəndə, nəticə əldə edə bilirsən. Mən heç vaxt sənətə gəlir mənbəyi kimi baxmamışam. Düzdür, maddi gəlir də önəmlidir, amma pul dalınca qaçmaq olmaz. Gənclərə də məhz bunu tövsiyə edirəm".

Tanınmış teleaparıcı efirə qayıdır

Tanınmış teleaparıcı Mələk Heydərova yenidən efirə qayıdır.
Oxu.az xəbər verir ki, Mələk Baku TV-də səhər şousu ilə tamaşaçıların qarşısına çıxacaq. Mələk, Aytən Leylaqızı ilə efiri bölüşəcək.
“Baku life” adlanan səhər proqramı həftə içi 5 gün səhər saat 10-dan 11-ə kimi yayımlanacaq.



Aparıcı-aktyor Sərxan Kərəmoğlu onu tənqid edən Əməkdar artist Teymur Əmraha cavab verib.

Sərxan “Show nesws” verilişində müğənninin ünvanına bu sözləri deyib:

“Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var ? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu. Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?”

/// Lent.az

Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə Qafqazinfo-ya şairin özü məlumat verib.

O qeyd edib ki, mənzil Bakı şəhərindədir və ÜÇ otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: 

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Fədayə Laçın danışdı

Müğənni Fədayə Laçın həbsdə olarkən ona ən böyük dəstəyi Manaf Ağayevdən gördüyünü bildirib.

O, bu barədə özü açıqlama verib.

“Baxın bu kişi oğlu kişi mənim ən böyük dəstəkçim olub. Həbs xəbərimi eşidən kimi bizə ilk gələn Manaf olub. Həmin gündən mən azadlığa çıxana qədər, hər zaman ailəmin yanında olub, onlara dəstək olub. Bu insan dar günün dostudur ”.

F.Laçın neçə illər sənətdə olduqlarına baxmayaraq, heç vaxt Manafla yaxın dost olmadıqlarını da bildirib.

“Heç vaxt Manafdan bu qədər isti münasibəti gözləmirdim. Biz heç vaxt yaxın dost olmamışıq. Toydan-toya görüşürdük”,- deyə xanım müğənni bildirib.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O,  2017-ci il oktyabrın 30-da həbs edilib. O, 2019-cu il 29 oktyabrda azadlığa çıxıb.

 

Film izləmək həm mədəni istirahət, həm də əyləncə hesab edilir. Buraya maariflənməni də qatmaq olar. Təbii ki, filmin janrı, ssenarisi izləyiciyə fərqli təsir edə bilər. Elə buna görə də, bütün filmlərdə tövsiyyə edilən və mədudiyyət qoyulan yaş həddi var. 

Filmlərə qoyulan yaş məhdudiyyətinin səbəbi var. Filmdəki səhnələr 20 yaşlı gəncin psixologiyasına normal, 10 yaşlı uşağa isə anormal təsir edə bilər. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir.

Sistemə görə “Yaş məhdudiyyəti yoxdur”, “Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər”, “16 yaşa qədər”, “17 yaşlı yeniyetmələr üçün”, “18 yaşdan yuxarı insanlar üçün” və s. kateqoriyalar müəyyənləşib.

Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar.

Minval.info xəbər verir ki, bizim ölkəmizdə də həmin təlimatla razılaşdıqda o kateqoriyanı təsdiq edirlər. Kinoteatrlar isə filmə aid olan kateqoriyaya ciddi nəzarət etməlidir. Belə ki, həmin seansa kateqoriyaya uyğun olmayan uşaq gəldikdə o, salona buraxılmamalı, ona bilet satılmamalıdır. Bu, kinoteatrın vəzifəsidir. Amma buna nəzarət edilmir, pul qazanmaq, daha çox bilet satmaq üçün kinoteatrlar qaydaları pozur.

Məsələn, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bir müddət öncə oxşar hadisədən gileylənib. N.Nazim bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb:

“Film uşaqlıq travmalarından bəhs edir. Amma filmə “18 yaşdan yuxarı insanlar üçün” məhdudiyyəti olmağına baxmayaraq zalda balaca uşaqlar var idi. Çıxanda bilet yoxlayanlardan soruşdum ki, niyə uşaqları zala buraxırsınız? Çaşbaş qalıb dedi ki, “Tək buraxmırıq ki, yanında böyük olur”. Ayıbdır, 20-30 manata görə belə hərəkət etmək olmaz”.

Paylaşımın şərh bölməsində bir çox istifadəçi kinoteatr haqqında bənzər sözlər yazıb, yaş məhdudiyyəti olan filmlərə uşaqların buraxıldığının şahidi olduqlarını yazıblar.

“Park Cinema”  şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev “Minval.info”ya deyib ki, burada qadağadan söhbət getmir: “Yaş məhdudiyyətini biz təyin etmirik. Nazirlik və studiyalar təyin edir. Bu da ölkədən-ölkəyə dəyişir. Hər bir ölkədə bu tövsiyyə xarakterlidir. ABŞ-da belə bu belədir, Avropada da.. Biz heç kimə filmə baxmağa qadağa qoya bilmərik. Yaş məhdudiyyəti qadağa demək deyil, tövsiyyə xarakterlidir”.