Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatla əlaqədar iclas keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
O, burada xüsusi əməliyyat zonasındakı vəziyyət və düşmənin hərəkətləri barədə məruzələri dinləyib.
Şoyqu qeyd edib ki, hücumun tempini saxlamaq və qoşun qruplarının tərkibini artırmaq üçün tədarük olunan silahların həcmini və keyfiyyətini artırmaq lazımdır.
Nazir onu da bildirib ki, hərbi komandanlığın mərkəzi orqanları bu istiqamətdə məqsədyönlü iş aparır.