Təranə Qumralın qızı nazirlikdə işləyirmişTanınmış müğənni Təranə Qumral "Hər şey daxil" proqramında qonaq olub.

"Ölkə.Az" big.az-a istinadla xəbər verir ki, ifaçı efirə həyat yoldaşı və qızı Qumral  ilə qatılıb. O bildirib ki, qızı Beynəlxalq əlaqələri bitirib:

"Dövlər universitetini bitirib. Nazirliklərdə, dövlət işlərində işləyib. İkinci qızım Fidan həkimdir. Üçüncü qızımız isə pianino ifa edir, həm də səsi var".

Qeyd edək ki, Təranə Qumralın qızı Qumral sosial şəbəkə fenomenidir. Onun instaqramda 200 mindən çox izləyicisi var.

Şəbnəm Tovuzlu “Tik - Tok” daMüğənni Şəbnəm Tovuzlu “Tik - Tok” sosial şəbəkəsində paylaşdığı videoları maraq doğurub.

“Ölkə.Az” xəbər verir ki, müğənninin burada 33.000 min izləyicisi var.

Məzəli videolar yayımlanan aktrisanın görüntülərinə 2,4 milyondan çox baxış var.

Sözügedən videonu təqdim edirik:

Azər üçüncü dəfə evlənir

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu dəfə İlahə adlı xanımla nikah bağlayır.

Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy bu gün, noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq.  

Maraqlısı odur ki, Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, bu barədə məlumat ötən ilin mayında ortaya çıxmışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı. İddia olunur ki, 2-ci boşanmaya səbəb cütlüyün övladının olmamasıdır. 

Bundan əlavə, A. İsmayılov növbəti nikahından Uğur adlı oğlunun olduğunu sosial şəbəkədə qeyd etsə də, daha sonra uşağın aparıcının öz övladı yox, bacısının oğlu olduğu ortaya çıxmışdı. 

Xatırladaq ki, Azərin birinci evliliyi aparıcı Vüsalə Əlizadə ilə olub. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.

 

 

Xalq artisti Məleykə Əsədova villasını satışa çıxarıb.

“Minval.info” xəbər verir ki, satışa çıxarılan villa Fəhlə prospektində yerləşən villanın satışına vasitəçi olan “makler” mülkün görüntülərini internetdə paylaşıb.

Villanın içində çəkilən videoya Məleykə Əsədova və qızı Gülərin şəkilləri də düşüb.

Xətainin heykəlinin yeri dəyişdirilirSon günlər Bakının əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır.

Heykəl indiki yerindən bir qədər aralıya, həmin küçədə yerləşən, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündəki parkın ərazisinə köçürüləcək. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Bundan sonra abidə ziyarətçilər üçün əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

Qeyd edilir ki, həmin küçədə hərəkətin intensiv olması ilə əlaqədar yolun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb, onu ziyarət etmək istəyənlər üçün çətinlik yaradırdı. Bununla bağlı yaranan narazılıqlar ara-sıra sosial şəbəkələrdə də dilə gətirilirdi.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə müraciət etsək də, bu barədə geniş məlumat verilməyib.

Xalq artisti millət vəkili olmaq istəyir?İTV-də yayımlanan “3D” verilişinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.

İfaçı verilişin aparıcısı Dadaş Dadaşlinskinin “Bir zaman dedilər ki, siz Milli Məclisə namizədliyinizi verəcəksiniz? Sonra fikriniz niyə dəyişdi?” - sualına maraqlı cavab verib.

“Mən nə demişəm ki, namizədliyimi verəcəm, nə də fikrimi dəyişmişəm. Sadəcə bir dəfə media nümayəndələrindən biri mənə dedi ki, “Mən sizi o kürsüdə görürəm” mən də “Niyə də yox” cavabını verdim. Bu qədər bəsit. Ancaq sonradan bunun ətrafında müzakirələr başladı”.

Daha sonra isə müğənni:

“O ki, qaldı seçkilərə, seçki gələn ildi. Gəlin, 1 il də gözləyək, o zaman daha dəqiq cavab ala biləcəksiniz”,- deyə bu mövzuya iddialı fikir bildirib.

Daha sonra F.Ağayev ərazilərindən olan millət vəkilindən də söz açıb. O, onu layiqli namizəd görmədiyini və ona etiraz olaraq seçkilərdə iştirak etmədiyini də bildirib.

Pərvin Abıyeva sevgilisindən DANIŞDIARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

"Ölkə.Az" xəbər verir ki, bir müddət öncə gənc bəylə görüntülənən aktrisa sevgili olmadıqlarını deyib:

“O şəxs mənim sevgilim deyildi. Problemlər yarandı. Mənə çox yaxın insandı. O hamıdan tez gəldiyi üçün o biri dostlarım gələnə kimi onu yanımda saxladım. Sevgilim məni qısqanmır. Məni tanıyır, başa düşür. Ortada konkret bir şey olmadığı üçün hər şeyi elan etmək istəmirəm.

Oturduğum yerdə başımı niyə ağrıdım? Barmağımdakı üzüyü xətrimi çox istəyən bir şəxs hədiyyə edib.

Qiymətini dəqiq bilmirəm, yarım karat olmalıdır. Kim olduğunu demirəm. Bilərəkdən diqqət mərkəzində qalmağa çalışmıram. Sadəcə qadın kimi “şık” görünməyə çalışıram. Tez-tez gözə gəlirəm. Yıxılıram, bir yerimi partladıram. Ən son dodağımı partlatmışam”.

Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdimÖtən həftəsonu populyar müğənni Kərim Abbasovun qalmaqallı açıqlamaları ilə yadda qaldı. O, əvvəlcə teleaparıcı və jurnalist Elçin Əlibeyli haqda şok iddialar səsləndirdi. Tərəflər arasında gərginlik pik həddə çatdı.

Müğənninin iddiasına görə, aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib. İddiaya görə, Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə Elçin və müğənninin keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar.

Bununla da ürəyi sakitləşməyən Kərim keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında şəxsi “Instagram” hesabında inanılmaz açıqlama verib. Abbasov qarşı tərəfin şərəf və ləyaqətini alçaldacaq sözlərlə Səmədovanı hədələyib.  

Abbasovun Səmədova haqqında yazdığı açıqlamalardan sonra Təranə şəxsi “Instagram” səhifəsində keçmiş həyat yoldaşı Kərimin keçmiş şəxsi həyatı ilə bağlı dəhşətli iddialar yazıb. 

Xoşagəlməz hadisələr burulğanına düşən prodüser Təranə Səmədova Oxu.Az-ın kamerası önünə keçərək, keçmiş həyat yoldaşı Kərim Abbasov haqqında şok iddialar və açıqlamalar səsləndirib.

Səmədova Abbasovun uzun illər məşhur modelyer oğlanla sevgili olduğunu və onların dəfələrlə görüşdükləri haqqında inanılmaz iddialar səsləndirib. Məşhur prodüser Təranə Səmədova Kərim Abbasovun gizlinlərini bir-bir üzə çıxarıb.

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlıAzərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu ilə yeni qaydaların icrasına başlanılıb.

Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

Dəyişikliklərə əsasən, müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətin icra müddəti artıq 20 iş günü ərzində deyil, “Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş rüsumlara uyğun müddətdə icra ediləcək.

Qərara uyğun olaraq, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumlar fərqlidir.

İcazə vəsiqəsi on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 40 manat, 6 ayadək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayadək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayadək 400 manat, 3 ilədək 480 manat məbləğində rüsum ödəniləcək.

Vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində rüsumu müəyyən edilib.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 25 manat, 6 ayadək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayadək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayadək 250 manat, 3 ilədək 300 manat məbləğində rüsum ödənilməlidir.

Bu kateqoriyadan olanlar üçün vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 15 manat, 6 ayadək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində rüsum ödənilməlidir.

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat məbləğində rüsum müəyyən edilib.

Bu kateqoriyadan olan şəxslərə vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi tələb edilir.

Bu qərar artıq noyabrın 16-dan qüvvəyə minib.

Bakıda iş adamının toyu oldu, qara geyim tələb etdi

Dünən Bakıdakı məşhur otellərin birində iş adamı Hüseyn Əliyevin toyu olub.

“Qafqazinfo” xəbər verir ki, o, Səma Mirzə adlı xanımla ailə həyatı qurub. Toy maraqlı məqamlarla yadda qalıb. Belə ki, dəbdəbəli məclisdə “dress code” şərti qoyulub və hər kəsdən qara geyinməsi tələb olunub.

Qonaqların əksəriyyətinin bir rəngli geyimdə qatıldığı məclisi müğənni Zamiq Hüseynov aparıb. Lakin gecənin əsas konsepti “Eurovision” olub. Buna səbəb toyda Azərbaycanı sözügedən müsabiqədə təmsil edən sənətçilərin səhnədə ard-arda çıxış etməsidir.

Ötən gecə toyun səhnəsində Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova, Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva (Dihaj), Aysel Məmmədova (Aisel) yer alıb.

Qeyd edək ki, H. Əliyev Bakıdakı məşhur aksessuar şirkətlərindən birinin rəhbəridir.

Tədbirdən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.