Son xəbərlər

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. İddialara görə müğənni hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation” fondunu təsis edib və orada xeyriyyəçiliklə məşğuldur. 

İctimaiyyət arasında, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu xəbər əksəriyyət tərəfindən etirazla qarşılanıb. Z.Xanlarova Azərbaycanda qazandığı pullarla imkansız vətəndaşlarımıza deyil, Amerika xalqına yardım etdiyi üçün sərt tənqid edilib. Dünən saytımıza açıqlama verən Xalq artisti Flora Kərimova da onun bu hətəkətini tənqid edib və bunu “ayıb iş” kimi dəyərləndirib.

Son zamanlar qalmaqalları ilə gündəmə gələn ifaçı Afət Fərmanqızı da məsələyə münasibətini bildirib. Maraqlısı budur ki, əksəriyyət bu məsələyə görə  Z.Xanlarovanı tənqid etsə də, ifaçı onun ünvanına təriflər yağdırıb. O, Zeynəb Xanlarovanı tənqid edənlərlə bağlı sərt fikrlər səsləndirib:

“Dünyanın Zeynəbi, mənim  üçün dünyada əvəzolunmaz yek sənətkar! Bu gün sizə söz atan təlxəklər sizin qapınızda hambal işləməyə belə yaramırlar. Bütün yüzminlərlə izləyicilərim, dostlarım adından deyirəm. Siz bizim üçün tək və əvəzi olmayan sənətkarsınız! Sevirik sizi”.   /Yenisabah.az/

Azərbaycanda ata 14 yaşlı qızının ölümündə günahlandırılırBir müddət öncə ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Alim bəy və qızı ilə bağlı gözlənilməz olay baş verib.

Belə ki, Alim bəyin 14 yaşlı qızı Asiman qəfil dünyasını dəyişib.

Efirə telefon bağlantısı ilə qoşulan Alim bəyin qonşusu, Gülnarə Nəbiyeva onun haqqında şok iddialar irəli sürüb:

“Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü.

Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil”.

“Fəlakət” ilk dəfə qızını göstərdi“Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov ilk dəfə qızının görüntülərini paylaşıb.

"Ölkə.Az" axsam.az-a istinadən xəbər verir ki, o, övladı Selinin 1 yaşının tamam olduğunu söyləyib.

Elşən şəkillərə “İlk yaşın mübarək, qızım Selin” şərhini yazıb.

Qeyd edək ki, Elşən İlahə adlı xanımla ailə qurub. Bir müddət əvvəl onların ayrılıq xəbəri yayılmışdı.

 

 

 

[center][img]http://olke.az/uploads/1576617692/189117_22l5tdddo1.jpg[/img][/center]
Elariz Amerikada da toylara gedir“Green Card” lotereyasını qazanaraq ABŞ-a köçən Elariz Məmmədoğlu Nyu-Yorkda toylara getdiyini açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə o, “İnstagram” səhifəsində məlumat verib.

“Nyu-York şəhərində də məni məclisə çağırıblar. İndi ora gedirəm. Amerikada yaşasam da millətimi çox sevirəm”,- deyə o, bildirib.

Azərbaycanlı rejissorun filmi ABŞ-da mükafat qazandı

Azərbaycanlı rejissor Elmar Bayrmov ABŞ-d növbəti mükafata – “New York Cinematography Awards”a layiq görülüb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib. 

Belə ki, E. Bayramovun çəkdiyi “Let me run” macəra-döyüş filmi “Best USA Film” (“Ən yaxşı ABŞ filmi”) nominasiyasında qalib olub.  

Daha əvvəl “Let me run” layihəsi “Los Angeles Cinematography Awards”da “Best Sound” və “Best Aerial Cinematography” nominasiyaları üzrə qalib olmuşdu. Bundan başqa, ekran işi noyabrda Torontoda keçirilən “Canadian & International Short Film Festival”da “Best Action/Adventure” nominasiyasında ən yaxşı olmuşdu. 

“Let me run” filminin süjeti böyük auditoriya qarşısında motivasiya nitqi ilə çıxış etməyə hazılaşan Orxan adlı gənc oğlanın hekayəsi əsasında qurulub. O, zədə nəticəsində əlil olub, amma təslim olmayıb...

Ekran işinin rejissor və senari müəllifi Elmar Bayramov, prodüserləri Könül Kəngərli, Klara Brotons, Merkadal, Alan Qoldberq, Zeke Ramazan Qeysdir. Baş rolda Tural Manafov çəkilib. 

Qeyd edək ki, E. Bayramov bir neçə il əvvəl Azərbaycandan ABŞ-da köçüb. O, orada rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyasında ən yaxşı seçilmişdi. Onun son işlərindən biri Xalq artisti Aygün Kazımovanın “Ehtiyacım var” klipidir.

“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov beynəlxalq mükafata layiq görülüb.

Turkustan.info xəbər verir ki, Ə.Ağalarov Türkiyədə fəaliyyət göstərən İpəkyolu Strateji Araşdırmalar Mərkəzi və beynəlxalq “Türksoy” jurnalı tərəfindən “Türk dünyasına xidmət” medalı və xüsusi diplomu ilə təltif edilib. 

Mükafat dekabrın 16-da Bakıda – Park İNN otelində keçirilən təntənəli mərasimdə təqdim edilib.

Mərasimdə çıxış edən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy Ə.Ağalarovun Türk dünyasının dəyərli aydınlarından biri olduğunu bildirib. Qeyd edib ki, Ə.Ağalarov 2016-ci ildə 15 iyul dövlət çevrilişinə cəhd zamanı İstanbulda Türk xalqı ilə birlikdə meydanda olub, hətta xəsarət də alıb: “Bu dirəniş bir millət fəlsəfəsinin daha bir örnəyidir” – deyə S.Türksoy vurğulayıb. 

Azərbaycanlı teleaparıcıya görə həyat yoldaşını boşadıSpace telekanalının aparıcı Şəbnəm Həsənova maraqlı paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, teleaparıcı paylaşımında toy məclislərinin birində başına gələn maraqlı hadisədən söz açıb:

“Toydayam, bir qadın yaxınlaşıb deyir ki, oğluma səni gəlin istəmişəm, ömür boyu da istəyəcəyəm. Elə ona görə də gəlinimi oğlumdan boşatdırmışam. Razısan, oğluma ərə gəlməyə?”,- deyə o, qeyd edib.

Image result for şəbnəm həsənova

Bu gün Rəşid Behbudovun doğum günüdür


Bu gün Azərbaycanın kariyef sənətkarı, SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.
Əslən Şuşadan olan R.Behbudov 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub.

Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Dze Dun, Cavaharlal Neru, İndira Qandi, Süleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Rəşid Behbudov həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla yadda qalıb.

Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Sənətkarın yeganə övladı olan Rəşidə Rəşid atasının yolunu davam etdirir.
“Qasımova bacıları hər ay müftə əmək haqqı almaq istəyirdilər”


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti Xuraman Qasımovanın ittihamlarına münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, teatrın mətbuat xidmətinin “Qafqazinfo”ya açıqlamasında qeyd olunur:

“Xuraman Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyildir. Qasımova bildirir ki, onu və bacısını "cavan qız ikən" Teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman F.Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), X.Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulmuşdur) var idi. Həm də onlara heç kəs Operada çıxış etməyi qadağan etməyib, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə, ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçiriliblər. Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Nigar Şabanovanın bəyanatına gəldikdə, o artıq öz cavabını alıb, ona cavab verən Xalq artistlərini heç kəs məcbur edib efirə göndərməyib, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəyiblər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu Teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün Teatr rəhbərliyi hər cür şərait yaradır. Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər, səsləri dünyanın mötəbər Teatr və konsert salonlarından eşidilir. Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, Opera və Balet Teatrının səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir.

Xuraman Qasımovanın daha bir ittihamı haqqında: "Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur". Əgər Qasımova 2005-ci ildən bu yana Teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə onlar təkrarən Teatra gələrlərmi? Fikir söyləmək üçün Teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.X.Qasımova "Koroğlu" tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. "Koroğlu" operasının hər bir tamaşası "Mədəniyyət" kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyyat dolu fikirdir. Bu at Teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür və qeyd etmək lazımdır ki, hər dəfə Teatra ən yaxşı cins atlar göndərilir.
Daha bir ağ yalan - "teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır". Qasımovaya demək istəyərdik ki, Teatr nəinki Sumqayıtdan kənara çıxmır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur. Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə - Rusiya Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet Teatrları, Fransa, Almaniya, Qətər və s. ölkələrdə çıxış etmiş və etməkdədir.

Teatrın ayrı-ayrı solistlərinin fərdi və qrup halında çıxışlarının coğrafiyası isə daha genişdir. Afaq Abbasova. Fidan Hacıyeva, Samir Cəfərov, Mənsum İbrahimov, Təyyar Bayramov və b. İtaliya, Fransa, Almaniya, Belçika, Avstriya, Çin, ABŞ, Koreya, Böyük Britaniya, Slovakiya, və onlarla başqa ölkələrdə çıxış edirlər. Bu gün Teatrın dirijorları Əyyub Quliyev, Yalçın Adıgözəlov, Orxan Həşimov dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar. Teatrın baş rejissoru Hafiz Quliyev Türkiyə, Rusiya, Çin, Belarus, Bolqarıstanda Azərbaycan klassiklərinin əsərlərini səhnəyə qoyur. Baş baletmeyster Kamila Hüseynova və dirijor Yalçın Adıgözəlov hazırda Türkiyədə F.Əmirovun "Nəsimi" baletinin quruluşu üzərində çalışırlar.

Uzun illər bundan əvvəl Azər Rzayevin Teatrda direktor olduğu zamankı qastrolların siyahısını da açıqlaya bilərik: Saratov, Voronej, Omsk, Həştərxan və s. Həm də bunlar A.Rzayevin xidmətləri olmayıb, o zamanki vahid SSRİ məkanında SSRİ Mədəniyyət Nazirliyi tərəfindən respublikalar arasında mədəni mübadilə çərçivəsində baş tutan tədbirlər idi.

X.Qasımovanın daha bir fikri: "mənim tələbəmi Teatra işə götürürlər, kağıza imza atdırırlar ki, "sən demə ki, Xuramanın tələbəsisən". Faktlarla danışmaq lazımdır, xanım. Hansı tələbə belə bir kağıza imza atıb? O nəyisə səhv salıb: Teatra işə qəbul edilərkən, işçilər əmək müqaviləsinə imza atırlar, başqa heç bir sənədə.

Ümumiyyətlə başdan başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə X.Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz.

Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri bu Teatrın daimi tamaşaçıları çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.
 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.
Hazırda “EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.

Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.
Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib. (report)