Azərbaycan gözəlindən YENİ PAYLAŞIM"Azərbaycan gözəli 2019" gözəllik müsabiqəsinin qalibi Melisa Nuriyeva yeni paylaşım edib.

“Ölkə.Az” xəbər verir ki, fotonu model “İnstagram” səhifəsində izləyicilərin ixtiyarına buraxıb.

Qara transparan, qısa libaslı fotsunu yayımlayan Nuriyevaya əks cinsin nümayəndələri xüsusi diqqət yetirib. Hətta onunla tanış olmaq üçün canfəşanlıq edənlər də olub. Onlar “Azərbaycan gözəli”ni tərif yağışına tutublar.

“Gözəlliyin göz qamaşdırır”, “Bu nə gözəllikdir?”,- deyə Melisanın pərəstişkarları qeyd edib.

Xatırladaq ki, Melisa Nuriyevanın iki övladı - bir qızı və bir oğlu var. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Sözügedən fotonu təqdim edirik:

Sənubər İsgəndərli ilə 3 ay sevgili olduqAkademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov "Hər şey daxil"də gözlənilməz etirafı ilə təccübləndirib.

"Ölkə.Az" Milli.Az-a istinadən xəbər verir ki, hər şey aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı ""Kişi sözü" filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?" sualından sonra ortaya çıxıb.

Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini, həqiqətən, sevdiyini etiraf edib:

"Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, "Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim "Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?" Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi". 

“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”.  
Turkustan.info bildirir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 
 
JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır: 
 
“Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”. 
 
S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz: 
 
“Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə çətin dövrü arxada qoyub. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”.
 
Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb: 
 
“Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.
“Aşk-ı Memnu”nun mənfi obrazı vəfat etdi

Məşhur “Aşk-ı Memnu” serialının “Hilmi”si, aktyor-müğənni Recep Aktuğ vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ailəsi məlumat yayıb.

Sənətçinin rəsmi instaqram səhifəsində də tanınmış serial və kino ulduzunun dünyasını dəyişdiyi qeyd olunub.

Xatırladaq ki, R. Aktuğ keçən il xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun ağciyərinə su yığıldığını, belində iki sümüyün sındığını açıqlamışdı.

 

 
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdiBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illiyi münasibətilə paylaşım edib.

"Ölkə.Az" xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!".

“Dedilər, o sözü silsək, veriliş maraqsız alınacaq”Türkiyənin məşhur şoumeni Okan Bayülgenin, “Okan Bayülgenle uykusuzlar klübü” verilişində Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovaya ünvanlanan “kayırmak” ifadəsinin böyük rezonansa səbəb oldu. Məsələ ilə bağlı Okan Bayülgən növbəti verilişində açıqlama verərək, “Lazım gələrsə, üzr istəyərəm, amma ortada üzr istənməli bir vəziyyət yoxdur, mənə həmin ifadənin Azərbaycan dilində pis məna verdiyi ilə bağlı xəbərdarlıq edilmədi” söylədi.

"Ölkə.Az" xəbər verir ki, Kulis.az-a açıqlama verən Əməkdar artist Fərqanə Qasımova isə Okan Bayülgenə və çəkiliş qrupuna həmin ifadə ilə bağlı etirazını bildirdiklərini deyib:

“Biz verilişin çəkilişi bitən kimi aparıcıya da, verilişin rəhbərinə də həmin ifadə ilə bağlı etirazımızı bildirdik. Onlara izah etdik ki, ordakı ifadə Azərbaycanda birmənalı qarşılanmayacaq. Çünki türk dilində istifadə olunan sözügedən ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Veriliş yayımlanandan sonra yenidən əlaqə saxladım, onlardan da belə bir cavab gəldi ki, qəti şəkildə həmin hissəni kəsə bilməzlər, çünki o zaman veriliş maraqsız olacaq”.

Əməkdar artist sosial şəbəkələrdə Okan Bayülgenin sənətçilərimizi ələ saldığı ilə bağlı dolaşan söz-söhbətə də aydınlıq gətirib. O qeyd edib ki, ələ salmadan söhbət gedə bilməz:

“Mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm. Günaha girmək istəmərəm. Amma verilişi tam şəkildə izləyənlər özləri də görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşıb”.

Xatırladaq ki, məlum ifadə türk dilində “havadarlıq etmək” anlamına gəlir.

Xatirə Novxanı yolundan şikayətçidir

Müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yolların bərbad hala düşməsindən şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, yolların dağılması səbəbindən evinə gedə bilmədiyini deyən ifaçı 7 aydır bu problemlə üz-üzə qaldıqlarını bildirib. O, sakinlərin adından Binəqədi rayon İcra Hakimiyyəti başçısına müraciət edib:

“Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik, Binəqədi rayon İcra Hakimiyyəti başçısı bu işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Bunu qazdıran insan yenidən bağlamalı idi. Vəziyyət çox pisdir. Hər gün maşınlar sürüşüb bir-birinə dəyir. İnsanlar ziyan çəkir”.

Qeyd edək ki, Xatirə öz avtomobili ilə də elə çəkiliş zamanı yoldan keçmək istəyərkən digər maşınları əzib. Müğənni dəyən ziyanı ödəyəcəyinə söz verib.

Üzeyir Mehdizadə “Qızıl buton”un SAHİBİ OLDUMüğənni Üzeyir Mehdizadə “Youtube” sosial şəbəkəsi tərəfindən mükafatlandırılıb.

“Ölkə.Az” xəbər verir ki, onun “Youtube” kanalında 1.000.000 izləyicisi olduğuna görə,  Azərbaycanda ilk dəfə olaraq, “Qızıl buton” mükafatını qazanıb.

Bu barədə o, “İnstagram” səhifəsində video yerləşdirib.

“Hər kəsə salam. Uğurlarımıza sevinən hər kəsi təbrik edirəm və təşəkkür edirəm.Azərbaycana ilk dəfə “Youtube”dan qızıl buton gəldi.Uğurlarımızın davamı gəlsin.Həqiqət bizimlə olsun.İnşallah”,- deyə ifaçı paylaşımını şərh edib.

İzləyicilər bu münasibətlə müğənnini təbrik ediblər. Bundan başqa ifaçı Aqşin Fateh, aktyor Nicat Rəhimli də təbriklərə qoşulan  məşhurlardan olublar.

Seda Sayanın dili başına BƏLA OLDUTürkiyəli məşhur müğənni Seda Sayan xərcə düşüb.

“Ölkə.Az” xəbər verir ki, “O ses Türkiye” proqramaının Yeni il gecəsi  çəkilişlərində “Biz böyleyiz” filminin aktrisaları iştirak edib.

Müğənni Özge Özpirinçci, Şebnem Bozoklu, Meriç Aral ve Berrak Tüzünataçı onu seçmələri üçün onlara Paris tətili söz verib.

Aktrisalar Sedanın təklifini dəyərləndirərək ona “Hə” deyiblər.

Sayan isə verdiyi sözü tutaraq, mart ayı üçün bir yerdə istirahət etmək üçün tətilə düz 100.000 min türk lirəsi (30.000 manat) ödəyib.

Prezident Baba Vəziroğlunu təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Baba Vəzir oğlu Məsimovun (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilib.